Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik?
Bakının bir addımlığında - Şamaxıda ev və torpaqlar neçəyədir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Mənzil Tikinti Kooperativləri (MTK) mənzili satarkən vətəndaşla alqı-satqı müqaviləsi bağladıqda ilkin qeydiyyat aparılır.
"Həmin sənəddə tikintialtı sahə də nəzərə alınır və mənzilin sahəsi daha böyük göstərilir. Lakin sonradan Dövlət Əmlak Reyestrində mənzilə çıxarış verilərkən daha az kvadratmetr qeyd olunur. Beləliklə, müqavilədə göstərilən sahə ilə çıxarışda əks olunan sahə arasında fərq yaranır. Bu problemin aradan qaldırılması məqsədilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dəfələrlə təklif edib ki, Dövlət Əmlak Reyestri Xidməti vahid yanaşma tətbiq etsin. Yəni ya mənzillərin yalnız daxili sahəsi sənədlərdə göstərilməli, ya da MTK-ların təqdim etdiyi kimi tikintialtı sahə də mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Mövcud çaşqınlığın aradan qaldırılmasının yeganə yolu standartlaşdırılmış qaydaların tətbiqidir. Müxtəlif yanaşmalar davam etdikcə problem də qalacaq".
Sədr qeyd edib ki, MTK-lar mənzilləri vətəndaşlara satarkən sahənin böyük göstərilməsində maraqlıdırlar.
"Bu halda 1 kvadratmetrin bazar dəyəri nisbətən aşağı görünür. Vətəndaş müqavilə və ödəniş sənədlərini çıxarış almaq üçün reyestrə təqdim etdikdə isə qurumun əməkdaşları ölçü işləri aparır və tikintialtı sahəni deyil, mənzilin daxili sahəsini əsas götürürlər. Eyvan sahələrinin isə yalnız üçdə bir hissəsi ümumi sahəyə əlavə edilir. MTK-lar isə mənzili təqdim edərkən eyvan sahələrini tam şəkildə hesablayır və müqavilədə göstərirlər. Bu səbəbdən Dövlət Əmlak Reyestri Xidmətinin yanaşması ilə MTK-ların təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq yaranır. Problemin həlli üçün ya reyestrdəki hesablamalar MTK-ların metodologiyası ilə eyniləşdirilməli, ya da tikinti şirkətləri qarşısında tələb qoyulmalıdır ki, vətəndaşlara yalnız daxili sahə satılsın
Əgər mənzilin sahəsinin düzgün hesablanmadığı düşünülürsə, vətəndaşın qiymətləndirici şirkətlərə müraciət etmək hüququ var. Müstəqil ölçü işləri aparıldıqdan sonra təqdim edilən hesabat əsasında məhkəməyə müraciət oluna bilər. Məhkəmə qərarı ilə mənzilin sahəsinə dair məlumatlarda dəyişiklik edilməsi mümkündür", - deyə o qeyd edib.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması" qaydalarına uyğun olaraq aparılmalıdır.
Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.
Soba və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.
Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanlar (verandalar) 1,0 azaltma əmsalına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir.
- 18.02.2026
- 121
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
650Dünən, 23:59Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 64 m² 10/11 mərtəbə -
165 000Dünən, 23:51Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 48 m² 1/16 mərtəbə -
1 450Dünən, 23:42Kirayə (aylıq) Həyət evi/villa
Mərdəkan, Xəzər r.
6 otaqlı 200 m² -
38 000Dünən, 23:38Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 93 m² 11/12 mərtəbə -
1 200 000Dünən, 23:29Satılır Torpaq
Keşlə qəs., Nizami r.
12 sot -
10 000Dünən, 23:28Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
700 m² -
36 000Dünən, 23:22Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 60 m² 10/12 mərtəbə -
565 000Dünən, 23:15Satılır Yeni Tikili
İçərişəhər m., Sahil bağı, Səbail r.
3 otaqlı 147 m² 7/12 mərtəbə -
110 000Dünən, 23:00Satılır Yeni Tikili
Masazır, Abşeron r.
4 otaqlı 84 m² 11/13 mərtəbə -
650Dünən, 22:45Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 55 m² 1/5 mərtəbə -
33 000Dünən, 22:41Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 72.5 m² 8/14 mərtəbə -
600Dünən, 21:58Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 45 m² 3/5 mərtəbə -
1 100Dünən, 21:41Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 68 m² 5/16 mərtəbə -
800Dünən, 21:35Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 50 m² 8/18 mərtəbə -
600Dünən, 21:34Kirayə (aylıq) Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
80 m² -
700 000Dünən, 21:28Satılır Ofis
Xətai m., Ağ şəhər, Xətai r.
4 otaqlı 145 m² -
100Dünən, 21:24Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı -
1 500Dünən, 21:20Kirayə (aylıq) Ofis
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 90 m² -
1 200 000Dünən, 21:18Satılır Torpaq
Ağ şəhər, Xətai r.
11 sot -
700Dünən, 21:11Kirayə (aylıq) Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
35 m² -
400Dünən, 21:03Kirayə (aylıq) Yeni Tikili
Abşeron r.
2 otaqlı 50 m² 6/10 mərtəbə -
120 000Dünən, 20:57Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 55 m² 2/17 mərtəbə -
1 150Dünən, 20:51Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
2 otaqlı 55 m² 8/15 mərtəbə -
1 400Dünən, 20:50Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
3 otaqlı 100 m² 6/14 mərtəbə -
1 400Dünən, 20:50Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 100 m² 6/17 mərtəbə -
80 000Dünən, 20:38Satılır Həyət evi/villa
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 50 m² -
650Dünən, 20:38Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
2 otaqlı 60 m² 15/20 mərtəbə -
410 000Dünən, 20:22Satılır Torpaq
Nardaran qəs., Sea Breeze, Sabunçu r.
12 sot -
132 000Dünən, 20:21Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 95 m² -
1 200Dünən, 20:17Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Odlar Yurdu Universiteti, Nəsimi r.
2 otaqlı 80 m² 2/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller