Azərbaycanda bu mənzillər ucuzlaşıb

“Hazırkı mövsümlə əlaqədar mənzil bazarı üçün passiv dövrün başladığını demək olar. Bu, uzun illərdir bazar üçün xarakterik olan xüsusiyyətdir. Azərbaycan bazarındakı tendensiyalar bilavasitə tələb və təkliflə bağlı olmasa da, burada inzibati, xarici, psixoloji və s. təsirlərin olduğunu görürük”.
Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu iqtisadi tendensiyaların da mənzil bazarına müəyyən təsiri var:
“Mövsümlə əlaqəli olaraq bəzi dəyişikliklər müşahidə olunur. Həmin dəyişiklikləri cari ildə də görürük. Bazarın ümumi vəziyyətini mövcud situasiyada passiv qiymətləndirmək olar. Bazar stabildir, qiymət azalmır. Buna baxmayaraq, müraciətlərin və əməliyyatların sayında azalmalar var. Bütün bunlar isə tələbin azalması deməkdir.
Tələb aşağı olduğu halda əslində qiymətlər ucuzlaşmalıdır. Təəssüflər olsun ki, bizim mənzil bazarında bu belə deyil. Tələb aşağı düşdüyü zaman qiymətlər ucuzlaşmır. Biz bunu müxtəlif vaxtlarda müşahidə etmişik. Səbəblər isə psixoloji faktorlarla yanaşı, bazardakı ümumi iqtisadi vəziyyətin bilavasitə ilkin mənzil bazarından formalaşması faktorudur. İlkin mənzil bazarında qiymət dəyişmədikcə biz ümumilikdə mənzil bazarında ucuzlaşma müşahidə etmirik", - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, aşağı seqment üzrə, yəni qiyməti təqribən 250 min manata qədər olan mənzillərin qiymətinə nisbi artımlar var:
"Hazırda həmin mənzillərə az da olsa tələb mövcuddur. İpoteka kreditləri hesabına ucuz mənzillərə müraciətlər edilir. Orta və yuxarı seqmentdə isə bazarın vəziyyəti sabitdir. Hətta qiyməti 500 min manatdan yuxarı olan mənzillərin qiymətində qiymətlərin azalmasını müşahidə edirik.
Bundan başqa, fərdi yaşayış evlərində, torpaq sahələrində yay mövsümü olmasına baxmayaraq, qiymət artımları davam edir. Burada əsas səbəblərdən biri yay mövsümündə həmin seqment üzrə gəlirlilik səviyyəsinin artmasıdır. Çünki kirayə bağ evlərinə tələb ciddi şəkildə artır və qiymətlər yüksəlir.
Xüsusilə, pandemiyadan sonra Bakı və Abşeronda kirayə bağ evlərinin qiyməti ilə bağlı əhəmiyyətli dəyişiklik müşahidə etdik. Doğrudur, 2020-2021-ci illərdə olduğu səviyyədə müraciətlər edilməsə də, tələb yenə də yüksəkdir. Orta-statistik, yəni, 2 mərtəbədən və 5-6 otaqdan ibarət olan bağ evlərinin günlük kirayə qiymətləri minimum 200 manatdan başlayır. Bir az fərqli bağ evlərində qiymətlər daha da yuxarıdır. Bunu təbii proses adlandırmaq olar".
- 05.06.2025
- 350
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
8 500Bugün, 18:02Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
3 otaqlı 160 m² 17/25 mərtəbə -
70 000Bugün, 18:02Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 66 m² 15/16 mərtəbə -
400Bugün, 17:59Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 72 m² 7/9 mərtəbə -
550Bugün, 17:58Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 90 m² 17/20 mərtəbə -
450 000Bugün, 17:55Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
4 otaqlı 200 m² 11/20 mərtəbə -
300Bugün, 17:55Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 15 m² -
234 000Bugün, 17:53Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Xətai r.
3 otaqlı 104 m² 14/16 mərtəbə -
1 000Bugün, 17:20Kirayə (aylıq) Obyekt
H.Aslanov qəs., Xətai r.
50 m² -
250 000Bugün, 17:20Satılır Obyekt
Biləcəri qəs., Binəqədi r.
70 m² -
10 000Bugün, 17:20Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nizami r.
133.5 m² -
115 000Bugün, 17:00Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 66 m² 15/16 mərtəbə -
620Bugün, 16:54Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 17/18 mərtəbə -
177 000Bugün, 16:50Satılır Köhnə Tikili
Binəqədi r.
4 otaqlı 115 m² 6/9 mərtəbə -
64 500Bugün, 16:47Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 36 m² 2/11 mərtəbə -
160 000Bugün, 16:46Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 60 m² 2/5 mərtəbə -
155 555Bugün, 16:44Satılır Köhnə Tikili
Xətai r.
3 otaqlı 70 m² 1/9 mərtəbə -
850 000Bugün, 16:43Satılır Obyekt
Gənclik m., Nərimanov r.
104 m² -
650Bugün, 16:43Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 45 m² 12/16 mərtəbə -
16 000Bugün, 16:40Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 117 m² 2/16 mərtəbə -
850Bugün, 16:40Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
3 otaqlı 95 m² 3/8 mərtəbə -
1 000Bugün, 16:40Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., Nəsimi r.
3 otaqlı 80 m² 18/18 mərtəbə -
50 000Bugün, 16:40Satılır Yeni Tikili
Saray, Abşeron r.
3 otaqlı 151 m² 6/14 mərtəbə -
145 000Bugün, 16:38Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 6/9 mərtəbə -
800Bugün, 16:30Kirayə (aylıq) Yeni Tikili
Bayıl qəs., Səbail r.
3 otaqlı 140 m² 10/16 mərtəbə -
181 000Bugün, 16:28Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 80 m² 1/9 mərtəbə -
400Bugün, 16:27Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 4/4 mərtəbə -
125 000Bugün, 16:26Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 90 m² 2/19 mərtəbə -
119 000Bugün, 16:23Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 40 m² 8/9 mərtəbə -
270 000Bugün, 16:23Satılır Yeni Tikili
Nəsimi m., Binəqədi r.
3 otaqlı 110 m² 4/16 mərtəbə -
320 000Bugün, 16:22Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 120 m² 3/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller