Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.

Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
- 19.02.2023
- 1774
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
215 000Bugün, 10:48Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 94 m² 1/20 mərtəbə -
75 000Bugün, 10:32Satılır Torpaq
Koroğlu m., Bakıxanov qəs., Sabunçu r.
2.5 sot -
167 000Bugün, 10:31Satılır Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 60 m² 1/9 mərtəbə -
450Bugün, 10:31Kirayə (aylıq) Yeni Tikili
Abşeron r.
2 otaqlı 72 m² -
85 000Bugün, 10:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 9/17 mərtəbə -
4 000Bugün, 10:11Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
110 m² -
180Bugün, 09:58Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
1 otaqlı 30 m² -
380 000Bugün, 09:47Satılır Yeni Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
4 otaqlı 152 m² 8/18 mərtəbə -
195 000Bugün, 07:49Satılır Köhnə Tikili
Montin qəs., Nərimanov r.
3 otaqlı 62 m² 2/4 mərtəbə -
125 000Bugün, 06:26Satılır Köhnə Tikili
4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 51 m² 2/5 mərtəbə -
600Bugün, 02:29Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 40 m² 2/4 mərtəbə -
155 000Bugün, 02:03Satılır Yeni Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 60 m² 5/10 mərtəbə -
550Bugün, 01:48Kirayə (aylıq) Həyət evi/villa
Masazır, Abşeron r.
5 otaqlı 200 m² -
650Bugün, 00:51Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 63 m² 3/4 mərtəbə -
300Bugün, 00:33Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 85 m² 6/6 mərtəbə -
400Bugün, 00:11Kirayə (aylıq) Yeni Tikili
Masazır, Asan xidmət , Abşeron r.
2 otaqlı 45 m² 5/10 mərtəbə -
22 000Bugün, 00:09Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
1 otaqlı 40 m² -
24 000Dünən, 23:57Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 77 m² 5/16 mərtəbə -
225 000Dünən, 23:47Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 70 m² 6/16 mərtəbə -
179 000Dünən, 23:42Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi r.
3 otaqlı 68 m² 14/14 mərtəbə -
97 500Dünən, 23:23Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 94 m² 5/14 mərtəbə -
1 100Dünən, 23:21Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 70 m² 13/15 mərtəbə -
25 500Dünən, 23:19Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 68 m² 5/14 mərtəbə -
140Dünən, 23:17Kirayə (aylıq) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 130 m² 4/5 mərtəbə -
72 000Dünən, 22:34Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 4/6 mərtəbə -
137 000Dünən, 22:32Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 113 m² -
165 000Dünən, 22:28Satılır Obyekt
Qaraçuxur qəs., Suraxanı r.
310 m² -
600Dünən, 22:16Kirayə (aylıq) Həyət evi/villa
Koroğlu m., Nizami r.
3 otaqlı 180 m² -
100 000Dünən, 22:12Satılır Həyət evi/villa
Əhmədli m., Xətai r.
3 otaqlı 91 m² -
97 000Dünən, 22:12Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 150 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller