Sizin saytinizin diger pulsuz elanlar saytlarindan ferqi nedi?

  • 11.11.2017
  • 1846

Salam. İlk öncə qeyd edək ki, www.arenda.az saytı sırf daşınmaz əmlakla əlaqəli elanlar portalıdır. Digər saytlardan ilk fərqimiz budur. Saytımız özünəməxsus xidmətləri və xüsusiyyətləri ilə digər daşınmaz əmlak saytlarından fərqlənir. Sürətli elan qəbulu, elana limitsiz sayda şəkil yerləşdirmək imkanı, WhatsApp ilə elan qəbulu xidməti, şəxsi kabinet, elanları idarə, redaktə edilə bilməsi funksiyası və.s.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Ən çox verilən suallar

pulsuz elan vermek isteyirem. Bunun uchun ne etmeliyem?

Hörmətli istifadəçi pulsuz elan yerləşdirmək üçün saytımızda "Elan Yerləşdir" (http://arenda.az/elan-yerlesdir) bölməsinə daxil olub - daşınmaz əmlakınız haqqında məlumatları dolğun və düzgün qaydada qeyd edərək saytımızda yerləşdirə bilərsiniz. Elanı yerləşdirərkən qaydaları nəzərə almaq mütləqdir, əks halda elan moderator tərəfindən dərc olunmayacaq. (http://arenda.az/elan-yerlesdirme-qaydalari)

 

Saytınızda yerləşdirilən daşınmaz əmlak elanlarının sahibləri ilə necə əlaqə saxlaya bilərəm?

Saytımızda istənilən elanı açın. Daha sonra isə əmlakın qiyməti qeyd olunan yerin sağ tərəfinə baxın. Bu hissədə daşınmaz əmlak elanının sahibinin adı və əlaqə məlumatları qeyd olunur. Nümunə üçün bu şəkilə baxa bilərsiniz.

Pulsuz elan saytlari sonradan pullu elanlara kechid edir. Sizde bir adam ne qeder pulsuz elan yerlesdire biler?

www.arenda.az saytı 2019-cı ilin İyul ayından etibarən ödənişli sistemə keçmişdir. Hər bir istifadəçi ay ərzində bir nömrədən  (təkrar olmayan) 2 Pulsuz elan yerləşdirə bilər. 

Saytinizda emlak elanlari pulludu? Men maklerem saytinizda emlak elanlari yerleshdirmek isteyirem

Hər bir istifadəçi, o cümlədən Vasitəçilər (Maklerlər) saytımızda ay ərzində bir nömrədən 2 pulsuz şəkildə elan yerləşdirə bilər. 3-cü elana görə 1 AZN ödəniş edilməlidir. Saytımızdakı paketləri şəxsi kabinetdə "Hesabım" bölməsinə daxil olaraq "İstifadəçi balansı"da görə bilərsiniz. Xatırladaq ki, hər bir istifadəçi yalnız bir istifadəçi hesabından (Elektron poçt ünvanından) istifadə edə bilər. İstifadəçi hesabına istənilən qədər nömrə bağlana bilər.

pulsuz elan yerlesdirme qaydasinin videosu var? Varsa harda baxim?

Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=M4HB2KDNvs8&t=118s 

Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=0UQh1ou28Fg&t=4s 

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller