Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
“İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
“Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:
“Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.
R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.
“Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, - deyə o fikrini tamamlayıb.
- 17.06.2025
- 449
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
3 900Bugün, 18:46Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
88 m² -
315 000Bugün, 18:44Satılır Yeni Tikili
Nizami m., Kubinka, Nəsimi r.
3 otaqlı 129 m² 16/16 mərtəbə -
550 000Bugün, 18:40Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 220 m² 11/18 mərtəbə -
460 000Bugün, 18:33Satılır Yeni Tikili
Nəsimi r.
3 otaqlı 143 m² 12/17 mərtəbə -
97 000Bugün, 18:32Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 150 m² -
1 000Bugün, 18:31Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
50 m² -
138 000Bugün, 18:30Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 56 m² 4/5 mərtəbə -
45 000Bugün, 18:29Satılır Həyət evi/villa
Müşviqabad qəs., Qaradağ r.
3 otaqlı 100 m² -
430 000Bugün, 18:23Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 147 m² 7/8 mərtəbə -
850Bugün, 18:22Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 100 m² 8/16 mərtəbə -
53 000Bugün, 18:15Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 59 m² -
207 000Bugün, 18:04Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 60 m² 5/5 mərtəbə -
250 000Bugün, 17:58Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 85 m² 6/8 mərtəbə -
1 000Bugün, 17:58Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 105 m² 6/16 mərtəbə -
116 000Bugün, 17:54Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 32 m² 4/5 mərtəbə -
150 000Bugün, 17:53Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 74 m² 4/12 mərtəbə -
78 000Bugün, 17:49Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 41 m² 3/10 mərtəbə -
209 000Bugün, 17:46Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 85 m² 8/9 mərtəbə -
700Bugün, 17:41Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Xəzər Universiteti, Nizami r.
2 otaqlı 105 m² 7/17 mərtəbə -
1 500Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 170 m² 13/16 mərtəbə -
185 000Bugün, 17:37Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 75 m² 7/9 mərtəbə -
270 000Bugün, 17:35Satılır Torpaq
Mərdəkan, Xəzər r.
7.5 sot -
1 800Bugün, 17:35Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 105 m² 5/7 mərtəbə -
228 000Bugün, 17:34Satılır Yeni Tikili
28 May m., Şərq Bazarı, Nərimanov r.
2 otaqlı 55 m² 9/14 mərtəbə -
1 500Bugün, 17:34Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
10 m² -
750Bugün, 17:32Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 100 m² 3/12 mərtəbə -
550Bugün, 17:32Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
1 otaqlı 33 m² 4/5 mərtəbə -
3 500Bugün, 17:29Kirayə (aylıq) Ofis
Xətai m., Xətai r.
6 otaqlı 200 m² -
215 000Bugün, 17:25Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
4 otaqlı 100 m² 2/9 mərtəbə -
285 000Bugün, 17:25Satılır Köhnə Tikili
Gənclik m., Zoopark, Nərimanov r.
3 otaqlı 100 m² 2/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
