Xəzərdə süni adanın salınması işlərinə başlanılıb - YENİ MÖHTƏŞƏM LAYİHƏ

Xəzərdə süni adanın salınması işlərinə başlanılıb - YENİ MÖHTƏŞƏM LAYİHƏ

Xəzər dənizində süni adanın salınması işlərinə başlanılıb.

Arenda.az Marja.az-a istinadən bildirir ki, süni ada Nardaran qəsəbəsi, "Sea Breeze Resort" istirahət kompleksinin ərazisində salınır.   

Adada gəmi şəklində “Caspian Dream Liner” oteli tikiləcək. Layihə iki-üç ay öncə işgüzar dairələrə təqdim edilib.

Emin Ağalarov: “Sea Brezee”də suya 1 milyon dollar xərclənib

Bu, Xəzərdə süni ada yaratmaqla bağlı ikinci belə iddiadır. İlk iddia ilə 2011-ci ildə “Avesta” konserni çıxış edib, lakin “Xəzər adaları” adlı həmin layihə (Sahil qəsəbəsi ərazisində süni arxipelaq-şəhər) bir neçə il sonra iflasa uğrayıb.

Qeyd edək ki, "Sea Breeze" 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub.  Bu gün "Sea Breeze" 180 hektardan çox ərazini tutur və 15-dən çox hazır və davam edən tikinti layihəsini özündə cəmləşdirir, 10-dan çox restoran, kafe və bar, 14 hovuz, sosial obyektlər və abadlaşdırılmış 5,5 km çimərlik sahəsini əhatə edir.

 

  • 04.09.2023
  • 771
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller