Sizin saytinizin diger pulsuz elanlar saytlarindan ferqi nedi?
- 11.11.2017
- 1807
Salam. İlk öncə qeyd edək ki, www.arenda.az saytı sırf daşınmaz əmlakla əlaqəli elanlar portalıdır. Digər saytlardan ilk fərqimiz budur. Saytımız özünəməxsus xidmətləri və xüsusiyyətləri ilə digər daşınmaz əmlak saytlarından fərqlənir. Sürətli elan qəbulu, elana limitsiz sayda şəkil yerləşdirmək imkanı, WhatsApp ilə elan qəbulu xidməti, şəxsi kabinet, elanları idarə, redaktə edilə bilməsi funksiyası və.s.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Ən çox verilən suallar
Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=dqAKIPILgJY
Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=lxQB28tUqc8
Hörmətli istifadəçi pulsuz elan yerləşdirmək üçün saytımızda "Elan Yerləşdir" (http://arenda.az/elan-yerlesdir) bölməsinə daxil olub - daşınmaz əmlakınız haqqında məlumatları dolğun və düzgün qaydada qeyd edərək saytımızda yerləşdirə bilərsiniz. Elanı yerləşdirərkən qaydaları nəzərə almaq mütləqdir, əks halda elan moderator tərəfindən dərc olunmayacaq. (http://arenda.az/elan-yerlesdirme-qaydalari)
Axtarış sistemindən istifadə edərək aktiv elanlara baxa bilərsiniz. Ətraflı:
Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=AbV-MDb9E7E
Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=vo6L2uP6lVE
Hörmətli istifadəçi, www.arenda.az saytında hər bir istifadəçi saytda qaydalara uyğun olaraq pulsuz elan yerləşdirə bilər. Zəhmət olmasa bu linkə daxil olaraq elanlarınızı yerləşdirin - http://arenda.az/elan-yerlesdir və atanızada mütləq göstərin :) Bu arada evinizin tez satılması üçün xidmətlərimizdən yararlana bilərsiniz http://arenda.az/xidmetler .
Hörmətli istifadəçi, elanınız sayımızda yerləşdirildikdən sonra moderator tərəfindən yoxlanılır. Əgər elanınız saytımızın rəhbərliyi tərəfindən qoyulan qaydalara əsasən yerləşdirilibsə, o zaman moderator elanı təsdiq edəndən sonra www.arenda.az saytında öz əksini tapacaq.
Elan yerləşdirməqaydaları (http://arenda.az/elan-yerlesdirme-qaydalari) :
1) Arenda.Az -da bir ay ərzində bir nömrədən 2 pulsuz (təkrar olmayan) elan yerləşdirmək olar.
2) Arenda.az saytında ay ərzində 16.000 və daha çox elan göndərilir.
3) Elanın saytda qalma müddəti 30 gündür. Müddəti bitmiş elanları şəxsi kabinetindən pulsuz şəkildə bərpa edə bilərsiniz. Elanın müddəti bitməmiş saytdan silinməsi xidməti ödənişlidir.
4) Arenda.az saytında istifadə etdiyiniz ödənişli xidmətlər üçün nəzərdə tutulan məbləğ geri qaytarılmır.
5) Zəhmət olmasa elanı yerləşdirən zaman əlaqə vasitələrini (telefon nömrəsi, e-mail ünvanını) düzgün qeyd edin.
6) Elanınızla bağlı bütün məlumatlar sizin e-mail ünvanınıza göndərilir. Tövsiyyə edirik ki, e-mail ünvanınızı mütəmadi olaraq yoxlayın.
7) Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı, şirkətin adı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.
8) Üzərində Arenda.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək.
9) Əgər əmlakın yerləşdiyi ünvanı xəritədə göstərmək istəyirsinizsə, zəhmət olmasa bunu dəqiq edin.
10) Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir və texniki analizlər bir istifadəçiyə aid olan istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir.
11) Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün (070) 596 24 24 (Whatsapp), texniki dəstək üçün müraciət etməyiniz kifayətdir. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir.
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
Qısa məlumat
Qısa məlumat