Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb
- 19.02.2023
- 1379
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.
Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Bütün xəbərlər- 26Noyabr202410:35Azərbaycanda bəzi deputatlara, evi olanlara da - MƏNZİL VERİLİB
- 20Noyabr202410:17“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb
- 14Noyabr202410:409 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
- 11Noyabr202412:37Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
- 06Noyabr202411:20Əvvəl 5 min manat olan torpaqlar indi 40-50 min manata satılır – BÖLGƏLƏRLƏ FANTASTİK QİYMƏTLƏR
- 01Noyabr202419:00Oktiyabr ayının ən reytinqli 50 istifadəçisi
Yeni Elanlar
- 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 100 m² 4/14 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 100 m² 6/17 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Obyekt
Ağ şəhər, Xətai r.
58 m² - 450 000 AZN
Satılır Yeni Tikili
Xətai m., Xətai r.
4 otaqlı 226 m² 11/22 mərtəbə - 2 300 AZN
Kirayə (aylıq) Ofis
Badamdar qəs., Səbail r.
8 otaqlı 450 m² - 2 400 AZN
Kirayə (aylıq) Obyekt
Ulduz m., Nərimanov r.
310 m² - 10 000 AZN
Kirayə (aylıq) Obyekt
Aşağı Güzdək, Abşeron r.
2000 m² - 15 000 AZN
Kirayə (aylıq) Obyekt
Aşağı Güzdək, Abşeron r.
5000 m² - 15 000 AZN
Kirayə (aylıq) Obyekt
Bakmil m., Nərimanov r.
3000 m² - 126 000 AZN
Satılır Köhnə Tikili
Memar Əcəmi m., 5-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 55 m² 2/5 mərtəbə - 3 600 AZN
Kirayə (aylıq) Obyekt
Sumqayıt ş.
1200 m² - 5 000 AZN
Kirayə (aylıq) Obyekt
Sabunçu r.
1500 m² - 70 000 AZN
Satılır Həyət evi/villa
Saatlı ş.
4 otaqlı 120 m² - 34 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 50 m² - 1 050 000 AZN
Satılır Torpaq
Badamdar qəs., Səbail r.
6.7 sot - 711 000 AZN
Satılır Yeni Tikili
Nəsimi r.
4 otaqlı 237 m² 10/15 mərtəbə - 599 000 AZN
Satılır Ofis
Xətai m., Xətai r.
5 otaqlı 252 m² - 800 000 AZN
Satılır Yeni Tikili
Nəsimi r.
5 otaqlı 286 m² 8/11 mərtəbə - 1 335 000 AZN
Satılır Yeni Tikili
Nəsimi r.
6 otaqlı 601.8 m² 18/19 mərtəbə - 682 500 AZN
Satılır Yeni Tikili
Yasamal r.
4 otaqlı 195 m² 8/20 mərtəbə - 315 000 AZN
Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 91 m² 16/19 mərtəbə - 729 000 AZN
Satılır Yeni Tikili
Səbail r.
4 otaqlı 214.7 m² 4/11 mərtəbə - 618 000 AZN
Satılır Yeni Tikili
Gənclik Mall, Nərimanov r.
5 otaqlı 270 m² 8/15 mərtəbə - 43 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 40 m² 5/6 mərtəbə - 93 000 AZN
Satılır Həyət evi/villa
Zığ qəs., Suraxanı r.
4 otaqlı 78.05 m² - 50 AZN
Kirayə (günlük) Həyət evi/villa
Gəncə ş.
2 otaqlı - 750 AZN
Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 56 m² 16/16 mərtəbə - 90 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 69 m² 7/7 mərtəbə - 200 000 AZN
Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 130 m² 4/9 mərtəbə - 86 000 AZN
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 120 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller