Yayda mənzil bazarında hansı ərazilər bahalaşacaq?

Yay ayları daşınmaz əmlak bazarı üçün ənənəvi olaraq mövsümi aktivliyin artdığı dövr hesab olunur. Bu dövrdə həm alqı-satqı, həm də kirayə bazarında canlanma müşahidə edilir, bazar iştirakçıları isə qiymətlərin necə dəyişəcəyini və tələbin hansı istiqamətdə formalaşacağını yaxından izləyirlər.
Bəs yay mövsümü daşınmaz əmlak bazarına necə təsir edir və bu dövrdə qiymətlər hansı istiqamətdə dəyişir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövzu ilə bağlı bildirib ki, hazırkı makroiqtisadi şərait daşınmaz əmlak qiymətlərinin azalmasına imkan vermir.
Onun sözlərinə görə, mövcud makroiqtisadi şərait, manatın alıcılıq qabiliyyəti, inflyasiya səviyyəsi, urbanizasiya prosesləri və ən əsası, daşınmaz əmlakın hələ də yüksək investisiya cəlbediciliyinə malik olması qiymətlərin enməsinə mane olan əsas amillərdir.
“Bütün bunlar daşınmaz əmlak qiymətlərinin azalmasına ciddi maneə yaradır. Bu proseslər davam etdiyi müddətdə qiymətlərin aşağı düşəcəyini gözləmək doğru olmaz. Bununla yanaşı, yay fəslində daşınmaz əmlak bazarında qiymət artımının tempində müəyyən səngimə müşahidə edilir. Vətəndaşların istirahətə üz tutması ilə bazardakı aktivlik nisbətən azalır və bu da alqı-satqı əməliyyatlarının sayına təsir göstərir. Lakin artıq beş ildən çoxdur ki, daşınmaz əmlak bazarında qiymətlər təkcə tələb və təklif əsasında deyil, digər iqtisadi göstəricilərin təsiri ilə də formalaşır”, - deyə o bildirib.
V.Oruc qeyd edib ki, Əhmədli, Günəşli, Bakıxanov, 8-ci kilometr və buna bənzər mərkəzdən nisbətən uzaq yerləşən köhnə yaşayış massivlərində yay aylarında qiymət artımı əvvəlki dövrlərlə müqayisədə o qədər də aktual olmur.
Ekspertin sözlərinə görə, qiymət azalması ehtimalı daha çox sənədsiz fərdi yaşayış evlərində müşahidə oluna bilər.
“Hazırda sənədsiz evlərə sənəd verilməsi məsələsi geniş müzakirə olunur. Eyni zamanda, qanunsuz tikililərin sökülməsi ehtimalı, kollektorların üzərində inşa edilmiş evlərlə bağlı risklər və digər amillər bu seqmentə tələbi azaldır. Nəticədə sənədsiz evlər əvvəlki kimi yüksək qiymətlə təklif edilmir və zaman keçdikcə bu tip əmlakların qiymətinin aşağı düşməsi ehtimalı böyükdür”, - deyə o vurğulayıb.
V.Orucun sözlərinə görə, ilin ilk altı ayının nəticələrinə əsasən, paytaxtın mərkəzi rayonlarında daşınmaz əmlakın qiymətləri orta hesabla 7-8 faiz artıb.
“İlin əvvəlində proqnozlaşdırmışdıq ki, köhnə tikililərdə mənzillərin qiyməti təxminən 6-6,5 faiz, yeni tikililərdə 10-12 faiz, torpaq sahələrində isə 15-20 faiz artacaq. Mövcud dinamika göstərir ki, bu proqnozlar özünü doğruldur”, - deyə o bildirib.
Ekspert hesab edir ki, Abşeron yarımadasının Bakıya nisbətən uzaq hissələrində - Müşviqabad, Pirəkəşkül, Yeni Yaşma və Qaradağ istiqamətlərində yerləşən daşınmaz əmlakın qiymət artımı tempi əhəmiyyətli dərəcədə yavaşlayacaq.
Bununla yanaşı, Ağ Şəhər, Babək prospekti, Mərdəkan, Novxanı və Şüvəlan kimi ərazilərdə qiymət artımının davam edəcəyi gözlənilir.
“Bakıya yeni giriş yolunun açılması Binəqədi, Mehdiabad və Baksol istiqamətlərində də daşınmaz əmlaka marağı artıracaq. Bu səbəbdən həmin ərazilərdə də qiymət artımı olacağını ehtimal edirəm”, - deyə V.Oruc əlavə edib.
- 03.07.2026
- 68
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
200Bugün, 04:33Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı 200 m² -
245 000Bugün, 04:29Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., AZTV telekanalı, Yasamal r.
3 otaqlı 71 m² 3/5 mərtəbə -
90 000Bugün, 04:29Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 115 m² -
73 000Bugün, 04:28Satılır Həyət evi/villa
Lökbatan qəs., Qaradağ r.
3 otaqlı 70 m² -
2 000Bugün, 04:28Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
7 otaqlı 210 m² -
500Bugün, 04:27Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 45 m² 1/5 mərtəbə -
250Dünən, 18:50Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
5 otaqlı 80 m² -
695 000Dünən, 18:45Satılır Həyət evi/villa
Badamdar qəs., Səbail r.
5 otaqlı 450 m² -
1 100Dünən, 18:45Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 120 m² 17/22 mərtəbə -
140 000Dünən, 18:41Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
1 300Dünən, 18:41Kirayə (aylıq) Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 172 m² 14/18 mərtəbə -
350Dünən, 18:41Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 200 m² -
183 000Dünən, 18:38Satılır Köhnə Tikili
Xətai r.
3 otaqlı 80 m² 6/9 mərtəbə -
1 500Dünən, 18:27Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
3 otaqlı 110 m² 14/18 mərtəbə -
325 000Dünən, 18:18Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 131 m² 2/17 mərtəbə -
13 000Dünən, 18:11Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
3 otaqlı 150 m² 11/21 mərtəbə -
380Dünən, 18:10Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 5/9 mərtəbə -
164 000Dünən, 18:08Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 4/9 mərtəbə -
700Dünən, 18:04Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 80 m² 7/9 mərtəbə -
205 000Dünən, 18:01Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
65 000Dünən, 17:46Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
1 otaqlı 25 m² 5/9 mərtəbə -
1 300Dünən, 17:36Kirayə (aylıq) Obyekt
Yasamal r.
120 m² -
558 000Dünən, 17:35Satılır Həyət evi/villa
Badamdar qəs., Səbail r.
4 otaqlı 400 m² -
280 000Dünən, 17:33Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 142 m² 18/20 mərtəbə -
500Dünən, 17:33Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
1 otaqlı 45 m² 2/5 mərtəbə -
295 000Dünən, 17:32Satılır Köhnə Tikili
Sahil m., Bulvar, Nəsimi r.
3 otaqlı 80 m² 2/3 mərtəbə -
133Dünən, 17:23Kirayə (aylıq) Yeni Tikili
Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 2/16 mərtəbə -
850Dünən, 17:22Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 80 m² 2/5 mərtəbə -
96 000Dünən, 17:06Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 75 m² 5/6 mərtəbə -
3 500 000Dünən, 17:03Satılır Həyət evi/villa
Badamdar qəs., Səbail r.
7 otaqlı 850 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

