Sizin saytinizin diger pulsuz elanlar saytlarindan ferqi nedi?

  • 11.11.2017
  • 1810

Salam. İlk öncə qeyd edək ki, www.arenda.az saytı sırf daşınmaz əmlakla əlaqəli elanlar portalıdır. Digər saytlardan ilk fərqimiz budur. Saytımız özünəməxsus xidmətləri və xüsusiyyətləri ilə digər daşınmaz əmlak saytlarından fərqlənir. Sürətli elan qəbulu, elana limitsiz sayda şəkil yerləşdirmək imkanı, WhatsApp ilə elan qəbulu xidməti, şəxsi kabinet, elanları idarə, redaktə edilə bilməsi funksiyası və.s.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Ən çox verilən suallar

Saytinizda emlak elanlari pulludu? Men maklerem saytinizda emlak elanlari yerleshdirmek isteyirem

Hər bir istifadəçi, o cümlədən Vasitəçilər (Maklerlər) saytımızda ay ərzində bir nömrədən 2 pulsuz şəkildə elan yerləşdirə bilər. 3-cü elana görə 1 AZN ödəniş edilməlidir. Saytımızdakı paketləri şəxsi kabinetdə "Hesabım" bölməsinə daxil olaraq "İstifadəçi balansı"da görə bilərsiniz. Xatırladaq ki, hər bir istifadəçi yalnız bir istifadəçi hesabından (Elektron poçt ünvanından) istifadə edə bilər. İstifadəçi hesabına istənilən qədər nömrə bağlana bilər.

elan vermiwem. duzelis etmek isteyirem

Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/shorts/X4iecKSOJIU

Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=s9lkNGpPIZE

MÜQAVİLƏ İLƏ OLAN EVLƏRİ İPOTEKA İLƏ ALMAQ MÜMKÜNDÜR?

Salam. Müraciətiniz üçün təşəkkür edirik. İpoteka ilə ev almaq üçün əmlak sənədi mütləq Kupça (Çıxarış) olmalıdır.

pulsuz ev elanlari vermek olur sizin saytda?

Bizim saytda pulsuz elan yerləşdirmək üçün bu linkə daxil olmalısınız http://arenda.az/elan-yerlesdir. Arenda.az -da bir ay ərzində bir nömrədən 2 pulsuz (təkrar olmayan)  elan yerləşdirmək olar. Elan yerləşdirildikdən sonra saytımızda təqdim olunan pullu (ödənişli) xidmətlərimizdən yararlanaraq daşınmaz əmlakınızın tez bir zamanda sata bilərsiniz. Xidmətlərimiz haqqında daha ətraflıməlumat əldə etmək üçün xidmətlər bölməsinə daxil olun tanış ola bilərsiniz. (http://arenda.az/xidmetler)

Atam dedi ki, gir elan ver pulsuz. Sizde olur elan vermek pulsuz? Menim basim cixmir kisi bezdirif

Hörmətli istifadəçi, www.arenda.az saytında hər bir istifadəçi  saytda qaydalara uyğun olaraq pulsuz elan yerləşdirə bilər.  Zəhmət olmasa bu linkə daxil olaraq elanlarınızı yerləşdirin - http://arenda.az/elan-yerlesdir və atanızada mütləq göstərin :) Bu arada evinizin tez satılması üçün xidmətlərimizdən yararlana bilərsiniz http://arenda.az/xidmetler .

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller