SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi genişləndirilir.
Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.
Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.
Aşağıdakı sənədlər də tələb olunacaq:
- yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla);”;
-Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:
- şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;”;
- 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;
- yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
- yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;”;
- sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;
- yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;
-yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).”
- 21.07.2025
- 566
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
75 000Bugün, 18:00Satılır Həyət evi/villa
Əhmədli m., Xətai r.
3 otaqlı 100 m² -
6 500Bugün, 17:58Kirayə (aylıq) Yeni Tikili
Sahil m., Sahil bağı, Səbail r.
5 otaqlı 246 m² 3/10 mərtəbə -
85 000Bugün, 17:56Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 90 m² -
95 000Bugün, 17:53Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 100 m² -
80 000Bugün, 17:52Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 110 m² -
1 000Bugün, 17:51Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 80 m² 17/18 mərtəbə -
76 000Bugün, 17:51Satılır Həyət evi/villa
Hökməli, Abşeron r.
3 otaqlı 90 m² -
800Bugün, 17:51Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 92 m² 5/18 mərtəbə -
450Bugün, 17:49Kirayə (aylıq) Həyət evi/villa
Sulutəpə qəs., Binəqədi r.
3 otaqlı 130 m² -
232 000Bugün, 17:47Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
8 otaqlı 235 m² -
450Bugün, 17:46Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nəsimi r.
1 otaqlı 30 m² 1/5 mərtəbə -
550Bugün, 17:45Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 63 m² 7/14 mərtəbə -
1 000Bugün, 17:44Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 78 m² 11/16 mərtəbə -
1 200 000Bugün, 17:43Satılır Obyekt
Elmlər akademiyası m., Yasamal r.
55 m² -
210 000Bugün, 17:41Satılır Yeni Tikili
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 90 m² 15/17 mərtəbə -
1 000Bugün, 17:39Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 70 m² 4/12 mərtəbə -
155 000Bugün, 17:39Satılır Köhnə Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 50 m² 3/9 mərtəbə -
229 000Bugün, 17:35Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 100 m² 13/16 mərtəbə -
415 000Bugün, 17:35Satılır Yeni Tikili
28 May m., Nərimanov r.
3 otaqlı 147 m² 8/18 mərtəbə -
92 000Bugün, 17:34Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 64 m² 17/17 mərtəbə -
650Bugün, 17:32Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Yasamal r.
2 otaqlı 55 m² 5/14 mərtəbə -
42 000Bugün, 17:28Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 99 m² 5/14 mərtəbə -
220 000Bugün, 17:26Satılır Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 90 m² 11/17 mərtəbə -
850Bugün, 17:26Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 80 m² 17/18 mərtəbə -
430 000Bugün, 17:26Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 141 m² 16/17 mərtəbə -
1 000Bugün, 17:16Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 92 m² 11/17 mərtəbə -
380 000Bugün, 17:15Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 103 m² 8/15 mərtəbə -
142 000Bugün, 17:15Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 63 m² 11/15 mərtəbə -
700Bugün, 17:14Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 85 m² 11/17 mərtəbə -
385 000Bugün, 17:13Satılır Yeni Tikili
Tibb Universiteti, Nərimanov r.
3 otaqlı 110 m² 7/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller