Bina evlərinin satışında durğunluq - İnsanlarda zəlzələ fobiyası yaranıb

Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Arenda.az Report.az-a istinadən bilirir ki, bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.

Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi “Report”a bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
- 19.02.2023
- 1772
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Dünən, 23:28Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 100 m² -
2 000Dünən, 23:15Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 110 m² 4/19 mərtəbə -
69 000Dünən, 23:12Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
3 otaqlı 85 m² -
420Dünən, 23:12Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 62 m² 11/14 mərtəbə -
200Dünən, 22:58Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
5 otaqlı -
1 200Dünən, 22:58Kirayə (aylıq) Obyekt
28 May m., Kimyaçılar şəhərciyi, Nəsimi r.
26 m² -
86 500Dünən, 22:51Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 42 m² 11/13 mərtəbə -
69 000Dünən, 22:49Satılır Həyət evi/villa
Maştağa qəs., Sabunçu r.
3 otaqlı 83 m² -
145 000Dünən, 22:36Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 90 m² 4/12 mərtəbə -
245 000Dünən, 22:24Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 45 m² 10/17 mərtəbə -
46 500Dünən, 22:19Satılır Həyət evi/villa
Xaçmaz / Xudat ş.
5 otaqlı 100 m² -
145 000Dünən, 22:18Satılır Köhnə Tikili
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
2 otaqlı 65 m² 5/7 mərtəbə -
61 000Dünən, 22:01Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 37 m² 2/6 mərtəbə -
390 000Dünən, 21:41Satılır Yeni Tikili
İnşaatçılar m., Qələbə dairəsi, Yasamal r.
3 otaqlı 136 m² 8/22 mərtəbə -
170 000Dünən, 21:28Satılır Həyət evi/villa
Quba ş.
10 otaqlı 230 m² -
93 000Dünən, 21:25Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 67 m² 1/11 mərtəbə -
149 000Dünən, 21:22Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 80 m² 10/15 mərtəbə -
800Dünən, 21:00Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 80 m² 12/12 mərtəbə -
1 300Dünən, 20:54Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
135 m² -
225 000Dünən, 20:44Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 66 m² 4/17 mərtəbə -
108 000Dünən, 20:25Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 14/16 mərtəbə -
1 000Dünən, 20:21Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
20 m² -
2 100 000Dünən, 20:16Satılır Həyət evi/villa
Qara Qarayev m., Nizami r.
8 otaqlı 850 m² -
83 000Dünən, 20:06Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 3/15 mərtəbə -
430Dünən, 19:59Kirayə (aylıq) Həyət evi/villa
Ramana qəs., Sabunçu r.
3 otaqlı 100 m² -
74 000Dünən, 19:55Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 75 m² -
400Dünən, 19:53Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 65 m² 1/14 mərtəbə -
128 000Dünən, 19:42Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 80 m² 8/11 mərtəbə -
1 999Dünən, 19:33Kirayə (aylıq) Obyekt
Səbail r.
45 m² -
425 000Dünən, 19:27Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 156 m² 7/8 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
