Azərbaycanda binaların dağılmadan qorunması üzrə - YENİ QAYDA TƏSDİQLƏNİB

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası "Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi. Layihələndirmə normaları"nı təsdiqləyib.
Bununla bağlı kollegiyanın sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, bina və qurğunun hər hansı bir mərtəbəsinin yükdaşıyan konstruksiyalarını hesablayarkən yerli dağılma zonası hündürlüyü 75 m-ə qədər olan bina və qurğular üçün sahəsi 28 kvadrat metrdən (diametri 6 m), hündürlüyü 75 m-dən 200 m-ə qədər olan bina və qurğular üçün sahəsi 80 kvadrat metrdən (diametri 10 m) və hündürlüyü 200 m-dən çox olan bina və qurğular üçün sahəsi 100 kvadrat metrdən (diametri 11,5 m) kiçik olmayan dairə ilə müəyyən ediləcək.
Bundan başqa, bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi daha səmərəli vasitələrlə təmin edilməlidir:
- memarlıq-planlaşdırma həlləri işlənilərkən qəza nəticəsində yaranan təsirlərdən yerli dağılmanın yaranması mümkünlüyü nəzərə alınmalıdır;
- çoxmərtəbəli bina və qurğularda konstruksiyanın statik həll olunmamazlıq dərəcəsinin artırılması kimi konstruktiv tədbirlər tətbiq olunmalıdır (konstruksiyanın kəsilməzliyinin artırılması, oynaq birləşmələrinin azaldılması);
- konstruksiya elementlərində və onların birləşmələrində plastik deformasiyaların inkişafını təmin edən materiallar və konstruktiv həllər tətbiq olunmalıdır.
Həmçinin kərpic bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- binanın perimetri üzrə hər mərtəbədə boşluqüstü atmanın üstü və mərtəbəarası örtüyün aşağısı arasında armaturlanmış divar kəməri qurulmalıdır. Əgər mərtəbəarası örtüyün aşağısı boşluqüstü atmanın üstü ilə eyni olarsa, onda atmalar monolit dəmir-betondan hazırlanmalı və xarici və ya daxili divarların bütün konturu boyunca qırılma olmadan antiseysmik tipli monolit dəmir-beton kəmər quraşdırılmalıdır. Hörgünün və monolit kəmərin armaturunun tələb olunan sahəsi hesablama ilə təyin olunmalıdır;
- daxili yükdaşıyan kərpic divarların və xarici yükdaşıyan divarların daxili qatının qalınlığı hesablama ilə, lakin 380 mm-dən az olmayaraq qəbul edilməlidir;
- sonuncu mərtəbə örtüyü ilə mərtəbəarası örtük disklərinin möhkəmliyini təmin edən sonuncu mərtəbə örtüyü və mərtəbəarası örtük plitələri arasında boyuna və eninə istiqamətlərdə rabitələr nəzərdə tutulmalıdır. Bu halda rabitələr hesablamalar nəticəsində AzDTN 2.17-1-in tələblərinə uyğun olaraq təyin olunan, lakin bu Normaların 8.3-cü bəndində göstərilənlərdən az olmayan qüvvəni qəbul edib layihələndirilməlidir;
- mərtəbəarası örtüklərdə gizli tirlərin qurulması və mərtəbəarası örtük tavalarında əlavə armaturların qoyulması nəzərdə tutulmalıdır.
Eləcə də, polad karkaslı bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- polad konstruksiyaları layihələndirildikdə əlverişsiz amillər toplusunu aradan qaldırmaq üçün AzDTN 2.18-1-in tələbləri nəzərə alınmaqla konstruktiv elementlərin və onların düyünlərinin kövrək dağılmasının mümkünlüyü aradan qaldırılmalıdır;
- konstruktiv sistemin plastik işini təmin etmək üçün nisbi uzanması 20 %-dən az olmayan azkarbonlu və aşağılegirlənmiş poladlar tətbiq olunmalıdır;
- polad karkaslı konstruksiyanın getdikcə artan dağılmaya sərtliyini və dayanıqlılığını artırmaq üçün effektiv rabitə sistemləri nəzərdə tutulmalıdır. Rabitələr elə layihələndirilməlidir ki, yükdaşıyan elementlərdən birinin yerli dağılmasından sonra onların işi təmin olunsun və təsir edən qüvvə axınının yenidən paylanması ilə dağlmadan zəruri deformasiyaların inkişafı mümkün olsun.
