Bakıda yeni ərazidə 30-a yaxın sosial mənzillər tikiləcək
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə tender elan edib.
Bu həmin ərazidə sosial mənzillərin tiknitisi üçün artıq 2-ci tenderdir. Bundan əvvəlki tender13 binanı əhatə edirdi.
Yeni tender isə 16 binanın və ərazidə sosial obyektlərin – uşaq bağçasının tikintisini əhatə edir.
Belə ki, tender aşağıdakı lotlar üzrə keçirilir:
Lot-5 - 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi.
Lot-6 - 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.
Lot-7 - 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.
Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.
1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1% (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
lPodratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
lAzərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
lPodratçının son 3 (üç) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
lPodratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
lPodratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin notarial qaydada təsdiq edilmiş surəti;
lPodratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);
lPodratçı son 3 (üç) il (2020-2022) ərzində Azərbaycan Respublikasında bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 000 (on beş min) m2 mənzil təhvil vermiş olmaldır;
lPodratçının son 3 (üç) il (2020-2022) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.
lDigər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.
İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 9 iyun 2023-cü il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 20 iyun 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 21 iyun 2023-cü il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.
FED.AZ
- 03.05.2023
- 833
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
1 20031 Mart 2026Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
70 m² -
21 00031 Mart 2026Satılır Köhnə Tikili
İçərişəhər m., Yasamal r.
1 otaqlı 8 m² 1/3 mərtəbə -
2 00031 Mart 2026Kirayə (aylıq) Obyekt
Sumqayıt ş.
80 m² -
200 00031 Mart 2026Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 105 m² 4/5 mərtəbə -
60031 Mart 2026Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Gənclik Mall, Xətai r.
4 otaqlı 98 m² 3/9 mərtəbə -
51 00031 Mart 2026Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 60 m² -
1 30031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 125 m² 18/20 mərtəbə -
125 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 65 m² 1/9 mərtəbə -
58031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 10/17 mərtəbə -
150 00031 Mart 2026Satılır Yeni Tikili
Koroğlu m., Zabrat qəs., Gənclik Mall, Sabunçu r.
3 otaqlı 80 m² 8/10 mərtəbə -
65031 Mart 2026Kirayə (aylıq) Həyət evi/villa
Sulutəpə qəs., Binəqədi r.
4 otaqlı 150 m² -
168 00031 Mart 2026Satılır Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 85 m² 8/9 mərtəbə -
550 00031 Mart 2026Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 110 m² 3/4 mərtəbə -
110 00031 Mart 2026Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 66 m² 8/9 mərtəbə -
70031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 75 m² 6/18 mərtəbə -
149 00031 Mart 2026Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 52 m² 14/14 mərtəbə -
550 00031 Mart 2026Satılır Torpaq
Mərdəkan, Xəzər r.
21 sot -
37 00031 Mart 2026Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 72 m² -
175 00031 Mart 2026Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 5/9 mərtəbə -
90031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., Binəqədi r.
2 otaqlı 71 m² 6/18 mərtəbə -
350 00031 Mart 2026Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 120 m² 6/18 mərtəbə -
127 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 55 m² 7/9 mərtəbə -
65031 Mart 2026Kirayə (aylıq) Həyət evi/villa
Xocaəsən m., Sulutəpə qəs., Binəqədi r.
4 otaqlı 110 m² -
9 00031 Mart 2026Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
100 m² -
113 00031 Mart 2026Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 58 m² 1/8 mərtəbə -
128 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 65 m² 1/9 mərtəbə -
125 00031 Mart 2026Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 1/9 mərtəbə -
615 00031 Mart 2026Satılır Yeni Tikili
Gənclik m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 220 m² 13/19 mərtəbə -
8 00031 Mart 2026Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
85 m² -
60031 Mart 2026Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nərimanov r.
1 otaqlı 40 m² 2/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller