Azərbaycanda mənzil tikintisi zəifləyir - SƏBƏBLƏR
Azərbaycanın müstəqillik dövründə mənzil tikintisi sosial-iqtisadi dəyişikliklərin əsas göstəricilərindən biri olub. 1990-cı illərdəki durğunluqdan sonra neft gəlirləri və dövlət siyasətləri sayəsində sektor canlansa da, son illərdə artım tempi zəifləyib.
Mənzil sadəcə bir dam deyil, ailənin gələcəyidir, rifahın simvoludur. Müstəqillik illərində Azərbaycanda mənzil tikintisinin keçdiyi yol ölkənin sosial-iqtisadi həyatında baş verən dərin dəyişikliklərin bariz göstəricilərindən biridir. Bu dövrdə müşahidə olunan tendensiyalar yalnız daş və betondan ibarət binaların çoxalması ilə məhdudlaşmır, burada vətəndaşların həyat tərzinin izlərini görmək mümkündür.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ciddi sınaq dövrü idi. İqtisadi tənəzzül, müharibə, və sosial böhran fonunda mənzil tikintisi demək olar ki, dayandı.
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 1990-cı ildə hər 1000 nəfərə düşən mənzil sayı 4,9 idisə, 10 il sonra bu göstərici kəskin şəkildə azalaraq cəmi 0,5-ə enib. Yaşayış sahəsinin miqyası da dramatik şəkildə azalıbı – 404 kvadrat metrdən 53 kvadrat metrə qədər.
2000-ci illərin əvvəllərində isə mənzil sektorunda bərpa prosesləri başlandı. Xüsusilə neft gəlirlərinin artması ilə yeni tikinti dalğası yarandı. Hökumətin mənzil tikintisini prioritet sahələrdən biri elan etməsi, tikinti sektoruna yönəlik investisiya axınını artırdı. 2008-ci ilə qədər sektorda müntəzəm artım müşahidə olundu. Həmin il hər 1000 nəfərə düşən mənzil sayı 2-yə, yaşayış sahəsi isə 229 kvadrat metrə yüksəldi.
2010-cu illər mənzil tikintisinin daha sabit və planlı şəkildə inkişaf etdiyi dövr kimi yadda qaldı. 2013-cü ildə göstəricilər 2,3 mənzil və 258 kvadrat metr sahə ilə zirvəyə çatdı. Lakin artım tempi əvvəlki illərlə müqayisədə zəiflədi. Buna baxmayaraq mənzil sektorunda dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmlənməsi, ipoteka sisteminin genişləndirilməsi və regionlarda sosial layihələrinin həyata keçirilməsi prosesi davam etdi.
2019-cu il Azərbaycan mənzil sektorunun ən yüksək inkişaf mərhələsi kimi tarixə düşdü. Həmin il rekord göstəricilər qeydə alındı – hər 1000 nəfərə 8,8 mənzil və 953 kvadrat metr istifadəyə verildi. Növbəti il dünyanı bürüyən COVID-19 pandemiyası Azərbaycanda da mənzil tikintisinə ciddi təsir göstərdi. 2020-ci ildə göstəricilər kəskin azaldı: 5 mənzil və 522 kvadrat metr sahə. Pandemiyanın səbəb olduğu iqtisadi tənəzzül, material tədarükündə fasilələr və investisiya axınındakı durğunluq bu sahədə geriləməyə yol açdı.
2021-ci ildən etibarən sektor tədricən bərpa olunsa da, əvvəlki artım sürəti müşahidə edilmədi. 2022-ci ildə göstəricilər 2,5 mənzil və 279 kvadrat metr, 2023-cü ildə isə 2,2 mənzil və 245 kvadrat metr təşkil etdi.
2024-cü ildə 20149 mənzil istifadəyə verildi. Bu mənzillərin ümumi sahəsi 2,3 milyon kvadratmetr olub. Beləliklə hər mənzilin orta sahəsi 117.2 kvadratmetr təşkil edib.
Əhalinin şəxsi vəsaiti ilə inşa edilən mənzillər ümumi tikintinin 57 faizindən çoxunu təşkil edərək fərdi yaşayış evlərinin üstünlük təşkil edib.
Bununla yanaşı, mənzillərin orta sahəsinin ildən-ilə artması da diqqətçəkicidir. Əgər 1990-cı illərdə orta göstərici 80–90 kvadrat metr arasında idisə, son illərdə bu göstərici 110–120 kvadrat metrə qədər yüksəlib. Xüsusilə şəxsi vəsaitlə tikilən fərdi evlərin orta sahəsi 140 kvadratmetrdən 147 kvadratmetrə çatır.
Azərbaycandakı vəziyyətin beynəlxalq kontekstdə necə göründüyünü qiymətləndirmək üçün bəzi müqayisələr aparmaq faydalıdır. Avropa İttifaqı ölkələrində hər 1000 nəfərə düşən yeni tikilmiş mənzil sayı adətən 4–6 arasında dəyişir. Məsələn, Almaniya və İsveçdə bu göstərici 5,5-6 civarındadır. ABŞ-da 4,5, Böyük Britaniyada isə 4,8-dir civarında dəyişir. Azərbaycanda isə bu göstərici 2023-cü ildə 2.2 olub.
Eyni fərq yaşayış sahəsinin ölçülərində də özünü göstərir. İnkişaf etmiş ölkələrdə hər 1000 nəfərə düşən yeni tikilmiş sahə 600-800 kvadratmetr olduğu halda Azərbaycanda bu göstərici 245 kvadratmetrdir.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib ki, müstəqillik illəriondə Azərbaycanda tikinti sektorunun ən gur vaxtı 2007-2008-ci illər olub.
Həmin dövrdə il ərzində istifadəyə verilmiş mənzillərin ümumi sahəsi 4-4,2 milyon kvadratmetr təşkil edirdi. O vaxtlar aparılan araşdırmalar zamanı məlum olurdu ki. Bazarda eyni vaxtda azı 200 şirkət mənzil tikintisi ilə məşğul olur. Bu gün analoji fəaliyyətlə məşğulı olan şirkətlərin sayı 2,5-3 dəfə azalıb. Üstəlik tikintiyə nəzarət qaydaları, standartları və s. baxımından fundamental dəyişikliklıər baş verib. Bütün bunlar tikinti ilə məşğul olan təsadüfi şirkətlərin bazardan çıxmasına səbəb olub. Nəticədə Azərbaycanda illik mənzil tikintisinin ümumi sahəsi 1,6-1,7 milyon kvadratmetrə düşüb.
“Müqayisə aparsaq, Azərbaycanda adambaşına düşnən mənzil sahəsi 20 kvadratmetrdir. Rusiya, Qazaxıstan, Belarus kimi ölkələrdə bu göstərici 28-30 kvadratmetr arasında dəyişir. Bu göstəricilərə çatmaq üçün bizə 100 milyon kvadratmetr əlavə mənzil sahəsinin tikintisinə ehtiyac var. Əhalinin indiki sayı və ildə maksimum 2 milyon kvadratmetrlik mənzil tikilsə, bizə azı 50 il lazımdır. Bu müqayisə vəziyyətin nə qədər ciddi olduğunu göstərir” .
Ekstpertin sözlərinə görə son illər şəhərsalma tədbirləri gücləndirilir. Müəyyən qərarlar qəbul olunur, iri şəhərlərin baş planları təsdiqlənir. Sahə üzrə fəaliyyət göstərən dövlət qurumları islahatlar aparsa da reallıq qeyd olunan rəqəmlər ətrafındadır.
- 16.05.2025
- 379
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
335 000Bugün, 13:41Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3 sot -
800Bugün, 13:40Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
345 000Bugün, 13:39Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.5 sot -
265 000Bugün, 13:38Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3.5 sot -
670Bugün, 13:36Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 70 m² 15/20 mərtəbə -
106 000Bugün, 13:33Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 70 m² 4/6 mərtəbə -
1 700Bugün, 13:29Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 95 m² -
220 000Bugün, 13:29Satılır Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 80 m² 10/11 mərtəbə -
2 500Bugün, 13:28Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 112 m² 9/20 mərtəbə -
1 000Bugün, 13:24Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Səbail r.
2 otaqlı 70 m² 2/2 mərtəbə -
670Bugün, 13:19Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 75 m² 16/19 mərtəbə -
700Bugün, 13:14Kirayə (aylıq) Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 101 m² 10/12 mərtəbə -
650Bugün, 13:09Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
1 otaqlı 50 m² 6/16 mərtəbə -
3 000Bugün, 13:04Kirayə (aylıq) Ofis
Nizami m., Nəsimi r.
5 otaqlı 100 m² -
2 499Bugün, 12:59Kirayə (aylıq) Ofis
Xətai r.
5 otaqlı 195 m² -
2 000Bugün, 12:58Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
4 otaqlı 150 m² 7/7 mərtəbə -
120 000Bugün, 12:55Satılır Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 65 m² 13/15 mərtəbə -
1 350Bugün, 12:55Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 2 m² 11/20 mərtəbə -
147 000Bugün, 12:54Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 67 m² 2/3 mərtəbə -
90 000Bugün, 12:52Satılır Həyət evi/villa
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 70 m² -
1 600Bugün, 12:52Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 85 m² -
3 000Bugün, 12:48Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
60 m² -
450Bugün, 12:46Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
8 m² -
69 000Bugün, 12:42Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 30 m² 13/15 mərtəbə -
550Bugün, 12:41Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
5 otaqlı 200 m² -
165 000Bugün, 12:41Satılır Həyət evi/villa
Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
265 000Bugün, 12:40Satılır Yeni Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Elmlər Akademiyası, Səbail r.
3 otaqlı 92 m² 12/17 mərtəbə -
615 000Bugün, 12:40Satılır Obyekt
28 May m., Səbail r.
185 m² -
468 000Bugün, 12:38Satılır Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 220 m² 7/18 mərtəbə -
108 000Bugün, 12:35Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 45 m² 4/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller