Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır Obyekt Sumqayıt

Elanın kodu: 2034681

Baxış sayı: 102

Obyekt (kafe) Sumqayıt şəhər 10-cu mikrorayon “Kristal Abşeron” kompleksində yeni tikili hündürmərtəbəli binanın konstruksiyasının tərkib hissəsi olan alt mərtəbəsində yerləşir (fasadı məhəllə daxilində), sahəsi - 41 kv.m.-dir. Obyekt bütün təchizat və vasitələri ilə birgə hazır iş məkanı kimi satışa təklif olunur (materialdan göründüyü kimi) və bütün lazımi vasitələrlə təchiz olunub. Yalnız istisna hallarda yeni sahibinin (işlədənin) təklif edəcəyi menyu tərkibindən asılı olaraq hansısa bir xüsusi vasitə tələb oluna bilər. Əlavə olaraq obyektdə hazır quraşdırılmış dönər dəzgahı və dönər cihazı da (o cümlədən toster) mövcuddur (hamısı istismara yararlı vəziyyətdədir). Obyektdə 3 fazalı elektrik xətti quraşdırılıb (binaaltı obyektlərə qaz təchiz edilmir), daimi su və elektrik təchizatı təmin edilir. Obyektin əyani görünüşü və imkanları ilə daha da yaxından tanış olmaq istəyən maraqlanan şəxslərə qeyd edilən əlaqə nömrəsindəki votsap vasitəsilə məsafədən canlı video görüntü ,video zəng və ya hazırlanmış video material təmin \edilə bilər. Obyektin yerləşdiyi sözü gedən kompleks və onun məhəlləsi gələcək perspektivlər, əhalinin davamlı məskunlaşması, artımı və sosial inkişafı baxımından gələcəkdə əlverişliyi, habelə şəhərin memarlıq planına uyğunluğu (o cümlədən obyektlərin konstruksiyalarının toxunulmazlığı) ilə fərqlənir, obyekt isə kompleksin tərkib hissəsi olaraq gələcəkdə iaşə xidmətinin davam etdirilməsi, o cümlədən tanınmış şəbəkə restoranlar və brend iaşə obyektlərinin adı altında onların mətbəxinin təklif olunması, yaxud da obyekt sahibinin qənaətinə görə istədiyi üslubda fərdi kafe qismində fəaliyyət göstərməsi kimi hərtərəfli imkanlara açıqdır. Digər hallarda obyektin gələcək sahibinin qənətinə görə obyektin hazırkı təchizatına dəyişiklik edilməklə başqa faəliyyət sahəsinə çevrilməsi nəzərdə tutula bilər. Hal-hazırda isə obyektin yerləşdiyi kompleksin məhəlləsində abadlıq-quruculuq işləri və daha bir hündürmərtəbəli binanın inşası davam etməkdə olduğundan layihə hələ tamamlanmayıb ki, bu da sözü gedən ərazidə tikinti-abadlıq işlərinin aparıldığı müddətdə fəallığa təsir edir. Lakin, sözü gedən layihə işləri bitdikdən sonra obyektin fəaliyyətinin onun gələcək sahibinin irəlidəki dövrlərdə müasir tələblərə uyğun iş qurma bacarığından asılı olaraq (məsələn, dəyişik mətbəx, əlavə təchizat, menyu tərkibi, spirtli içki təklif olunması və ya olunmaması, iş üslubunda dəyişiklik, afişa menyu yerləşdirilməsi, əlavə reklam və s.) artırılması və daim gəlirli sahəyə çevrilməsi imkanları realdır. Hazırkı duruma görə isə yuxarıda qeyd edilən davam etməkdə olan tikinti-abadlıq və tam məskunlaşma işləri tamamlandıqdan sonra obyekt gələcək fəaliyyətin təsis edilməsi baxımından uzunmüdətli maliyyə yatırımı düşünənlər üçün cəlbedicidir. Elanı yerləşdirən obyektin birbaşa sahibidir (Seymur). Obyekt özəldir və bütün sənədlər mövcuddur. Sövdələşmənin və qiymət razılaşmasının vaxt itkisi və artıq maliyyə xərclərinə yol verilmədən uyğun şərtlərlə reallaşması imkanlarının daha da artırılması üçün vasitəçi və makler müdaxiləsi istisna edilməklə obyekt sahibi ilə maraqlı şəxslər arasında birbaşa əlaqə yaradılması məqsəduyğun hesab olunur. İstənilən əlavə sualları cavablandırmağa hazırıq. Həmçinin , yuxarıda qeyd edildiyi kimi, əlavə olaraq canlı yaxud hazırlanmış video görüntü də təmin edilə bilər.

 

Ünvan: Sumqayıt ş.,10-cu MKR, "Kristal Abşeron" kompleksi

     

 

122 000 M

  • 41 m2

Elanın tarixi: 26.08.2023

Elanın kodu: 2034681

Baxış sayı: 102

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller