Zirvə Park

Zirvə Park

994 50 500 70 03

Layihə haqqında

Yaşayış kompleksi «Zirvə Park» – unikal binada unikal mənzillərdir!

Tikinti Planı

Yerləşməsi

«Zirvə Park» yaşayış kompleksi Bakının Xətai rayonunda Təhsil Nazirliyinin yaxınlığında, Qarabağ küçəsində yerləşir. Yaxınlıqa iri sənaye müəssisələri yoxdur, amma dəmir yoluna cəmi iki yüz əlli metr məsafədir. Yeni kompleksdən şəhərin mərkəzinə qədər altı kilometrdən az məsafə təşkil edir.

Ətrafında

Məktəb yaşlı uşaqları olan sakinlərin yəqin ki, kifayət qədər seçimi olan nüfuzlu təhsil müəssisəsinin mövcudluğu xoşlarına gələcəkdir. Yaxınlıqda «Ankara Baki məktəbi» ümumtəhsil məktəbi, 177 və 34 saylı orta məktəblər, Azərbaycan Dillər Universiteti, «Dövlət» Azərbaycan Pedaqoji Universiteti və «Təfəkkür» universiteti yerləşir. Uşaq bağçaları bir az əlverişsiz şəkildə yerləşib, 303 saylı uşaq bağçasına demək olar ki, bir kilometr məsafə var. Amma yaxında düz iki ərzaq bazarı – «Şərq Bazarı» və «Yaşıl Bazar» vardır.

Kompleks sakinlərinin xidməti üçün iki böyük şəbəkə supermarketi və böyük ticarət mərkəzi fəaliyyət göstərir. Beş yüz metr məsafədə tanınmış «Trump Tower» biznes mərkəzi, yaxınlıqda isə Heydər Əliyev Mədəniyyət mərkəzi və Bakı Konqres mərkəzi yerləşir. Bütün ailənizlə birlikdə Bakı Heyvanat bağçadında və çox sayda kafe və restoranların, «CinemaPlus» kinoteatrının olduğu «Gənclik Mall» ticarət-əyləncə mərkəzində vaxt keçirə bilərsiniz.

Kompleksin xüsusiyyətləri

«Zirvə Park» – yaşayış kompleksi on altı və on doqquz mərtəbəli beş bloklu müasir binadan ibarətdir. Yeni tikili yerli iqlim xüsusiyyətləri və seysmik fəallığı nəzərə alınmaqla layihələndirilib. Binanın monolit dəmir-beton bünövrəsi və möhkəm dəmir- betondan karkası var. Bina yüksək enerji səmərəliliyi göstəricilərini təmin edən texnologiyalar ilə, ekoloji cəhətdən təhlükəsiz materiallardan inşa olunur. Pəncərələrin panoram şüşələnmədi yerinə yetirilir, lojiyalar qismən şüşələnir. Eyvanların şüşələnməsi həyata keçirilmir. Fasadlar həmçinin, səs-küydən qoruyan uzunmüddətli istilik izolyasiyası olunur. Bina səssiz sürətli liftlər və müasir mühəndis kommunikasiyalar ilə təchiz olunur.

Abadlığı

Kompleksin tikinti layihəsi üzrə nəzərdə tutulur:

  • yeraltı qaraj tikintisi;
  • avtomobil nəqliyyatının müvəqqəti dayanacağı üçün yerüstü parkovka yerləri;
  • rahat istirahət zonaları;
  • uşaq oyun meydançası.

İki alt mərtəbənin daxili binalarında mağazalar, kafelər, ofislər və digər infrastruktur obyektləri yerləşir. Ərazidə yaşıllaşdırma işləri aparılır, avtomobil və piyadalar üçün yollar salınır. Küçə işıqlandırma sistemi təşkil olunur.

Nəqliyyatı

Yeni kompleksdən iki dəqiqəlik piyada yolu məsafəsində iki avtobus dayanacağı var, qonşuluqda üç marşrut fəaliyyət göstərir, yerüstü nəqliyyatın hərəkəti minimal beş dəqiqə fasiləsi ilə təşkil olunub. «Gənclik» metro stansiyası kilometr yarımdan az məsafədə yerləşir.

Mənzillər haqqında

Tikinti şirkəti «Zirvə Park» yaşayış kompleksində sahəsi 207 m2 qədər olan mənzillər almağı təklif edir, hal hazırda bir, iki, üç, və dörd otaqlı planlaşdırmalı mənzillər mövcuddur. Mənzillərin satışı nağd ödəmə ilə və ya iki il müddətinə faizsiz daxili krediti cəlb etməklə həyata keçirilir. Kvadrat metrin qiyməti alıcının ilkin ödənişindən asılıdır.

Tikinti şirkəti haqqında

Tikinti işlərini Bakı şəhərində yaşayış daşınmz əmlak tikintisi ilə məşğul olan «Zirve Park» şirkəti aparır. Yeni tikili haqqında ətraflı məlumatı şirkətin satış şöbəsində öyrənə bilərsiniz.

Yerləşmə

Bakı şəh., Qarabağ küçəsi 65/67

Ətraflı məlumat

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller