Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Diqqət! Əgər zəng etdiyiniz zaman nömrəni Arenda.az saytından götürdüyünüzü desəniz, sizə xüsusi endirim olunacaq.

Satılır 4 otaqlı Həyət evi/villa, Fatmayi, Abşeron rayonuKreditlə

Elanın kodu: 7688302

Baxış sayı: 110

Rəsmi ipotekaya yararlı çox əlverişli yerdə ideal obyekt-ev yeri kimi məkanda yerləşir. Mehdiabad- Fatmayı yolunun düz kənarında (Töhfə şadlıq evinin yanında) ümumi sahəsi 1.5 sotda əla təmirli həyət evi satılır.Qoşa daşla tikilib. 400 marka sement, keyfiyyətli armatur və s materiallardan istifadə olunub. Kupçada sahəsi 80 kv.m göstərilsə də, real ölçüləri 12-nin 9-a -dır Ev təxminən 2 aydır ki, icbari sığortalanıb. 3 ildir tikilib, yeni təmir olunub, ancaq bəzi planlar olduğu üçün satışa çıxarılıb. Tam əla təmirli, mətbəx mebelli, su-kanalizasiyası, işıq-qaz hər bir komunal şəraiti sayğaclaşdırılıb. Evin və torpağın çıxarışı və texniki pasportu var. Bütün sənədlər qaydasındadır. Evə baxdıqdan sonra biləcəksiniz ki, ev satmaq məqsədilə inşa edilməyib. Öz evimdir. Evin fundamenti və kəməri hazırlananda hesablanıb ki, gələcəkdə 2-ci mərtəbəni rahatlıqla inşa etmək olsun. Mərtəbələrarası nərdivan yerinin fundamentinə qədər tökülüb. 2 mərtəbə niyyətilə tikilib, sonradan 1 mərtəbə kimi üstü bağlanıb. 5 daş kürsülü olan ev geniş mətbəx, dəhliz və 3 böyük otaqdan ibarətdir. Bahalı divar kağızı istifadə edilib. İşıqlı, hündür (çardaqda yerimək olur), geniş evdir. Evi aldıqdan sonra əlavə xərc tələb etmir. Evdə yaşayış olmayıb. Bütün şərait tam ideal səviyyədədir. Kombi, hamam-tualet aksesuarları, mətbəx mebeli sıfırdır-yenidir. Həyətinə maşın girmir, həyətdən kənarda evin qabağında ancaq ev yiyəsinin istifadə edə biləcəyi minimum 2 maşınlıq yer var. Yerində baxanda bu barədə hərşey aydın olacaq. Xəritədə ünvan dəqiq göstərilib. Qapıdan çıxan kimi marşruta- ictimai nəqliyyata minirsən. Yanında ət dükanı, üzbəüzündə market var. Yerləşdiyi küçə gecələr işıqlandırılır. Ətrafda 24 saat kamera müşahidəsi var. Real alıcıya qiymətdə biraz endirim olacaq. Ancaq böyük endirim gözləməyin. Həyəti balaca olsa da, evə baxdıqdan sonra sizdə qiymətə-keyfiyyətə və gələcək perspektivə uyğun təəssürat yaranacaq. Allah alana da, satana da xeyir versin. Uzaqdan, kənardan gələcək şəxslərin nəzərinə! Evdə adam olsa da, ancaq mənim iştirakım ilə baxmaq mümkündür. Xahiş olunur, gəlməmişdən öncə mütləq əlaqə saxlayın. Ən rahat baxış 1-5-ci günlər vaxt axşam saatlarında, həftəsonları isə gün ərzində ola bilər.

 

Ünvan: Mehdiabad Fatmayı yolu

     

 

90 000 M

  • 4 otaq
  • 110 m2
  • 1.5 sot

Elanın tarixi: 06.10.2023

Elanın kodu: 7688302

Baxış sayı: 110

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller