“Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”-si keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə 28-30 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si keçiriləcək. Bununla yanaşı sərginin II günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcəkdir. Qeyd edək ki, adı çəkilən sərginin açılışı saat 10:30-da, konfrans isə 13:30-da başlayacaq. Hər iki tədbirə KİV-nin nümayəndələri dəvət olunur və giriş sərbəstdir. Sərginin açılışı mərasimində habelə konfransda Komitə sədri cənab Kərəm Həsənov, aidiyyəti xarici dövlət qurumlarının rəhbərləri, səfirliklərin və beynəlxalq şirkətlərin nümayəndə heyətləri iştirak edəcəklər.
Ötən il də uğurla təşkil olunan sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.
Sərgidə 14 ölkədən – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan daxil olmaqla 70-ə yaxın şirkət iştirak edəcəkdir. Sərgi iştirakçıları tərəfindən 140-dan çox layihə nümayiş olunacaqdır. Qeyd edilməlidir ki, ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib.
İştirakçılar üçün maraqlı olacaq pavilyonlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin pavilyonudur. Burada sahibkarlar və ölkəyə investisiya yatırmaqda maraqlı olan sərmayeçilər üçün özəlləşdirmə prosesi haqqında məlumatlar, komitənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara təqdim edilən elektron xidmətlər və bütün respublika üzrə torpaqların effektiv idarə edilməsində mühüm əhəmiyyət daşıyan torpaqların elektron uçotuna dair işlər barədə məlumatlar nümayiş etdiriləcəkdir. Ziyarətçilər komitənin göstərdiyi xidmətlər üzrə onları maraqlandıran istənilən suala operativ şəkildə cavab ala biləcəklər. Bunun üçün isə hüquqi yardım masası fəaliyyət göstərəcək.
Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.
Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirimlər nəzərdə tutulub. Bununla yanaşı bir mənzil üzrə uduşlu lotareya keçiriləcək. Sözügedən layihələrlə yanaşı həmçinin dövlət sifarişi əsasında inşa edilən sosial mənzillər və Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələrin də təqdimatı olacaqdır. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.
“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçiriləcək beynəlxalq konfransın məqsədi isə daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir.
Konfransda Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən, eləcə də xarici dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici biznes qurumlarından, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Qeyd edilməlidir ki, Sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılmışdır. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir Nərimanov Metro stansiyasının yaxınlığından (Mcdonalds-la üzbəüz) Baku Expo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcəklər.
- 25.11.2017
- 1237
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
800Bugün, 16:06Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
3 otaqlı 75 m² 6/18 mərtəbə -
20 000Bugün, 15:55Satılır Torpaq
Pirşağı qəs., Sabunçu r.
10 sot -
650Bugün, 15:55Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 56 m² 9/16 mərtəbə -
700Bugün, 15:49Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 60 m² 1/9 mərtəbə -
650Bugün, 15:47Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 62 m² 2/5 mərtəbə -
400Bugün, 15:47Kirayə (aylıq) Köhnə Tikili
Suraxanı r.
2 otaqlı 65 m² 9/9 mərtəbə -
400Bugün, 15:45Kirayə (aylıq) Yeni Tikili
Abşeron r.
2 otaqlı 69 m² 10/10 mərtəbə -
200 000Bugün, 15:45Satılır Köhnə Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 74 m² 3/9 mərtəbə -
140 000Bugün, 15:41Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 76 m² 19/19 mərtəbə -
150Bugün, 15:40Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
3 otaqlı -
650Bugün, 15:38Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 60 m² 9/16 mərtəbə -
265 000Bugün, 15:37Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 96 m² 11/18 mərtəbə -
1 100Bugün, 15:33Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
200 m² -
700Bugün, 15:32Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
42 m² -
117 000Bugün, 15:30Satılır Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 32 m² 2/4 mərtəbə -
650Bugün, 15:30Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 70 m² 3/14 mərtəbə -
165 000Bugün, 15:28Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 1/9 mərtəbə -
2 000Bugün, 15:27Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
2 otaqlı 95 m² 4/7 mərtəbə -
800Bugün, 15:26Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Səbail r.
2 otaqlı 70 m² 3/5 mərtəbə -
176 000Bugün, 15:26Satılır Həyət evi/villa
Kürdəxanı qəs., Sabunçu r.
6 otaqlı 180 m² -
1 200Bugün, 15:24Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
45 m² -
750Bugün, 15:24Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 80 m² 9/14 mərtəbə -
1 500Bugün, 15:21Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
4 otaqlı 145 m² 17/18 mərtəbə -
99 000Bugün, 15:20Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 112 m² 5/15 mərtəbə -
600Bugün, 15:20Kirayə (aylıq) Həyət evi/villa
Zabrat qəs., Sabunçu r.
3 otaqlı 150 m² -
3 000Bugün, 15:19Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 125 m² 10/20 mərtəbə -
250 000Bugün, 15:14Satılır Obyekt
Nizami m., Yasamal r.
70 m² -
189 000Bugün, 15:14Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 85 m² 3/9 mərtəbə -
2 000Bugün, 15:14Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
7 otaqlı 320 m² -
187 000Bugün, 15:08Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 65 m² 4/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

