2023-cü ildə Azərbaycanda daşınmaz əmlak bazarını nə yeniliklər gözləyir?

Son günlər Azərbaycan daşınmaz əmlak bazarında mənzillərin satış qiymətində bahalaşma müşahidə olunur. Mənzil sektorunda artıq uzun müddətdir ki, davam edən artım tendensiyası ölkə daxilində bu sahəyə yönəlik təşviqlərin artması, eləcə də xarici alıcı kütləsinin axını ilə birbaşa əlaqəli olduğu qeyd olunur.
Daşınmaz əmlak bazarındakı qiymət artımının ilkin səbəbi ipoteka kreditləşməsi ilə bağlı bank sektoruna ayrılan vəsaitin həcmindəki artımdır.
Belə ki, 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklara ipoteka kreditləşməsinin həyata keçirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.
İpoteka və güzəştli ipoteka kreditlərinin verməsi üçün nəzərdə tutulan bu limitlər ümumilikdə 2023-cü il üçün nəzərdə tutulub. İpoteka kreditləşməsi ilə bağlı bu artımın təbii olaraq daşınmaz əmlak bazarının canlanmasına, qiymətlərin 5% həcmində artmasına səbəb olacağı və mövcud tendensiyasının aprel ayınadək davam etməsi gözlənilir.
Qısa yoxsa uzunmüddətli tendensiya?
Lakin dövri xarakter daşıyan bu addım daşınmaz əmlak bazarındakı ümumi artım tendensiyasının sadəcə bir hissəsidir. Ümumilikdə son aylarda müşahidə olunan qiymət artımları daşınmaz əmlakın investisiya potensialının dayanıqlılığı ilə birbaşa bağlıdır.
Bu gün təkcə Azərbaycanda yox, bütün dünyada daşınmaz əmlak sektorunda ciddi artım müşahidə olunur. Bu artımın əsas səbəbi daşınmaz əmlakın daha səmərəli, uzunömürlü və qazanclı investisiya sahəsinə çevrilməsi, həmçinin valyuta kurslarından baş verən dəyişiklikdən çox az təsirlənməsi ilə bağlıdır.
Qeyd olunan məqamlar daşınmaz əmlak sektorunda davamlı və sürətli tələbat artımına, bunun nəticəsində də qiymət indeksinin yüksəlməsinə səbəb olur.
Rəqəmlər nə deyir?
Mənzil sahəsindəki mövcud tələbat artımı statistik göstəricilərdə daha aydın nəzərə çarpır.
2022-ci ilin dekabr ayında mənzil bazarındakı təkliflərin ümumi həcmində noyabr ayı ilə müqayisədə 5.87%, 2021-ci ilin uyğun dövrü ilə müqayisədə isə 14.96% həcmində artım müşahidə olunur.
Mənzil bazarındakı təklif artımına uyğun şəkildə qiymətlərdə ucuzlaşma yox, əksinə artım müşahidə olunur. Statistikaya əsasən 2021-ci ildə mənzillərin 1 kvadratmetrinin dəyəri 1 577 manat (927 dollar) təşkil etdiyi halda, bu göstərici 2022-ci ilin noyabrında 1751 manata (1030 dollar) yüksəlmişdir.
Bu göstəricilər təklif olunan mənzillərə tələbatın yüksək olduğunu, nəticədə mənzil təkliflərinin artması ilə yanaşı qiymətlərdə də artımın olduğunu göstərir.
Azərbaycan daşınmaz əmlak bazırındakı qiymət artımının bir digər səbəbi bu sahəyə yönəlik investisiya fəaliyyətlərinin və buna uyğun olaraq mənzil tələbatının artması ilə bağlıdır.
Xüsusilə Rusiya-Ukrayna münaqişəsinin genişlənməsi, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycan daşınmaz əmlaka bazarını rus alıcılar üçün səmərəli investisiya mühitinə çevrilməsinə şərait yaradıb.
Coğrafi yaxınlıq və risk potensialının azlığı rus investorların Azərbaycana üz tutmasına və mənzil sektoruna ciddi investisiya yatırmaları ilə nəticələnib.
Xatırladaq ki, oxşar situasiya daha əvvəl 2010-2012-ci illərdə də baş vermiş, dünyanı qlobal böhranın bürüdüyü bir dönəmdə Azərbaycan daşınmaz əmlak bazarı İranlı investorların axınına məruz qalıb.
Hazırkı dönəmdə müşahidə olunan qiymət artımları da 10 il əvvəlki situasiyanın təkrarlandığını, xarici investisiya cəlbinin daha da sürətləndiyini və baş verənlərin qiymət artımına səbəb olduğunu deməyə əsas verir.
Digər tərəfdən son günlərdə Türkiyədə baş vermiş təbii fəlakət də Azərbaycan daşınmaz əmlak bazarının mövqelərinin güclənməsində rol oynayan amillər sırasındadır. Lirənin dəyər itirməsi ilə müşahidə olunan periodda xarici investorları özünə cəlb edən Türkiyə daşınmaz əmlak bazarına diqqətin ən son fəlakətlə birgə azalmağa doğru getdiyi məlumdur.
Risk payının çox olduğu Türkiyə ilə müqayisədə daha stabil və dayanıqlı infrastruktura malik Azərbaycan bazarı xarici investorlar üçün daha cəlbedici görünür.
Əmlak bazarının gələcəyi necədir?
Dünya miqyasında daşınmaz əmlak bazarındakı qiymət artımının stabil qalacağı və orta qiymətin 5.4% həcmində yüksələcəyi, təklif olunan mənzil sayında isə 22.8%-lik artımın olacağı proqnozlaşdırılır.
Beynəlxalq bazardakı bu qiymət artımının əsas səbəbinin isə 2022-ci ildə mənzil tələbatının sürətlə artması, lakin bu tələbatı qarşılayacaq təklifin azalması göstərilir. 2023-cü ildə təklif artımının bazardakı tələbatı azaldacağı və növbəti illərdə tədricən stabilləşməyə şərait yaradacağı gözlənilir.
Digər tərəfdən qlobal miqyasda inflyasiya göstəricilərindəki artımın ipoteka faizlərində də artışa səbəb olduğu və bu tendensiyanın mənzil alışına təsir etdiyi müşahidə olunur.
ABŞ-da uzunmüddətli ipoteka faizləri 2022-ci ilin əvvəlində 3,25%-dən 2022-ci ilin oktyabrında 7,25%-ə yüksələrək, iki dəfədən çox artıb. 2022-ci il ipoteka faizlərinin artması və inflyasiyanın yüksəlməsi ilə bağlı olduğu kimi, 2023-cü il də ipoteka faizlərinin düşməsi və inflyasiyanın azalması ilə bağlı olacaq.
Nəticədə 2023-cü ildə inflyasiya göstəricilərinin azalması ilə qiymətlərdə və mənzil bazarından durğunlaşmanın olacağı ehtimal edilir.
Qeyd olunan məqamlar və qlobal bazardakı tendensiyalar Azərbaycan daşınmaz əmlak bazarının hal-hazırda dayanıqlı formada inkişaf etdiyini deməyə əsas verir.
Xarici investisiyanın həcminə mütənasib formada təklifin artırılması, eyni zamanda ipoteka imkanları ilə daxili alıcı kütlənin təşviq edilməsi bu sektorun həcminin genişlənməsinin təməl istiqamətlərini təşkil edir.
Mövcud vəziyyət daşınmaz əmlak sektorundakı artım göstəricilərinin 2023-cü il ərzində də davam edəcəyi və bu artımın mənzil qiymətlərə də təsir edəcəyini göstərir.
“Uniprice” Qiymətləndirmə və Ekspertiza Mərkəzi
Valyuta.az
- 16.03.2023
- 1582
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
470Dünən, 23:43Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Sevinc k/t, Nizami r.
2 otaqlı 60 m² 2/5 mərtəbə -
45 000Dünən, 23:21Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 23 m² -
350Dünən, 23:12Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
1 otaqlı 30 m² 4/9 mərtəbə -
500Dünən, 23:00Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 62 m² 16/17 mərtəbə -
140 000Dünən, 22:44Satılır Köhnə Tikili
Lökbatan qəs., Qaradağ r.
3 otaqlı 85 m² 3/5 mərtəbə -
1 300Dünən, 22:25Kirayə (aylıq) Yeni Tikili
Fövqəladə Hallar Nazirliyi, Xətai r.
3 otaqlı 120 m² 8/16 mərtəbə -
86 000Dünən, 22:07Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 55 m² 5/6 mərtəbə -
300Dünən, 22:06Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Gənclik Mall, Yasamal r.
3 otaqlı 62 m² 1/1 mərtəbə -
700Dünən, 22:00Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi r.
30 m² -
220 000Dünən, 21:45Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 100 m² 2/3 mərtəbə -
150 000Dünən, 21:42Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 90 m² 2/9 mərtəbə -
57 000Dünən, 21:26Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 65 m² -
270 000Dünən, 21:23Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 80 m² 4/9 mərtəbə -
77 000Dünən, 21:18Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 42 m² 4/9 mərtəbə -
2 200Dünən, 21:02Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Böyükşor qəs., Olimpia Stadionu, Nərimanov r.
5 otaqlı 200 m² 8/16 mərtəbə -
750Dünən, 20:40Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 100 m² 9/12 mərtəbə -
393 000Dünən, 20:33Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 4 sot -
190 000Dünən, 20:27Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.5 sot -
1 500Dünən, 20:15Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
4 otaqlı 200 m² 8/18 mərtəbə -
85 000Dünən, 20:12Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 112 m² -
62 000Dünən, 20:05Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 6/6 mərtəbə -
750Dünən, 19:53Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 85 m² 8/9 mərtəbə -
400Dünən, 19:48Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., kənd Əhmədli, Xətai r.
2 otaqlı 90 m² 3/3 mərtəbə -
4 000Dünən, 19:39Kirayə (aylıq) Bağ evi
Buzovna, Xəzər r.
4 otaqlı 12 sot -
207 000Dünən, 19:36Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
5 otaqlı 120 m² 8/9 mərtəbə -
78 000Dünən, 19:20Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 55 m² 3/6 mərtəbə -
165 000Dünən, 19:14Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 98 m² 9/16 mərtəbə -
750Dünən, 19:12Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 14/16 mərtəbə -
85 000Dünən, 19:11Satılır Bağ evi
Türkan, Xəzər r.
4 otaqlı 10 sot -
150 000Dünən, 19:08Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
5 otaqlı 130 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