Böyükaşırımlı bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- yükdaşıyan konstruktiv elementlərdən birinin atılması və konstruktiv sistemin dağılma mümkünlüyü zonasının lokallaşdırılmasının təmini nəzərə alınmaqla, böyükaşırımlı binanın konstruktiv sistemini qurğuda qüvvələr axınını ötürə bilən alternativ yollarla layihələndirmək lazımdır;
- qurğunun üfüqi və şaquli yükdaşıyan konstruktiv elementlərinin, mümkün qəza təsirlərinin qəbulu və yenidən paylanmasını təmin etmək məqsədi ilə gücləndirilməsi nəzərdə tutulmalıdır;
- qurğunun getdikcə artan dağılmadan mühafizəsinin seçilməsi iqtisadi cəhətdən səmərəli konstruktiv həllərinin işlənib hazırlanması nəzərə alınmaqla yerinə yetirilməlidir.
Bu normalar nəqliyyat və hidrotexniki qurğuların layihələndirilməsinə şamil olunmayacaq.
Bu normalar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
- 17.12.2025
- 113
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
2 500Bugün, 14:38Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
4 otaqlı 145 m² 13/16 mərtəbə -
3 500Bugün, 14:29Kirayə (aylıq) Ofis
İçərişəhər m., Səbail r.
3 otaqlı 125 m² -
1 000Bugün, 14:28Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 62 m² 5/15 mərtəbə -
160 000Bugün, 14:26Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 7/9 mərtəbə -
135 000Bugün, 14:26Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 55 m² 7/9 mərtəbə -
700Bugün, 14:22Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 70 m² 16/17 mərtəbə -
190 000Bugün, 14:18Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 90 m² 4/9 mərtəbə -
3 500Bugün, 14:18Kirayə (aylıq) Obyekt
Sahil m., Səbail r.
42 m² -
82 000Bugün, 14:18Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 72 m² 5/5 mərtəbə -
1 200Bugün, 14:17Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 100 m² 12/27 mərtəbə -
1 500Bugün, 14:15Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 165 m² 9/16 mərtəbə -
4 500Bugün, 14:13Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
750 m² -
188 000Bugün, 14:11Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 61 m² 5/5 mərtəbə -
240 000Bugün, 14:10Satılır Torpaq
Şüvəlan, Xəzər r.
12 sot -
1 900Bugün, 14:06Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 67 m² 4/18 mərtəbə -
1 600Bugün, 14:05Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
40 m² -
150 000Bugün, 14:01Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 52 m² 5/5 mərtəbə -
5 500Bugün, 13:57Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
137 m² -
70Bugün, 13:57Kirayə (günlük) Köhnə Tikili
Sahil m., Səbail r.
2 otaqlı 80 m² 5/6 mərtəbə -
750Bugün, 13:56Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 70 m² 8/9 mərtəbə -
139 000Bugün, 13:53Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 77 m² 10/14 mərtəbə -
125 000Bugün, 13:52Satılır Obyekt
Gənclik m., Nərimanov r.
30 m² -
260 000Bugün, 13:51Satılır Torpaq
Şüvəlan, Xəzər r.
10 sot -
1 499Bugün, 13:49Kirayə (aylıq) Obyekt
Nərimanov r.
32 m² -
350Bugün, 13:47Kirayə (aylıq) Köhnə Tikili
Xətai r.
2 otaqlı 43 m² 1/5 mərtəbə -
68 000Bugün, 13:46Satılır Obyekt
Həzi Aslanov m., Xətai r.
40 m² -
257 000Bugün, 13:46Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 62 m² 4/5 mərtəbə -
335 000Bugün, 13:41Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3 sot -
800Bugün, 13:40Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
345 000Bugün, 13:39Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.5 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

