Bakıda bahalı ərazilər - Kvadratı 7 min manat olan - MƏNZİLLƏR
Bakı və Abşeron rayonunda satılan mənzillərdə çoxmərtəbəli bina evlərinin satışında intensivlik davam edir. Kredit şərtləri ilə satış baha olsa da, düzgün sənədləşmə, kommunal təminat və digər zəruri hallar ödənilməsi bu mənzilləri bazarda önə çəkir. Bəzi fərdi yaşayış evlərində isə çıxarışın olmaması qiymətə əhəmiyyətli təsir edir.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər hansı əmlakın bazar dəyəri qiymətləndirilərkən ilk növbədə əmlakın yerləşdiyi torpağın bazar dəyəri nəzərə alınır. Bu ərazidən asılı olaraq fərqli məbləğ ola bilər.
Bakıətrafı ərazilərdə hazırda ən baha torpaq sahəsi Xırdalandadır. Xırdalanda çıxarışlı torpaq sahələrinin qiyməti 20 min manatdan 50 min manatadək dəyişir.
Ekspert qeyd edib ki, mənzil tikintisi üçün xərclər 1 kvadrat metrə, təxminən 600-1000 manatadək hesablanır. Bu, hər yerdə standart qiymət aralığı olaraq tətbiq edilir:
"Hal-hazırda ucuz evlər çıxarışı olmayan fərdi yaşayış evləridir. Faktiki olaraq Bakı və Abşeron ərazisində çıxarışı olmayan fərdi yaşayış evləri var. Çıxarışın olmaması torpağın qiymətini 50%-ə qədər uçuzlaşdırır. Rəsmi alqı-satqı mümkün olmadığı üçün bu kateqoriyaya aid olan mülklər etibarnamə əsasında alınıb-satılır. Riskli prosesə görə qiymət də aşağı məbləğdə müəyyən olunur. Bu tip torpaq sahələri yüz ildən artıqdır ki, yaşayış yerləri kimi olsa da, sənədləşməsi mümkün deyil".
Ekspert bu tip ərazilərə neft yataqları ərazilərini, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziləri və təhlükəsizlik zonalarını, dəmiryol xətlərinə yaxın hissələri, təsərrüfat təyinatlı torpaqları və s. aid edib. Bakı və Abşeronda yüz minlərlə belə əmlak var".
Elnur Fərzəliyev qeyd edib ki, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin sərəncamları, bağlar idarəsinin sənədləri yaşayış evinin tikilməsi üçün həlledici sənəd deyil:
"Yaranmış vəziyyətə uyğun olaraq amnitsiya tətbiq olunmalıdır. Nəticədə bu qədər tikilmiş çox sayda ev çıxarışla təmin olunar. Xarici ölkələrdə bu təcrübə var. Ötən il də Gürcüstanda tətbiq olundu. Digər tərəfdən, tam sənədləşmə imkan verəcək ki, dövlət qanuna müvafiq şəkildə torpaq və əmlak vergisi tətbiq edə bilsin. Əmlakın müvafiq sənədlərinin olmaması miras və digər bölgüləri də çətinləşdirir".
Ekspert vurğulayıb ki, baha olan ərazilər paytaxtın mərkəz hissələri, Badamdar, “Varovski” deyilən ərazi, Teymur Əliyev, Məmməd Araz və s. küçələridir. Mərkəz ərazilərdə mənzillərin 1 kvadrat metr sahəsi 4000-7000 manat aralığındadır:
"Mənzil bazarında ucuzlaşma mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən çoxmərtəbəli binalarda sahəsi, otaq sayı çox olan mənzillərdə müşahidə olunur. Bunun səbəbi sahəsinə görə qiymətinin baha olmasıdır. Alıcı daha az xərc üçün kiçik sahəli mənzillərə üstünlük verir. Dəyəri bir milyondan baha olan müklərin alıcılıq qabiliyyəti çox aşağıdır. Bununla belə, fərdi yaşayış evləri ilə müqayisədə çox mərtəbəli bina mənzillərinə tələbat daha çoxdur. Son 4-5 ilin statistikasına əsasən satılan çıxarışlı əmlakların 60%-dən yuxarı hissəsi müxtəlif kredit şərtləri ilə satılan evlərdir. Daha dəqiq desək, ipoteka şərtləri ilə alınan mənzillər üstünlük təşkil edir".
- 13.02.2026
- 134
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
550Dünən, 23:46Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 60 m² 2/9 mərtəbə -
750Dünən, 23:23Kirayə (aylıq) Həyət evi/villa
28 May m., Nəsimi r.
3 otaqlı 80 m² -
35 000Dünən, 23:20Satılır Yeni Tikili
Saray, Gənclik Mall, Abşeron r.
2 otaqlı 91 m² 14/14 mərtəbə -
400Dünən, 22:46Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 6/10 mərtəbə -
179 000Dünən, 22:43Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Bakı kinoteatrı, Xətai r.
3 otaqlı 96 m² 2/17 mərtəbə -
179 000Dünən, 22:21Satılır Köhnə Tikili
Nizami m., Yasamal r.
2 otaqlı 61 m² 4/5 mərtəbə -
80 000Dünən, 21:45Satılır Obyekt
Masazır, Abşeron r.
25 m² -
630Dünən, 21:26Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 63 m² 7/9 mərtəbə -
410 000Dünən, 21:10Satılır Yeni Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
4 otaqlı 152 m² 8/18 mərtəbə -
84 000Dünən, 20:26Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 60 m² 4/6 mərtəbə -
190 000Dünən, 20:26Satılır Yeni Tikili
Məhəmmədli, Abşeron r.
3 otaqlı 113.5 m² 2/10 mərtəbə -
2 000Dünən, 20:13Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
110 m² -
2 500Dünən, 19:56Kirayə (aylıq) Obyekt
Maştağa qəs., Sabunçu r.
640 m² -
78 000Dünən, 19:44Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 2/8 mərtəbə -
600Dünən, 19:42Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
2 otaqlı 40 m² -
83 000Dünən, 19:41Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 4/6 mərtəbə -
156 000Dünən, 19:36Satılır Torpaq
Badamdar qəs., Elmlər Akademiyası, Səbail r.
2 sot -
35 000Dünən, 19:30Satılır Həyət evi/villa
Türkan, Xəzər r.
2 otaqlı 50 m² -
230 000Dünən, 19:23Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 338 m² -
650Dünən, 19:21Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
2 otaqlı 120 m² 5/20 mərtəbə -
239 900Dünən, 19:20Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 99 m² 8/18 mərtəbə -
89 000Dünən, 19:16Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 40 m² 9/9 mərtəbə -
300Dünən, 19:15Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 80 m² -
108 000Dünən, 19:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 74 m² 2/10 mərtəbə -
850Dünən, 19:09Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 75 m² 10/16 mərtəbə -
850Dünən, 19:09Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 120 m² 19/21 mərtəbə -
120 000Dünən, 19:02Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 62 m² 5/14 mərtəbə -
125 500Dünən, 18:53Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 64 m² 12/17 mərtəbə -
378 000Dünən, 18:46Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 132 m² 6/16 mərtəbə -
53 000Dünən, 18:46Satılır Torpaq
Biləcəri qəs., MUM, Binəqədi r.
3 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller