Türkiyədə zəlzələdə dağılan binalar doğrudanmı standarta uyğun tikilib?
- 10.02.2023
- 2843
Türkiyədə baş verən son zəlzələlər zamanı bir çox binanın dağılmasına əsas səbəb kimi ölkədə tikinti qaydalarına ciddi əməl olunmaması göstərilir və bu, insanların qəzəbini getdikcə artırır.
Arenda.az FED.az-a istinadən xəbər verir ki, "BBC New Azərbaycanca" son təbii fəlakət nəticəsində təzə tikilən binalarda baş vermiş dağıntı nümunələrini araşdırıb.
Malatyada olan bir binanın (aşağıdakı şəkildə) tikintisi ötən il tamamlanıb və sosial mediada yayılan binanın reklamında tikilinin “zəlzələyə davamlılıqla bağlı son qaydalara uyğun inşa edildiyi” deyilir.
Reklam mətnində həmçinin tikinti zamanı “ən yüksək keyfiyyətli materiallardan istifadə edildiyi” qeyd olunub.
Hazırda bu reklamın onlayn resurslarda nümunəsi qalmasa da, bəzi insanlar həmin binanın şəkil və videolarını çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Reklamda göstərilən binanın parametrləri tikinti şirkətinin veb saytındakı bina ilə üst-üstə düşür.
Liman şəhəri sayılan İskenderunda yeni tikilən başqa bir binanın tamamilə dağıldığını göstərən şəkillər də var.
Bu binanı inşa edən tikinti şirkəti binanın 2019-cu ildə təhvil verildiyini göstərən şəkil paylaşıb.
BBC dağılan binanın (sağda) şirkət tərəfindən çəkilən binanın (solda) ərazisinə uyğun gəldiyini təsdiqləyib.
Bununla bağlı şərh almaq üçün tikinti şirkəti ilə əlaqə saxlasaq da, hələlik cavab almaq mümkün olmayıb.
Seysmoloji Xidmətin rəhbəri: "Tikinti şirkətlərini və məsul şəxsləri - BAŞA SALA BİLMİRƏM"
Antakyada yerləşən və açılışı 2019-cu ildə reallaşan digər bir binanın da tamamilə dağıldığını göstərən şəklin gerçək olduğu BBC tərəfindən təsdiqlənib.
Biz 2019-cu ilin noyabrında açılış mərasimi keçirilən həmin yaşayış kompleksinin videosunu tapdıq və həmin görüntülərdə tikinti şirkətinin sahibi bildirir ki, “The Guclu Bahce City layihəsi həm ərazi, həm də tikinti keyfiyyətinə görə digərlərindən xüsusilə fərqlənir”.
Zəlzələnin güclü olduğuna baxmayaraq, ekspertlər hesab edir ki, binalar qanunauyğun şəkildə inşa edilsəydi, dağılmazdı.
“Bu zəlzələnin maksimum gücü dağıdıcı xarakterdə olsa da, yaxşı inşa edilmiş binanı yxmaq əzmində deyil”, - College London universitetinin fövqəladə halların planlaşdırlması və idarəsi üzrə professoru David Alexander bildirib.
“Bir çox yerlərdə təkanların səviyyəsi zəlzələnin maksimum həddindən (7.7) aşağı olub. Beləliklə, minlərlə binanın dağılmasından çıxaracağımız nəticə budur ki, həmin tikililərin demək olar, heç biri tikinti məcəlləsinin tələblərinə uyğun inşa edilməyib”, - professor əlavə edib.
Tikinti qaydalarına əməl olunmaması
2018-ci ildə yaşanan fəlakətlərdən sonra Türkiyədə tikinti qaydaları sərtləşdirilib.
Daha ciddi təhlükəsizlik standartları ilk dəfə 1999-cu ildə ölkənin şimal-qərbində yerləşən İzmit şəhərində 17 min insanın həyatına son qoyan zəlzələdən sonra qəbul edilib.
Sonuncu qaydalar zəlzələyə meyilli ərazilərdə aparılan tikinti işləri zamanı yüksək keyfiyyətli armaturlardan istifadəni tələb edir. Bundan əlavə, həmin qaydalarda zəlzələnin yaratdığı təsirin sütun və dirəklər arasında bərabər bölünməsi üçün də zəruri tədbirlərin görülməli olduğu vurğulanıb.
Lakin tikinti zamanı bu qaydalara az əməl edilib.
“Problemin bir hissəsi ondan ibarətdir ki, mövcud binaların zəlzələyə dayanıqlığı işi zəif aparılıb və tikinti standartlarına da demək olar ki məhəl qoyulmayıb”, - Professor Alexander qeyd edib.
Zəlzələyə meyilli ərazidə yerləşən digər ölkə - Yaponiyada tikinti qaydaları olduqca sərtdir. Tikinti təhlükəsizliyi ilə bağlı tələblər tikilən binanın istifadə məqsədlərindən və zəlzələ riski yüksək olan əraziyə yaxınlığı baxımından fərqlənir.
İndi Seysmoloji Xidmət Mərkəzinə müraciətlər almırıq - Xidmət Rəhbəri
Niyə qaydalara ciddi əməl olunmayıb?
Hökumət periodik olaraq təhlükəsizlik sertifikatı almadan inşa edilən tikililərə hüquqi istisnalar olmaqla müəyyən ödəniş müqabilində “tikinti amnistiyası” tətbiq edib və bu qayda 1960-cı ildən bəri (sonuncu dəfə 2018-ci ildə) tətbiq olunub.
Tənqidçilər dəfələrlə xəbərdarlıq edib ki, bu cür amnistiyalar zəlzələ kimi təbii fəlakətlər zamanı böyük risk yaradır.
Türk Mühəndislər Palataları Birliyi və Şəhər Planlanması üzrə Memarlar Palatasının İstanbul nümayəndəliyinin rəhbəri Pelin Pınar Giritlioğlu hesab edir ki, Türkiyənin cənubunda zəlzələdən ziyan görən ərazilərdə 75 minə yaxın bina tikinti amnistiyası almış binalardır.
Sonuncu fəlakətdən sadəcə bir neçə gün əvvəl Türkiyə mediası yazıb ki, mövcud tikinti işlərinə daha çox amnistiya tətbiq etmək məqsədilə hazırlanan yeni qanun layihəsi parlamentə təqdim olunub.
Geologiya üzrə mütəxəssis Celal Şengör ilin əvvəlində verdiyi açıqlamasında deyib ki, ölkənin tektonik ərazilərində bu cür tikinti amnistyiyalarını tətbiq etmək “cinayət” sayılmalıdır.
2020-ci ildə İzmir əyalətinin qərbində baş verən ölümcül zəlzələdən sonra BBC Tükrcə xidmətinin hazırladığı hesabatda göstərilir ki, İzmirdəki binaların 672 mini sonuncu amnistiyadan yararlanaraq inşa edilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə istinadən hazırlanan həmin hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Türkiyədə tikilən binaların 50 faizi və ya təxminən 13 milyon bina tikinti qaydalarının pozulması şəraitində inşa edilib.
Sonuncu zəlzələdən sonra nazirliklə əlaqə saxladıq və oradan bildirildi ki, “bizim qurum tərəfindən tikilən heç bir bina dağılmayıb. Zərərin qiymətləndirilməsi ilə bağlı araşdırmalar sürətlə davam edir”.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Bütün xəbərlər- 26Noyabr202410:35Azərbaycanda bəzi deputatlara, evi olanlara da - MƏNZİL VERİLİB
- 20Noyabr202410:17“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb
- 14Noyabr202410:409 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
- 11Noyabr202412:37Bakıda “BAKUARCHIFEST 24: Architecture & Human” memarlıq festivalı keçiriləcək
- 06Noyabr202411:20Əvvəl 5 min manat olan torpaqlar indi 40-50 min manata satılır – BÖLGƏLƏRLƏ FANTASTİK QİYMƏTLƏR
- 01Noyabr202419:00Oktiyabr ayının ən reytinqli 50 istifadəçisi
Yeni Elanlar
- 200 000 AZN
Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 130 m² 4/9 mərtəbə - 86 000 AZN
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 120 m² - 2 000 AZN
Kirayə (aylıq) Obyekt
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
500 m² - 89 300 AZN
Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 47 m² 6/6 mərtəbə - 350 AZN
Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 44 m² 5/6 mərtəbə - 33 500 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 29.2 m² 4/18 mərtəbə - 500 AZN
Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Xətai r.
3 otaqlı 110 m² - 76 500 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 55 m² 2/6 mərtəbə - 147 000 AZN
Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 60 m² 2/5 mərtəbə - 210 000 AZN
Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
3 otaqlı 75 m² 2/5 mərtəbə - 320 000 AZN
Satılır Yeni Tikili
8-ci kilometr, Nizami r.
3 otaqlı 145 m² 8/17 mərtəbə - 60 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 110 m² 6/8 mərtəbə - 79 500 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 67 m² 12/14 mərtəbə - 480 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 60 m² 7/9 mərtəbə - 5 600 AZN
Satılır Torpaq
Məhəmmədli, Abşeron r.
1 sot - 1 050 AZN
Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 86 m² 5/17 mərtəbə - 129 500 AZN
Satılır Köhnə Tikili
Neftçilər m., Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 2/9 mərtəbə - 43 000 AZN
Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 40 m² 5/6 mərtəbə - 136 000 AZN
Satılır Yeni Tikili
Neftçilər m., Bakıxanov qəs., 28 Mall, Sabunçu r.
2 otaqlı 60 m² 17/20 mərtəbə - 38 000 AZN
Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
4 otaqlı 100 m² - 450 000 AZN
Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 95 m² 8/8 mərtəbə - 240 000 AZN
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 90 m² 9/19 mərtəbə - 140 000 AZN
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 63 m² 6/20 mərtəbə - 1 200 AZN
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Təhsil Nazirliyi, Nərimanov r.
2 otaqlı 60 m² 10/14 mərtəbə - 130 000 AZN
Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 65 m² 2/9 mərtəbə - 214 000 AZN
Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 60 m² 14/15 mərtəbə - 800 AZN
Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 90 m² 10/18 mərtəbə - 250 AZN
Kirayə (aylıq) Həyət evi/villa
Binə qəs., Xəzər r.
2 otaqlı 70 m² - 3 000 AZN
Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
5 otaqlı 200 m² 22/24 mərtəbə - 280 000 AZN
Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 111 m² 11/15 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller