Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb

Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.

Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
- 19.02.2023
- 1775
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
69 000Bugün, 12:37Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 100 m² -
500Bugün, 12:33Kirayə (aylıq) Həyət evi/villa
8 Noyabr m., Yasamal qəs., AAAF PARK, Yasamal r.
2 otaqlı 60 m² -
25 500Bugün, 12:31Satılır Yeni Tikili
Sumqayıt ş.
3 otaqlı 95 m² 5/14 mərtəbə -
800Bugün, 12:30Kirayə (aylıq) Köhnə Tikili
Badamdar qəs., Səbail r.
4 otaqlı 100 m² 5/5 mərtəbə -
1 850 000Bugün, 12:28Satılır Obyekt
Nizami m., Yasamal r.
200 m² -
177 000Bugün, 12:28Satılır Yeni Tikili
Yasamal r.
2 otaqlı 64 m² 12/18 mərtəbə -
500Bugün, 12:24Kirayə (aylıq) Ofis
İçərişəhər m., Səbail r.
2 otaqlı 35 m² -
119 000Bugün, 12:24Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
3 otaqlı 145 m² -
156 000Bugün, 12:22Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
3 otaqlı 70.14 m² 14/14 mərtəbə -
650Bugün, 12:21Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 50 m² 5/10 mərtəbə -
350Bugün, 12:18Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
1 otaqlı 25 m² -
235 000Bugün, 12:17Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 90 m² 5/5 mərtəbə -
800Bugün, 12:16Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 30 m² 10/18 mərtəbə -
2 800Bugün, 12:14Kirayə (aylıq) Yeni Tikili
28 May m., Qış parkı, Nəsimi r.
2 otaqlı 110 m² 6/15 mərtəbə -
600Bugün, 12:12Kirayə (aylıq) Ofis
Sahil m., Qış parkı, Nəsimi r.
1 otaqlı 50 m² -
60 000Bugün, 12:12Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 64 m² 5/15 mərtəbə -
235 000Bugün, 12:11Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 86 m² 3/5 mərtəbə -
1 000Bugün, 12:11Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Böyükşor qəs., Olimpia Stadionu, Nərimanov r.
3 otaqlı 70 m² 4/16 mərtəbə -
1 100Bugün, 12:11Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
3 otaqlı 165 m² 12/18 mərtəbə -
2 000Bugün, 12:09Kirayə (aylıq) Obyekt
Sahil m., Səbail r.
130 m² -
550Bugün, 12:05Kirayə (aylıq) Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 65 m² 9/9 mərtəbə -
162 000Bugün, 12:02Satılır Yeni Tikili
Məhəmmədli, Abşeron r.
3 otaqlı 131 m² 2/10 mərtəbə -
160 000Bugün, 11:58Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 65 m² 1/9 mərtəbə -
58 000Bugün, 11:58Satılır Həyət evi/villa
Mehdiabad, Abşeron r.
3 otaqlı 50 m² -
700Bugün, 11:57Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 112 m² 14/17 mərtəbə -
2 500Bugün, 11:57Kirayə (aylıq) Obyekt
Tibb Universiteti, Nəsimi r.
120 m² -
450Bugün, 11:55Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 40 m² 5/5 mərtəbə -
86 500Bugün, 11:51Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 43 m² 11/13 mərtəbə -
109 000Bugün, 11:50Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 45 m² 3/5 mərtəbə -
250 000Bugün, 11:44Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 85 m² 4/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
