Bu sənədləri olan evlərə "kupça" veriləcək – SİYAHI, AÇIQLAMA
Daşınmaz əmlakla bağlı hüquqi sənədləşmədə mühüm dəyişiklik edilib. 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair müəyyən sənədlər də artıq rəsmi çıxarış almaq hüququ verir. Bu dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaradacaq. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı uzun illərdir problem yaşayan vətəndaşlar üçün mühüm hüquqi əsas yaranacaq.
Məsələ ilə bağlı hüquqi tərəfləri izah edən vəkil Tural Abdullazadə fərmanın əhatə dairəsini və hansı sənədlərlə çıxarış almağın mümkün olacağını ətraflı şəkildə şərh edib.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına 16 iyul 2025-ci ildə Prezidentin fərmanı ilə dəyişiklik olunub. Həmin dəyişikliyə əsasən müəyyən qərarlar olan torpaq sahələrinə də çıxarış veriləcək”, – deyə vəkil qeyd edib.
Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən, aşağıdakı qərarlar olan torpaq sahələrinə də çıxarış veriləcək:
1. Yaşayış evinin, mənzilin şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları
2. Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr
3. 2021-ci il yanvarın 1-nə qədər inşa edilmiş yaşayış evlərinə və ya onların yerləşdiyi torpaq sahələrinə eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablardan çıxarış və həmin çıxarışlar əsasında verilmiş arayışlar
4. Yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırılma orqanları tərəfindən 2001-ci il yanvarın 1-nə qədər tərtib olunmuş texniki passportlar (müvafiq tikililərin yerləşdiyi həyatyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)
5. Yaşayış və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kalxoz üzvlərinin ümumi yığıncağının və müvəkkillərinin yığıncağının qərarı yaxud həyatyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış
6. Sovxoz və dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq sahələrindən çıxarış
7. Yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-nə qədər qəbul edilmiş qərarlar
“Qeyd etdiyim sənədləri olan vətəndaşlar da rahatlıqla öz torpaqlarına çıxarış ala biləcəklər”, – T.Abdullazadə bildirib.
- 14.08.2025
- 663
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
230 000Bugün, 11:47Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
5 otaqlı 200 m² -
220 000Bugün, 11:45Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 80 m² 4/5 mərtəbə -
350 000Bugün, 11:45Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 98 m² 13/16 mərtəbə -
700Bugün, 11:41Kirayə (aylıq) Qaraj
Koroğlu m., Pirşağı qəs., Sabunçu r.
120 m² -
225 000Bugün, 11:40Satılır Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 70 m² 14/16 mərtəbə -
700Bugün, 11:39Kirayə (aylıq) Yeni Tikili
7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 130 m² 5/6 mərtəbə -
350 000Bugün, 11:35Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
6 otaqlı 200 m² -
35 000Bugün, 11:26Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 55 m² -
154 000Bugün, 11:26Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 65 m² 7/9 mərtəbə -
999Bugün, 11:16Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 67 m² 17/18 mərtəbə -
300 000Bugün, 11:15Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 120 m² 10/13 mərtəbə -
165 000Bugün, 11:14Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 48 m² 12/20 mərtəbə -
1 100Bugün, 11:11Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 70 m² 4/18 mərtəbə -
235 000Bugün, 11:07Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 88 m² 12/17 mərtəbə -
78 000Bugün, 11:05Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 70 m² 8/8 mərtəbə -
700Bugün, 11:02Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 120 m² 12/20 mərtəbə -
140 199Bugün, 11:01Satılır Yeni Tikili
Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 96 m² 1/6 mərtəbə -
185 000Bugün, 10:58Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
3 otaqlı 80 m² -
1 300Bugün, 10:58Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 120 m² 9/16 mərtəbə -
899Bugün, 10:57Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 95 m² 9/14 mərtəbə -
600Bugün, 10:57Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 68 m² 3/7 mərtəbə -
750Bugün, 10:53Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 50 m² 6/14 mərtəbə -
66 000Bugün, 10:47Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
1 otaqlı 62 m² 7/16 mərtəbə -
450Bugün, 10:46Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
1 otaqlı 41 m² 5/5 mərtəbə -
350 000Bugün, 10:35Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 135 m² 15/17 mərtəbə -
185 000Bugün, 10:35Satılır Bağ evi
Masazır, Abşeron r.
3 otaqlı 10 sot -
44 999Bugün, 10:32Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 13/16 mərtəbə -
900Bugün, 10:31Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 91 m² 9/14 mərtəbə -
267 800Bugün, 10:30Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 83 m² 4/15 mərtəbə -
240 000Bugün, 10:25Satılır Yeni Tikili
Azadlıq m., Rəsulzadə qəs., Binəqədi r.
4 otaqlı 120 m² 9/12 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
