"Sosial evlər" Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə - NECƏ TƏSİR EDİR?

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri daşınmaz əmlak bazarına daxil olduğu müddət ərzində bazarda qiymətlərin xeyli artdığına baxmayaraq, "sosial mənzillər"in dəyəri demək olaraq sabit qalıb.
"2016-cı ildən bəri mənzil bazarında qiymətlər çox artıb. O vaxt Yasamalda mənzilin bir kvadratmetri 850 manat idisə, indi isə qiymətlər 2 min manat ətrafındadır. "Sosial mənzilin" ümumi dəyəri isə təqribən 4 000-5 000 manat artıb",- N.İbrahimov qeyd edib.
Ekspert vurğulayıb ki, Bakıda köhnə tikili binalarda məzillərin kvadratmetri hazırda 1 500 manat təşkil edir. Eyni ünvanda kiçik sahəli evlərdə isə qiymət 2 min manatdır. 7 ilə qiymətlər iki dəfədən də çox artıb:
“Qiymətlərin artımı ölkədə və dünyada baş verən proseslərlə bağlıdır”.
O qeyd edib ki, MİDA-nın satışa çıxardığı evlər sosial təminatlıdır və bu səbəbdən güzəştli qiymətlərlə satılır:
“Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, bu gün əmlak bazarında satılan evlərin təminən 90 %-dən çoxu ipoteka krediti hesabına satılır, lakin aztəminatlı ailələrin orta aylıq gəliri bu kreditlər üzrə şərtlərə cavab vermədiy üçün onlar MİDA-nın satışa çıxardığı mənzillərə üz tuturlar. Son nəticədə həmin kateqoriyaya aid olan ailələrin mənzil problemi həll olunur.
İkinci tərəfdən isə müəyyən müddətdən sonra "sosial evlər" təkrar bazara daxil olaraq daha baha qiymətə satılaraq təklifi qaldırırlar. Azərbaycanda xüsusən də Bakı şəhərində əhalinin artım tempi 1 ilə 1 % təşkil edir. Bu səbəbdən "sosial mənzillər" bazarın tələbini tamamlayır. Beləliklə bazarda zaman-zaman tələb-təklif balansının normallaşdığını müşahidə edirik”.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, hazırda ipoteka kreditləri hesabına satılan mənzillər ümumi daşınmaz əmlak bazarının 7 %-ni təşkil edir:
“MİDA-nın təklif etdiyi mənzillərin bazar payı heç 1 % belə deyil. Düşünmürəm ki, daşınmaz əmlak bazarında böyük bir kütlə oturub gözləyir ki, "sosial evlər" satışa çıxarılsın. Qiymət fərqi belə olsa da mənzil alıcılarının sırf MİDA-dan mənzil almaq üçün gözləmələrini demək olmaz. Çünki, faktiki olaraq MİDA-nın xətti ilə mənzil almaq imkanları əlçatan görünsə də, qeyd olunan kateqoriyaya uyğun olan insanların sayı azdır”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, MİDA-nın ildə bir və ya iki dəfə satışa çıxardığı mənzillərin bazarda payı azdır:
"Onların satışa çıxardığı mənzilləri iki yolla əldə etmək olur - nağd və ya ipoteka krediti ilə. "Sosial evlər"in nisbətən ucuz olduğu üçün onları əldə etmək hüququna malik olan bəzi insanlar bu mənzilləri nağd şəkildə almağa çalışırlar ki, bir müddət keçəndən sonra onları bazarda 10-15 % bahasına satsınlar. Lakin satışa çıxarılan mənzillərin sayı az olduğu üçün bazara elə də təsiri olmur. Bu yalnız fərdi olaraq həmin yaşayış kompleksində mənzil almaq istəyən vətəndaşlara cüzi təsir edə bilər”.
Müqayisə üçün qeyd edək ki, hazırda MİDA-nın satışa çıxardığı 3 otaqlı 87 kvadratlı mənzilin kvadratmetri 750 manatdan başlayır. Həmin ərazidə yeni tikili binalarda mənzilin 1 kvadratmetri isə 1900-2100 manat ətrafında dəyişir.
Xatırladaq ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:
Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri: şəhid, Vətən Müharibəsi qəhrəmanının, Azərbaycan Milli Qəhrəmanının övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət ümumi təhsil müəssəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs,
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər: şəhid ailəsinin üzvü (əri, arvadı), Vətən Müharibəsinin qəhrəmanı (özü, əri, arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri,arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
- 03.08.2023
- 2088
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
114 000Dünən, 23:35Satılır Köhnə Tikili
İçərişəhər m., Yasamal r.
2 otaqlı 36 m² 1/2 mərtəbə -
42 000Dünən, 23:35Satılır Yeni Tikili
Saray, Abşeron r.
3 otaqlı 151 m² 5/14 mərtəbə -
390 000Dünən, 23:30Satılır Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
5 otaqlı 170 m² 3/4 mərtəbə -
700Dünən, 23:05Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
26 m² -
165 000Dünən, 22:52Satılır Yeni Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 67 m² 15/18 mərtəbə -
110 000Dünən, 22:50Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 110 m² -
86 000Dünən, 22:49Satılır Yeni Tikili
20 Yanvar m., Ceyranbatan qəs., Abşeron r.
2 otaqlı 62 m² 12/12 mərtəbə -
95 000Dünən, 22:20Satılır Həyət evi/villa
Şəki ş.
5 otaqlı 240 m² -
22 000Dünən, 22:11Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 44 m² -
132 000Dünən, 22:10Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 124.5 m² -
20 000Dünən, 22:03Kirayə (aylıq) Obyekt
Koroğlu m., Nizami r.
670 m² -
660Dünən, 21:37Kirayə (aylıq) Yeni Tikili
Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 113 m² 6/13 mərtəbə -
7 500Dünən, 21:28Satılır Torpaq
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
3.2 sot -
650 000Dünən, 20:43Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi r.
7 otaqlı 224 m² -
132 000Dünən, 20:37Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 73 m² 4/16 mərtəbə -
4 500Dünən, 20:35Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
220 m² -
350Dünən, 20:35Kirayə (aylıq) Obyekt
Əhmədli m., Əhmədli, Xətai r.
20 m² -
96 000Dünən, 20:05Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 51 m² 4/17 mərtəbə -
120Dünən, 20:01Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
3 otaqlı -
210 000Dünən, 20:00Satılır Yeni Tikili
Koroğlu m., Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 115 m² 8/18 mərtəbə -
1 000Dünən, 19:59Kirayə (aylıq) Yeni Tikili
Nizami m., İzmir parkı, Yasamal r.
2 otaqlı 70 m² 3/18 mərtəbə -
37 000Dünən, 19:41Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
1 otaqlı 16 m² 20/20 mərtəbə -
190 000Dünən, 19:40Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 105 m² 16/17 mərtəbə -
229 000Dünən, 19:37Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 300 m² -
30Dünən, 19:27Kirayə (günlük) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 85 m² 4/16 mərtəbə -
79 500Dünən, 19:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 61 m² 10/14 mərtəbə -
160 000Dünən, 19:21Satılır Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
4 otaqlı 80.15 m² 2/5 mərtəbə -
4 500Dünən, 19:19Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 220 m² 12/30 mərtəbə -
1 200Dünən, 19:16Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 60 m² 15/16 mərtəbə -
800Dünən, 19:06Kirayə (aylıq) Ofis
Nəsimi r.
1 otaqlı 50 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
