Bakıda bağ evlərinin kirayə qiyməti - REKORD VURDU - QİYMƏTLƏR

Yay gəlişi ilə Bakı və ətraf kəndlərdə, rayonlarda bağ evlərinin qiymətləri yenə "alışıb-yanır”. Şəhərdən uzaqlaşıb sakitlik tapmaq istəyənlər hər il olduğu kimi bu yay da kirayə bağ evlərinə üz tuturlar. Amma qiymətlərə baxanda çoxlarının nəfəsi kəsilir: bir günlük kirayə bəzən şəhərdə bir ayın kirayəsinə bərabər olur.
Arenda.az "Yeni Musavat"a istinadən xəbər verir ki, artıq paytaxt sakinləri ailəvi istirahət üçün Bakının Bilgəh, Şüvəlan, Mərdəkan, Buzovna kimi kəndlərində, eləcə də Quba, Qəbələ, Şəki və Lənkəran kimi rayonlarda qiymətlərlə maraqlanırlar. Əlverişli yer, təmiz hava və dənizə yaxınlıq istəyənlərin sayı artdıqca bağ evlərinin qiymətləri də "uçur”.
Araşdırma göstərir ki, bu mövsüm bağ evlərinin qiymətləri ötən illə müqayisədə yenə artıb. Bakı kəndlərində adi hovuzlu bağ evlərinin bir günlük kirayəsi hazırda 250-300 manat civarındadır. Villa tipli, daha böyük və zəngin imkanlı evlərdə isə qiymətlər 350-400 manatdan başlayır. Bu isə deməkdir ki, şəhərdə orta kirayə mənzil üçün ödədiyiniz pulu, bağ evində cəmi bir günə xərcləməlisiniz.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bağ evlərinin kirayəsi mövsümi xarakter daşıyır və bu səbəbdən qiymətləri ciddi şəkildə artan tələb müəyyən edir: "Hər yay əvvəlki ilə nisbətən qiymətlərdə 10-15 faiz artım müşahidə olunur. Çünki əhalinin bir qismi yay aylarını bağ evlərində keçirmək istəyir və bu da tələbatı artırır”. Onun sözlərinə görə, pandemiyadan əvvəl bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 manat idisə, sonrakı illərdə bu rəqəm 20-25 faiz yüksəlib.
Onun sözlərinə görə, kirayə təklif edilən daşınmaz əmlakın qiymətini inzibati yolla tənzimləmək mümkün deyil: "Hər hansısa alət yoxdur ki, dövlət və ya hansısa qurum bunu tənzimləsin. Bu yalnız bazar münasibətləri nəticəsində, tələb və təklif arasındakı asılılığa uyğun olaraq qiymətlər tənzimlənir. Təklif qiymətlərinin yüksək olması onu göstərir ki, təklifə qarşı tələbat mövzudur. İnsanlarımız bir günə 250-300 manat ödəyib istirahət etməyi üstün hesab edirlər. Bu onunla əlaqəlidir ki, hazırda quru sərhədlər bağlıdır və vətəndaşlar ölkə xaricində deyil, ölkə daxilində istirahət etməli olurlar. Əvvəllər insanlar daha çox Türkiyə və Gürcüstana gedirdilər. İndi isə əhalinin müəyyən qismi təyyarə ilə səyahət edir. Digər qismi isə ölkədə eyni istirahət şəraitini yaratmağa üstünlük verirlər. Bu da daşınmaz əmlakın ölkədə qiymətini yüksəldir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər:
"Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni qiymət tələbata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər. Əmlak vətəndaşın şəxsi mülkiyyətidir, onun özü tərəfindən tənzimlənir. Qanunvericilikdə heç bir təsir mexanizmi ola bilməz.
Elə insanlar var ki, fantastik üslubda bağ evi tikdirirlər. Onlar bir neçə il qaldıqdan sonra yorulurlar və məcburən həmin evləri baha qiymətə kirayə verirlər. Elə şəxslər də var ki, məhz kirayə vermək məqsədi ilə bağ evi tikir. Çox da bahalı bağ evlərinə tələbat yüksək deyil. Günü 100-150 manata olan evlərə istər regionlarda, istərsə də Bakı və Abşeronda daha çox tələbat var".
Azadov bildirir ki, Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi yerlərə tələbat həmişə yüksək olur. Onun sözlərinə görə, dənizə yaxınlıq, infrastrukturun yaxşılığı, hovuzun olması artıq üstünlük deməkdir.
İqtisadçılar deyirlər ki, qiymətlərin yüksək olması həm də təklifin məhdudluğu ilə bağlıdır. Çünki yaxşı vəziyyətdə olan bağ evlərinin sayı çox deyil və onların da sahibləri fürsətdən istifadə edib daha yüksək qiymət tələb edirlər.
Elə müştərilər də var ki, bir neçə ailə birləşib evi kirayələyirlər və xərcləri bölürlər. Qubada, Qəbələdə və digər bölgələrdə sadə bağ evləri üçün 80-150 manat, hovuzlu və orta səviyyəli evlər üçün isə 150-250 manat, lüks evlər üçün isə 300-400 manat tələb olunur. O deməkdir ki, şəhərdə bir ay üçün ödədiyiniz pulu bağ evində cəmi bir günə xərcləyə bilərsiniz.
- 07.07.2025
- 380
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
279 000Bugün, 09:39Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 70 m² 2/21 mərtəbə -
465 000Bugün, 09:30Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 125 m² 16/17 mərtəbə -
60 000Bugün, 09:14Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 80 m² -
750Bugün, 08:59Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
5 otaqlı 120 m² 6/9 mərtəbə -
200Bugün, 08:17Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
3 otaqlı -
500Bugün, 04:15Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 10/16 mərtəbə -
250Bugün, 02:05Kirayə (aylıq) Həyət evi/villa
Yasamal qəs., 28 Mall, Yasamal r.
1 otaqlı 26 m² -
237 500Bugün, 01:38Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 85 m² 5/11 mərtəbə -
80Bugün, 01:31Kirayə (günlük) Köhnə Tikili
İçərişəhər m., İçəri Şəhər, Səbail r.
1 otaqlı 17 m² 3/3 mərtəbə -
700Bugün, 01:25Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nərimanov r.
28 m² -
1 500Bugün, 00:27Kirayə (aylıq) Obyekt
28 May m., Nərimanov r.
100 m² -
35Dünən, 23:43Kirayə (günlük) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Araz kinoteatrı, Yasamal r.
2 otaqlı 60 m² 3/18 mərtəbə -
2 000Dünən, 23:22Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
50 m² -
1 000Dünən, 23:19Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
50 m² -
1 200Dünən, 23:14Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 89 m² 19/20 mərtəbə -
57 000Dünən, 23:07Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 30 m² 13/16 mərtəbə -
700Dünən, 22:54Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., A.S.Puşkin parkı, Səbail r.
2 otaqlı 60 m² 2/5 mərtəbə -
78 000Dünən, 22:03Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 48 m² 2/3 mərtəbə -
450Dünən, 21:53Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 75 m² 1/8 mərtəbə -
84 000Dünən, 21:39Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 62 m² 6/18 mərtəbə -
420 000Dünən, 21:33Satılır Yeni Tikili
Qara Qarayev m., Sevinc k/t, Nizami r.
4 otaqlı 145 m² 13/16 mərtəbə -
350Dünən, 21:29Kirayə (aylıq) Yeni Tikili
Ümid qəs., Qaradağ r.
4 otaqlı 106 m² 4/5 mərtəbə -
65 000Dünən, 21:24Satılır Torpaq
Yaşıl dərə r., Sumqayıt ş.
12 sot -
550Dünən, 21:23Kirayə (aylıq) Yeni Tikili
10-cu mikrorayon r., Sumqayıt ş.
2 otaqlı 67 m² 13/15 mərtəbə -
800Dünən, 21:23Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Caspian Plaza, Nəsimi r.
3 otaqlı 100 m² 13/17 mərtəbə -
35 000Dünən, 21:18Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 58 m² 11/14 mərtəbə -
57 000Dünən, 21:08Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 11/18 mərtəbə -
59 000Dünən, 20:53Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 6/6 mərtəbə -
215 000Dünən, 20:44Satılır Yeni Tikili
28 May m., Şərq Bazarı, Nərimanov r.
2 otaqlı 56 m² 9/14 mərtəbə -
62 000Dünən, 20:37Satılır Köhnə Tikili
Qazax ş.
4 otaqlı 70 m² 2/2 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
