Bir mənzilin iki nəfərə satılmasına son - ARAŞDIRMA

Sənədsiz evlər, tikintisi yarımçıq binalar, bir mənzili müxtəlif şəxslərə satan MTK-lar... Əmlak sektorunda bu problemlərin köklü şəkildə həlli istiqamətində addımların atılmasına başlanılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, mənzil alan insanların işini asanlaşdırmaq və fırıldaqçılıq hallarının qarşısını almaq üçün vahid portal, reyestr yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman da imzalanıb. Vahid sistemin yaradılması ilə bağlı ekspertlərin gözləntiləri nələrdir?
Son illərdə dələduzluq halları daha da artıb
Əmlakçı Mülkədar Rüstəmov düşünür ki, bu, gecikmiş olsa da, yerində verilmiş qərardır: “Bakı şəhərində yeni tikilən binalardan kifayət qədər şikayətçi insanlar var. Dəfələrlə şahidi olmuşuq ki, bir mənzili bir neçə nəfərə satıblar. Məhkəmələrdə hələ də çəkişmələr davam edir. Bu qərar belə halların qarşısını alacaq. Bu qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dələduzluq hallarının qarşısı alınmış olacaq. Belə dələduzluq hallarını son 3-5 ildə daha çox müşahidə edirik. Abşeron, Xırdalan ərazisində, Nərimanov rayonunda daha da çoxdur. Bir çox MTK sahibləri vətəndaşları aldadırlar. Tikinti şirkətləri bəzən maliyyə sıxıntıları yaşayırlar. Belə fırıldaqlara əl atırlar ki, tikintiyə lazım olan pulu əldə etsinlər. Sonradan vətəndaşa başqa mənzil təklif edərək guya kompensasiya edirlər”.
M.Rüstəmov dedi ki, ən çox fırıldaqçılıq mənzili tikilməmiş aldıqda olur: “Vətəndaşların əksəriyyəti mənzili binanın bünövrəsi atılanda almağa üstünlük verir. İnsanların 60-70 faizi bünövrədən mənzil alarkən aldadılırlar. Sonrakı satış qiyməti ilə 500-700 manat civarında fərq olur. İnsanlar sevinirlər ki, ucuz qiymətə mənzil sahibi ola biləcəklər. Amma bina tikildikdən sonra məlum olur ki, mənzillər eyni anda başqa-başqa adamlara satılıb”.
Hər bina tikənə bu qaydalar şamil edilməyəcək
Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra artıq vətəndaş müvafiq qurumun saytına daxil olub mənzil almaq istədiyi bina haqqında ətraflı məlumat əldə edə biləcək: “Vətəndaşın binanın istismara qəbul edilib-edilmədiyindən xəbəri olacaq. Müştəri biləcək ki, tikintiyə rəsmi icazə alınıb. Əmlakın reyestr kodu olacaq. Ev alan şəxs arxayın olacaq ki, bina təhvil veriləndə reyestrdən keçdiyinə görə mənzil çıxarışla təmin ediləcək. Çünki hələ də 10-15 il əvvəl tikilmiş binalar var ki, çıxarış ala bilməyiblər. Bəzi şərtlər var ki, onlara əməl edilmədiyinə görə həmin binaların istismarına icazə verilməyib. Hazırda xüsusi layihə ilə müvafiq qurumdan icazə almış, lisenziyası olan MTK-lar hüquqi şəxs kimi reyestrə daxil olacaqlar. Yəni bu qaydalar hər bina tikənə şamil edilməyəcək”.
Reyestrdə mənzil onu alan şəxsin adına qeyd ediləcək
M.Rüstəmovun sözlərinə görə, hər bir ev həmin sistemdə qeydiyyatda olacaq: “Dövlət Xidmətində reyestr yaradılacaq, istismara qəbul edilmiş binalar həmin sistemdə görünəcək. Vətəndaş ilkin olaraq MTK-nın satış ofisinə müraciət edir, orada layihə ilə tanış olur və istədiyi mənzili seçir. İlkin alqı-satqı gerçəkləşir. Alqı-satqı vaxtı müqavilədə öhdəliklər yerinə yetirilən zaman elektron qaydada sistem yaradılacaq. MTK-nın öz portalı olacaq, oradan Xidmətə sorğu göndərəcək ki, filan binada tikdiyim, filan mənzil bu şəxsə satıldı. Sənədin biri MTK-da, digəri alıcıda qalacaq. Əsli isə Xidmətə göndəriləcək və vahid sistemə daxil ediləcək. Reyestrdə o mənzil həmin şəxsin adına qeyd ediləcək. Bina tam hazır olduqdan və təhvil verildikdən sonra vətəndaş müraciət edərək müqaviləni təqdim edib çıxarışını 14 gün ərzində rahat şəkildə ala biləcək”.
Mənzil ikinci şəxsə bu halda satıla bilər
Müsahibimizin fikrincə, əvvəllər mənzilin satış hüququ MTK-da olurdu, bundan sonra isə yalnız vətəndaşda olacaq. Yəni bir nəfərə satılmış mənzil MTK tərəfindən ikinci şəxsə satıla bilməyəcək. Əgər mənzil kredit yolu ilə əldə edilibsə, MTK-nın belə bir hüququ var ki, vətəndaş mənzilin ödənişini tam ödəmədiyi təqdirdə, ödədiyi məbləği geri qaytarıb, mənzili ikinci şəxsə sata bilər”.
Mənzillərin qiyməti 5-10 faiz artacaq
Ekspert bu qərarın mənzil qiymətlərinə təsirindən də danışdı: “Bazarda son aylar artan qiymət dinamikası müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra bu, qiymətlərə daha da təsir edəcək. İlkin bünövrədən və daha sonra MTK tərəfindən satış prosesində mənzillərin və birinci mərtəbələrdəki qeyri-yaşayış sahələrinin qiymətində 5-10 faiz artım baş verə bilər”.
Digər ölkələrdə də bu sistem mövcuddur
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu qaydanın optimal variantı Türkiyə və Belarusda mövcuddur: “Digər ölkələrdə inşaata başladıqda artıq portalda bütün bina virtual olaraq aktiv görünür. Mənzili seçirsiniz və istər hissəli, istər nağd ödənişlə alırsınız. Digər şəxslər həmin binadan mənzil almaq istədikdə hansı evlər boşdur, yalnız onu görə bilir. Binanın inşaatı gedə-gedə satışda da proses eyni portal vasitəsi ilə reallaşır”.
Əgər şəffaflığa diqqət yetirilsə...
F.Xəlilov qeyd etdi ki, yeni qərar həm dövlət, həm də müştərilər üçün sərfəlidir: “Çünki bəzi iş adamları bir mənzili bir neçə nəfərə sata bilirlər. Nəticədə zərərçəkən vətəndaşlar olur. Həmçinin məhkəmələrə, prokurorluq orqanlarına əlavə yük düşür. Bu portalın açılması həm o insanların iş yükünü, həmçinin dövlətin risklərini azaldır. Amma yaxşı olar ki, proses həyata keçirilərkən MTK-lar arasında ayrı-seçkilik aparılmasın, hər şey şəffaf olsun”.
- 06.02.2024
- 323
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
- 280 000 AZNBugün, 18:06
Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 112 m² 12/16 mərtəbə - 88 000 AZNBugün, 17:51
Satılır Köhnə Tikili
Zığ qəs., Suraxanı r.
2 otaqlı 49.4 m² 1/5 mərtəbə - 265 000 AZNBugün, 17:50
Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 75 m² 6/16 mərtəbə - 800 AZNBugün, 17:45
Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Bayıl qəs., Səbail r.
3 otaqlı 86 m² 2/4 mərtəbə - 38 000 AZNBugün, 17:45
Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
3 otaqlı 140 m² - 129 000 AZNBugün, 17:44
Satılır Köhnə Tikili
Zığ qəs., Suraxanı r.
3 otaqlı 92 m² 5/5 mərtəbə - 120 000 AZNBugün, 17:40
Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
1 otaqlı 38 m² 5/5 mərtəbə - 1 400 AZNBugün, 17:36
Kirayə (aylıq) Obyekt
Nəsimi r.
55 m² - 700 AZNBugün, 17:36
Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nizami r.
2 otaqlı 50 m² 1/5 mərtəbə - 800 AZNBugün, 17:34
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 80 m² 8/18 mərtəbə - 800 AZNBugün, 17:30
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
2 otaqlı 78 m² 4/16 mərtəbə - 158 000 AZNBugün, 17:29
Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 85 m² 5/9 mərtəbə - 280 000 AZNBugün, 17:28
Satılır Torpaq
Mərdəkan, Xəzər r.
19 sot - 800 AZNBugün, 17:27
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 78 m² 3/15 mərtəbə - 300 000 AZNBugün, 17:23
Satılır Yeni Tikili
Nizami r.
3 otaqlı 98 m² 7/18 mərtəbə - 1 800 AZNBugün, 17:23
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 150 m² 7/18 mərtəbə - 800 AZNBugün, 17:19
Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Rəssamlıq Akademiyası, Nərimanov r.
2 otaqlı 100 m² 4/19 mərtəbə - 30 000 AZNBugün, 17:15
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 102 m² 11/16 mərtəbə - 97 999 AZNBugün, 17:12
Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 51 m² 8/15 mərtəbə - 34 000 AZNBugün, 17:12
Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 80 m² - 800 AZNBugün, 17:10
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
2 otaqlı 80 m² 8/18 mərtəbə - 30 000 AZNBugün, 17:08
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 134.5 m² 5/16 mərtəbə - 1 000 AZNBugün, 17:05
Kirayə (aylıq) Obyekt
Neftçilər m., A.S.Puşkin parkı, Nizami r.
140 m² - 96 000 AZNBugün, 17:05
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 110 m² - 750 AZNBugün, 17:04
Kirayə (aylıq) Yeni Tikili
Badamdar qəs., Səbail r.
3 otaqlı 120 m² 7/10 mərtəbə - 1 000 AZNBugün, 17:04
Kirayə (aylıq) Obyekt
Sahil m., Səbail r.
49 m² - 1 600 AZNBugün, 17:04
Kirayə (aylıq) Obyekt
Sahil m., Səbail r.
50 m² - 700 AZNBugün, 17:04
Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 80 m² 15/16 mərtəbə - 1 000 AZNBugün, 17:04
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 80 m² 7/16 mərtəbə - 4 900 AZNBugün, 17:04
Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
7 otaqlı 240 m²