Şuşa Qoruğu çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil edəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil edəcək.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi fəaliyyət istiqamətləri və vəzifələri artırılıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri sırasına aşağıdakılar əlavə edilib:
- Şuşa rayonu və müvafiq ərazidə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;
- tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;
- rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;
- rayon ərazisində və müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;
- müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.
İdarənin vəzifələri sırasına isə aşağıdakı yeni bəndlər əlavə edilib:
- rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, o cümlədən bu tikinti işləri üzrə sifarişçi funksiyalarını həyata keçirmək;
- rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaların qorunmasını və saxlanılmasını təmin etmək, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək bu binaları müvəqqəti idarə etmək;
- idarə etdiyi çoxmənzilli binalarda quraşdırılmış liftlərin işlək vəziyyətdə saxlanılmasını, cari və əsaslı təmirini həyata keçirmək, onların istismarına nəzarət etmək;
- rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binalara və fərdi yaşayış evlərinə sakinlərin köçməsindən irəli gələn təşkilati və digər tədbirlər görmək;
- rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin yaradılmasını və idarə olunmasını təşkil etmək, mühəndis-kommunikasiya təminatı sistemlərinin saxlanılmasına, cari və əsaslı təmirinə, eləcə də istismarına nəzarət etmək, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etmək;
- rayon ərazisində və müvafiq ərazidə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirmək;
- rayon ərazisində və müvafiq ərazidə içməli su, kanalizasiya, elektrik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;
- idarə etdiyi çoxmənzilli binaların və tikintisini təşkil etdiyi digər obyektlərin, habelə müvafiq ərazidə sosial-mədəni obyektlərin qış mövsümünə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;
- rayon ərazisində və müvafiq ərazidə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini, eləcə də yaşıllıqların mühafizəsini təşkil etmək;
- müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;
-rayon ərazisində və müvafiq ərazidə məhəllələrin, küçələrin, meydanların, parkların və yaşıllıq zonalarının işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işini təşkil etmək;
- İdarəyə ayrılan məqsədli vəsaitlər hesabına Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında müvafiq ərazidə sosial təyinatlı və digər obyektlərin tikintisinin təşkilini, onların tikintisi üzrə sifarişçi funksiyalarının yerinə yetirilməsini, habelə bu qaydada tikilmiş obyektlərin qorunmasını, saxlanılmasını və təyinatı üzrə istifadəsini təmin etmək;
- rayon ərazisində və müvafiq ərazidə bayramlara və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş ictimai tədbirlər keçirmək, tərtibat işləri aparmaq və digər zəruri tədbirlər görmək;
- rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar digər dövlət orqanlarının (qurumlarının) sifarişi ilə aparılan tikinti işlərinə zəruri təşkilati dəstək göstərmək;
- rayon ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası işlərinə zəruri təşkilati dəstək göstərmək.
- 17.03.2025
- 189
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
159 000Bugün, 18:39Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 50 m² 5/5 mərtəbə -
250 000Bugün, 18:35Satılır Yeni Tikili
Xətai m., 28 Mall, Xətai r.
2 otaqlı 60 m² 16/17 mərtəbə -
195 000Bugün, 18:28Satılır Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 102 m² 20/20 mərtəbə -
150 000Bugün, 18:28Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
3 otaqlı 72 m² 11/14 mərtəbə -
3 000Bugün, 18:26Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
155 m² -
48 700Bugün, 18:26Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 72.6 m² 3/16 mərtəbə -
560 000Bugün, 18:24Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 153.8 m² 15/17 mərtəbə -
650Bugün, 18:16Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 65 m² 4/22 mərtəbə -
161 500Bugün, 18:07Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 70 m² 4/9 mərtəbə -
1 400Bugün, 18:06Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 100 m² 11/18 mərtəbə -
370 000Bugün, 18:04Satılır Yeni Tikili
Nəsimi r.
3 otaqlı 154 m² 11/16 mərtəbə -
1 100Bugün, 17:57Kirayə (aylıq) Ofis
Nərimanov r.
2 otaqlı 52 m² -
2 000Bugün, 17:57Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
70 m² -
34 000Bugün, 17:56Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 45 m² 2/11 mərtəbə -
3 000Bugün, 17:55Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
155 m² -
150 000Bugün, 17:50Satılır Obyekt
Həzi Aslanov m., Xətai r.
80 m² -
2 899Bugün, 17:50Kirayə (aylıq) Obyekt
Səbail r.
50 m² -
78 000Bugün, 17:49Satılır Köhnə Tikili
İçərişəhər m., Yasamal r.
2 otaqlı 18 m² 2/3 mərtəbə -
150 000Bugün, 17:47Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 49 m² 15/17 mərtəbə -
2 000Bugün, 17:44Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
3 otaqlı 100 m² -
68 000Bugün, 17:42Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 48 m² 3/6 mərtəbə -
155 000Bugün, 17:40Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 65 m² 2/5 mərtəbə -
650Bugün, 17:39Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 8/16 mərtəbə -
450Bugün, 17:39Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
1 otaqlı 36 m² 5/5 mərtəbə -
84 000Bugün, 17:38Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 54 m² 2/6 mərtəbə -
42 000Bugün, 17:35Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 75 m² -
185Bugün, 17:35Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Kosmos restoranı, Nərimanov r.
2 otaqlı 80 m² 12/20 mərtəbə -
2 000Bugün, 17:30Kirayə (aylıq) Ofis
Yasamal r.
5 otaqlı 210 m² -
9 000Bugün, 17:29Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nəsimi r.
310 m² -
302 000Bugün, 17:28Satılır Yeni Tikili
Memar Əcəmi m., 5-ci mikrorayon, Nəsimi r.
3 otaqlı 117 m² 4/15 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
