Azərbaycanda daşınmaz əmlak üzrə ipoteka müqavilələrinin sayı - 15% ARTIB

Bu ilin I yarısında Azərbaycanda 39 093 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Bu barədə,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.
Hesabat dövründə ölkədə girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edib. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzil olub. Belə ki, 6 ayda 21 780 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Dövr ərzində girov qoyulmuş ümumi 39 093 əmlakdan 8 171-i torpaq sahəsinin, 5 623-ü isə fərdi yaşayış evinin payına düşüb.
İlin ilk yarısında Bakıda ümumilikdə 20 093 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4 %-ni təşkil edib. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5 471 müqavilə), 2 saylı Sumqayıt (2 060 müqavilə), 5 saylı Xaçmaz (2 026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1 773 müqavilə) aparılıb.
Hesabat dövründə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıt olub. Girov qoyulan mənzillərin 93 %-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (4 müqavilə), 14 saylı Şamaxı (12 müqavilə) və 18 saylı Zaqatala (15 müqavilə) ərazi idarələri olub.
Girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də Bakı ilk yeri tutub. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunub. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlar olub.
Bu dövrdə ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında isə ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 1 saylı Bakı ərazi idarələri tamamlayıb. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (98 müqavilə) və 16 saylı Ucar (127 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlar olub.
- 27.07.2023
- 1023
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
70Dünən, 23:42Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı 120 m² -
110 000Dünən, 23:36Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 54 m² 3/14 mərtəbə -
350Dünən, 23:27Kirayə (aylıq) Obyekt
Xırdalan ş.
40 m² -
110 000Dünən, 23:24Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 64 m² 11/16 mərtəbə -
40 000Dünən, 23:13Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 49 m² 2/11 mərtəbə -
204 000Dünən, 23:05Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 92.5 m² 14/17 mərtəbə -
133 000Dünən, 22:38Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 88 m² 3/6 mərtəbə -
85 000Dünən, 22:34Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 11/12 mərtəbə -
168 000Dünən, 22:25Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 81 m² 12/16 mərtəbə -
40 000Dünən, 22:20Satılır Torpaq
Saatlı ş.
30 sot -
88 900Dünən, 22:13Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 3/9 mərtəbə -
109 000Dünən, 20:33Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 40 m² 5/5 mərtəbə -
102 500Dünən, 20:24Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 15/16 mərtəbə -
1 175 000Dünən, 20:07Satılır Obyekt
Xətai r.
246 m² -
106 500Dünən, 20:05Satılır Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 48 m² 16/20 mərtəbə -
450Dünən, 19:59Kirayə (aylıq) Yeni Tikili
Mehdiabad, Abşeron r.
2 otaqlı 55 m² 3/11 mərtəbə -
198 000Dünən, 19:59Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 100 m² 9/9 mərtəbə -
550Dünən, 19:55Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
1 otaqlı 40 m² 5/16 mərtəbə -
400Dünən, 19:43Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 67 m² 8/14 mərtəbə -
50Dünən, 19:40Kirayə (günlük) Həyət evi/villa
Gəncə ş.
2 otaqlı 60 m² -
350Dünən, 19:34Kirayə (aylıq) Köhnə Tikili
Koroğlu m., Bülbülə qəs., Bülbülə şadlıq sarayı, Suraxanı r.
2 otaqlı 53 m² 1/2 mərtəbə -
750Dünən, 19:33Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 70 m² 15/18 mərtəbə -
700Dünən, 19:27Kirayə (aylıq) Köhnə Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
3 otaqlı 60 m² 4/4 mərtəbə -
1 000Dünən, 19:27Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
3 otaqlı 120 m² 10/15 mərtəbə -
145 000Dünən, 19:19Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 100 m² 1/9 mərtəbə -
118 000Dünən, 19:19Satılır Köhnə Tikili
Suraxanı qəs., Asan xidmət , Suraxanı r.
2 otaqlı 52 m² 2/9 mərtəbə -
2 650Dünən, 19:16Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
110 m² -
160 000Dünən, 19:04Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 48 m² 2/5 mərtəbə -
259 500Dünən, 19:03Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 76 m² 13/16 mərtəbə -
350Dünən, 18:59Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Suraxanı r.
2 otaqlı 60 m² 2/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

