Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

ALO ESTATE MMC daşınmaz əmlak agentliyi

ALO ESTATE MMC daşınmaz əmlak agentliyi

"Alo Estate MMC" Daşınmaz Əmlak şirkəti, Bakının istənilən yerində - Mənzillərin - Həyət evi / Villaların - Torpaq sahələrinin - Obyektlərin Nağd və kreditlə alqı satqısını həyatə keçirir. Professional şəkildə sizə xidmətə hazır olan əməkdaşlarımız sizin əmlakınızın foto və videosunu çəkməkdə və qısa zamanda satışını həyata keçirməkdə yardımçı olacaq. Pulsuz konsultasiya ilə isə əmlakınızı bazar qiymətinə uyğun qiymətləndirə bilərik. "Alo Estate" - Evinizə bir zəng qədər yaxın!

Satılır 4 otaqlı Yeni Tikili, Yasamal rayonu

Elanın kodu: 3373769

Baxış sayı: 133

EKSKULİZİV TƏKLİF!!! HAZIR 8% İPOTEKA! Bakı ş., Yasamal r., Qələbə dairəsinin yaxınlığında yerləşən SKY HOME Yaşayış Kompleksində yeni tikili 18 mərtəbəli binanın 15-ci mərtəbəsində, ümumi sahəsi 123.6 kv/m olan , QANUNİ 4 otaqlı PREMİUM mənzil satılır! Qaz, su, işıq daimidir. İstilik sistemi kombi ilə təchiz olunub. Dəhliz və hamam otağı isti poldur. Ümumilikdə 3 yataq otağı var. Bunlardan biri böyük ( Valideyn otağı ), digəri ikisi isə kiçik yataq otağıdır ( Uşaq otağı kimi də istifadə oluna bilər ) Mənzilin iki sanitar qovşağı var. Biri ümumi, digəri isə böyük yataq otağının daxilindədir. Qonaq otağı və bir yataq otağının eyvanı var. Binanın qarşısı açıqdır. Eyvandan super panorama görünür. Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapısı Türkiyə, daxili qapıları isə Belarus istehsalı qapılardır. Mənzilin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” pəncərələrdir.Bütün otaqların pəncərəsi vitrajdır. Ev çox işıqlıdır və premium səviyyədə, tam təmir olunub.Binaların fasadına isti və soyuğu keçirməyən daş yunu fasadı çəkilib. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayır. Yeni tikilmiş bu binada mənzilin ilk sahibi siz ola bilərsiniz. Sky Home Yaşayış Kompleksi şəhərin prestijli ərazilərindən biri olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşir. Tiblisi prospekti və Qələbə dairəsinə yaxın olduğu üçün həm şəhərin əsas nəqliyyat qovşaqlarına, həm də gündəlik ehtiyac duyulan məkanlara sürətli çıxış imkanı yaradır. Kompleksin ərazisində uşaq oyun meydançası, söhbətgahlar, yeraltı parking və s. var. İlkin ödəniş 274 000 AZN - 7 il ( aylıq 1963 AZN ) Ətraflı məlumat və mənzilə yerində baxış keçirmək üçün əlaqə saxlayın. Şirkətin xidmət haqqı mənzilin dəyərinin 1%-ni təşkil edir.

 

Ünvan: SKY HOME Yaşayış Kompleksi, Şəfaət Mehdiyev

M 274 000

  • 123.6 m 2
  • M 2 227 / 1m2

Elanın tarixi: 25.02.2026

Elanın kodu: 3373769

Baxış sayı: 133

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller