"Sosial evlər" Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə - NECƏ TƏSİR EDİR?

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri daşınmaz əmlak bazarına daxil olduğu müddət ərzində bazarda qiymətlərin xeyli artdığına baxmayaraq, "sosial mənzillər"in dəyəri demək olaraq sabit qalıb.
"2016-cı ildən bəri mənzil bazarında qiymətlər çox artıb. O vaxt Yasamalda mənzilin bir kvadratmetri 850 manat idisə, indi isə qiymətlər 2 min manat ətrafındadır. "Sosial mənzilin" ümumi dəyəri isə təqribən 4 000-5 000 manat artıb",- N.İbrahimov qeyd edib.
Ekspert vurğulayıb ki, Bakıda köhnə tikili binalarda məzillərin kvadratmetri hazırda 1 500 manat təşkil edir. Eyni ünvanda kiçik sahəli evlərdə isə qiymət 2 min manatdır. 7 ilə qiymətlər iki dəfədən də çox artıb:
“Qiymətlərin artımı ölkədə və dünyada baş verən proseslərlə bağlıdır”.
O qeyd edib ki, MİDA-nın satışa çıxardığı evlər sosial təminatlıdır və bu səbəbdən güzəştli qiymətlərlə satılır:
“Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, bu gün əmlak bazarında satılan evlərin təminən 90 %-dən çoxu ipoteka krediti hesabına satılır, lakin aztəminatlı ailələrin orta aylıq gəliri bu kreditlər üzrə şərtlərə cavab vermədiy üçün onlar MİDA-nın satışa çıxardığı mənzillərə üz tuturlar. Son nəticədə həmin kateqoriyaya aid olan ailələrin mənzil problemi həll olunur.
İkinci tərəfdən isə müəyyən müddətdən sonra "sosial evlər" təkrar bazara daxil olaraq daha baha qiymətə satılaraq təklifi qaldırırlar. Azərbaycanda xüsusən də Bakı şəhərində əhalinin artım tempi 1 ilə 1 % təşkil edir. Bu səbəbdən "sosial mənzillər" bazarın tələbini tamamlayır. Beləliklə bazarda zaman-zaman tələb-təklif balansının normallaşdığını müşahidə edirik”.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, hazırda ipoteka kreditləri hesabına satılan mənzillər ümumi daşınmaz əmlak bazarının 7 %-ni təşkil edir:
“MİDA-nın təklif etdiyi mənzillərin bazar payı heç 1 % belə deyil. Düşünmürəm ki, daşınmaz əmlak bazarında böyük bir kütlə oturub gözləyir ki, "sosial evlər" satışa çıxarılsın. Qiymət fərqi belə olsa da mənzil alıcılarının sırf MİDA-dan mənzil almaq üçün gözləmələrini demək olmaz. Çünki, faktiki olaraq MİDA-nın xətti ilə mənzil almaq imkanları əlçatan görünsə də, qeyd olunan kateqoriyaya uyğun olan insanların sayı azdır”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, MİDA-nın ildə bir və ya iki dəfə satışa çıxardığı mənzillərin bazarda payı azdır:
"Onların satışa çıxardığı mənzilləri iki yolla əldə etmək olur - nağd və ya ipoteka krediti ilə. "Sosial evlər"in nisbətən ucuz olduğu üçün onları əldə etmək hüququna malik olan bəzi insanlar bu mənzilləri nağd şəkildə almağa çalışırlar ki, bir müddət keçəndən sonra onları bazarda 10-15 % bahasına satsınlar. Lakin satışa çıxarılan mənzillərin sayı az olduğu üçün bazara elə də təsiri olmur. Bu yalnız fərdi olaraq həmin yaşayış kompleksində mənzil almaq istəyən vətəndaşlara cüzi təsir edə bilər”.
Müqayisə üçün qeyd edək ki, hazırda MİDA-nın satışa çıxardığı 3 otaqlı 87 kvadratlı mənzilin kvadratmetri 750 manatdan başlayır. Həmin ərazidə yeni tikili binalarda mənzilin 1 kvadratmetri isə 1900-2100 manat ətrafında dəyişir.
Xatırladaq ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:
Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri: şəhid, Vətən Müharibəsi qəhrəmanının, Azərbaycan Milli Qəhrəmanının övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət ümumi təhsil müəssəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs,
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər: şəhid ailəsinin üzvü (əri, arvadı), Vətən Müharibəsinin qəhrəmanı (özü, əri, arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri,arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
- 03.08.2023
- 2098
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
349 695Bugün, 09:23Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 122.7 m² 9/14 mərtəbə -
250Bugün, 09:17Kirayə (günlük) Bağ evi
Mərdəkan, Xəzər r.
3 otaqlı 90 sot -
150 000Bugün, 09:09Satılır Bağ evi
Novxanı, Abşeron r.
7 otaqlı 10 sot -
230Bugün, 09:00Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 56 m² 5/9 mərtəbə -
450Bugün, 02:09Kirayə (aylıq) Həyət evi/villa
20 Yanvar m., Alatava, Yasamal r.
3 otaqlı 84 m² -
120Bugün, 01:47Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 63 m² 3/5 mərtəbə -
627Bugün, 01:45Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Asan xidmət , Yasamal r.
2 otaqlı 63 m² 7/9 mərtəbə -
298 000Bugün, 00:00Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi r.
3 otaqlı 110 m² 4/17 mərtəbə -
400Dünən, 23:53Kirayə (aylıq) Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 66 m² 14/14 mərtəbə -
175Dünən, 23:27Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 90 m² 2/5 mərtəbə -
60Dünən, 23:24Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı -
160 000Dünən, 23:15Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 7/9 mərtəbə -
76 500Dünən, 23:06Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 56 m² 2/6 mərtəbə -
125 000Dünən, 22:43Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 35 m² 3/5 mərtəbə -
114 000Dünən, 22:39Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 83 m² 4/11 mərtəbə -
198 000Dünən, 22:32Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 70 m² 2/5 mərtəbə -
300Dünən, 22:19Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
1 otaqlı 25 m² -
90Dünən, 21:01Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
700Dünən, 21:00Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
26 m² -
29 000Dünən, 20:44Satılır Torpaq
Şamaxı ş.
272 sot -
1 000Dünən, 20:06Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 75 m² 16/16 mərtəbə -
100 000Dünən, 19:48Satılır Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
230 m² -
50Dünən, 19:43Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
50Dünən, 19:41Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
250Dünən, 19:41Kirayə (aylıq) Köhnə Tikili
1-ci mikrorayon r., Sumqayıt ş.
1 otaqlı 35 m² 4/5 mərtəbə -
165 000Dünən, 19:39Satılır Yeni Tikili
40-ci məhəllə r., Sumqayıt ş.
2 otaqlı 96 m² 7/16 mərtəbə -
1 000Dünən, 19:20Kirayə (aylıq) Yeni Tikili
Bakmil m., Nərimanov r.
2 otaqlı 59 m² 7/18 mərtəbə -
2 200Dünən, 19:20Kirayə (aylıq) Yeni Tikili
Sahil m., Səbail r.
2 otaqlı 87 m² 1/24 mərtəbə -
170 000Dünən, 19:17Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 4/9 mərtəbə -
600 000Dünən, 19:17Satılır Obyekt
İnşaatçılar m., Yasamal r.
51 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

