Bakıda bağ evlərinin kirayə qiyməti - REKORD VURDU - QİYMƏTLƏR
- 07.07.2025
- 208

Yay gəlişi ilə Bakı və ətraf kəndlərdə, rayonlarda bağ evlərinin qiymətləri yenə "alışıb-yanır”. Şəhərdən uzaqlaşıb sakitlik tapmaq istəyənlər hər il olduğu kimi bu yay da kirayə bağ evlərinə üz tuturlar. Amma qiymətlərə baxanda çoxlarının nəfəsi kəsilir: bir günlük kirayə bəzən şəhərdə bir ayın kirayəsinə bərabər olur.
Arenda.az "Yeni Musavat"a istinadən xəbər verir ki, artıq paytaxt sakinləri ailəvi istirahət üçün Bakının Bilgəh, Şüvəlan, Mərdəkan, Buzovna kimi kəndlərində, eləcə də Quba, Qəbələ, Şəki və Lənkəran kimi rayonlarda qiymətlərlə maraqlanırlar. Əlverişli yer, təmiz hava və dənizə yaxınlıq istəyənlərin sayı artdıqca bağ evlərinin qiymətləri də "uçur”.
Araşdırma göstərir ki, bu mövsüm bağ evlərinin qiymətləri ötən illə müqayisədə yenə artıb. Bakı kəndlərində adi hovuzlu bağ evlərinin bir günlük kirayəsi hazırda 250-300 manat civarındadır. Villa tipli, daha böyük və zəngin imkanlı evlərdə isə qiymətlər 350-400 manatdan başlayır. Bu isə deməkdir ki, şəhərdə orta kirayə mənzil üçün ödədiyiniz pulu, bağ evində cəmi bir günə xərcləməlisiniz.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bağ evlərinin kirayəsi mövsümi xarakter daşıyır və bu səbəbdən qiymətləri ciddi şəkildə artan tələb müəyyən edir: "Hər yay əvvəlki ilə nisbətən qiymətlərdə 10-15 faiz artım müşahidə olunur. Çünki əhalinin bir qismi yay aylarını bağ evlərində keçirmək istəyir və bu da tələbatı artırır”. Onun sözlərinə görə, pandemiyadan əvvəl bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 manat idisə, sonrakı illərdə bu rəqəm 20-25 faiz yüksəlib.
Onun sözlərinə görə, kirayə təklif edilən daşınmaz əmlakın qiymətini inzibati yolla tənzimləmək mümkün deyil: "Hər hansısa alət yoxdur ki, dövlət və ya hansısa qurum bunu tənzimləsin. Bu yalnız bazar münasibətləri nəticəsində, tələb və təklif arasındakı asılılığa uyğun olaraq qiymətlər tənzimlənir. Təklif qiymətlərinin yüksək olması onu göstərir ki, təklifə qarşı tələbat mövzudur. İnsanlarımız bir günə 250-300 manat ödəyib istirahət etməyi üstün hesab edirlər. Bu onunla əlaqəlidir ki, hazırda quru sərhədlər bağlıdır və vətəndaşlar ölkə xaricində deyil, ölkə daxilində istirahət etməli olurlar. Əvvəllər insanlar daha çox Türkiyə və Gürcüstana gedirdilər. İndi isə əhalinin müəyyən qismi təyyarə ilə səyahət edir. Digər qismi isə ölkədə eyni istirahət şəraitini yaratmağa üstünlük verirlər. Bu da daşınmaz əmlakın ölkədə qiymətini yüksəldir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər:
"Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni qiymət tələbata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər. Əmlak vətəndaşın şəxsi mülkiyyətidir, onun özü tərəfindən tənzimlənir. Qanunvericilikdə heç bir təsir mexanizmi ola bilməz.
Elə insanlar var ki, fantastik üslubda bağ evi tikdirirlər. Onlar bir neçə il qaldıqdan sonra yorulurlar və məcburən həmin evləri baha qiymətə kirayə verirlər. Elə şəxslər də var ki, məhz kirayə vermək məqsədi ilə bağ evi tikir. Çox da bahalı bağ evlərinə tələbat yüksək deyil. Günü 100-150 manata olan evlərə istər regionlarda, istərsə də Bakı və Abşeronda daha çox tələbat var".
Azadov bildirir ki, Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi yerlərə tələbat həmişə yüksək olur. Onun sözlərinə görə, dənizə yaxınlıq, infrastrukturun yaxşılığı, hovuzun olması artıq üstünlük deməkdir.
İqtisadçılar deyirlər ki, qiymətlərin yüksək olması həm də təklifin məhdudluğu ilə bağlıdır. Çünki yaxşı vəziyyətdə olan bağ evlərinin sayı çox deyil və onların da sahibləri fürsətdən istifadə edib daha yüksək qiymət tələb edirlər.
Elə müştərilər də var ki, bir neçə ailə birləşib evi kirayələyirlər və xərcləri bölürlər. Qubada, Qəbələdə və digər bölgələrdə sadə bağ evləri üçün 80-150 manat, hovuzlu və orta səviyyəli evlər üçün isə 150-250 manat, lüks evlər üçün isə 300-400 manat tələb olunur. O deməkdir ki, şəhərdə bir ay üçün ödədiyiniz pulu bağ evində cəmi bir günə xərcləyə bilərsiniz.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
- 25İyul202509:5731Sənədsiz evlərə çıxarışların verilməsində yenilik - 15 gün vaxt veriləcək
- 22İyul202509:1884Bakının bu ərazilərində - BİNALAR SÖKÜLƏCƏK
- 21İyul202509:4977SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək
- 17İyul202511:45178Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq - YENİLİK
- 16İyul202510:56127Bakıda satılan ən bahalı mənzillər məlum olub - SİYAHI
- 15İyul202509:57108Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşir
Yeni Elanlar
-
310 000 AZN
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 75 m² 11/16 mərtəbə -
90 AZN
Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
2 otaqlı -
80 000 AZN
Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 70 m² -
1 600 AZN
Kirayə (aylıq) Ofis
Nəsimi r.
3 otaqlı 52 m² -
1 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
3 otaqlı 75 m² 9/14 mərtəbə -
1 100 AZN
Kirayə (aylıq) Ofis
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
5 otaqlı 100 m² -
500 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., Binəqədi r.
2 otaqlı 46 m² 2/5 mərtəbə -
75 000 AZN
Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 74 m² -
5 000 AZN
Kirayə (aylıq) Bağ evi
Xəzər r.
4 otaqlı 12 sot -
71 000 AZN
Satılır Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
3 otaqlı 89 m² -
238 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 106 m² 10/12 mərtəbə -
65 000 AZN
Satılır Həyət evi/villa
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 85 m² -
1 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
2 otaqlı 93 m² 8/18 mərtəbə -
1 400 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 70 m² 5/7 mərtəbə -
145 000 AZN
Satılır Köhnə Tikili
Neftçilər m., Sabunçu r.
2 otaqlı 55 m² 6/9 mərtəbə -
750 AZN
Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Bravo 20 yanvar, Nəsimi r.
1 otaqlı 30 m² 7/19 mərtəbə -
55 000 AZN
Satılır Obyekt
Əhmədli m., Xətai r.
22 m² -
1 050 AZN
Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 110 m² 15/17 mərtəbə -
5 000 AZN
Kirayə (aylıq) Bağ evi
Sabunçu r.
5 otaqlı 13 sot -
212 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 57 m² 3/12 mərtəbə -
209 000 AZN
Satılır Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 55 m² 13/14 mərtəbə -
125 000 AZN
Satılır Yeni Tikili
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 110 m² 4/5 mərtəbə -
700 AZN
Kirayə (aylıq) Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 80 m² 8/16 mərtəbə -
126 500 AZN
Satılır Köhnə Tikili
Azadlıq m., Binəqədi r.
2 otaqlı 52 m² 10/12 mərtəbə -
800 AZN
Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
2 otaqlı 60 m² 18/19 mərtəbə -
325 000 AZN
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 100 m² 3/8 mərtəbə -
2 500 AZN
Kirayə (aylıq) Bağ evi
Sabunçu r.
6 otaqlı 6 sot -
2 500 AZN
Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, Xətai r.
5 otaqlı 190 m² -
220 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 102 m² 3/12 mərtəbə -
120 AZN
Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı