Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır 3 otaqlı Yeni Tikili, Yeni Günəşli qəs., Suraxanı rayonuKreditlə

Elanın kodu: 2924463

Baxış sayı: 186

HAZIR İPOTEKA! Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, Fatmeyi Zəhra məscidi ilə üzbəüz yerləşən 13 mərtəbəli Atlant MTK-ya məxsus yeni tikili binanın 13-cü mərtəbəsində sahəsi 143 kv.m. olan (kupçada 126 kv.m.) qanuni 3 otaqlı, təmirli mənzil satılır. İstilik sistemi kombidir. Qaz, su, işıq daimidir. Mənzil yelçəkəndir. Mətbəxt mebeli, koridor şkafı, qonaq otağı dəsti qiymətə daxildir. Mənzilin 2 sanitar qovşağı var. 1 ümumi, digəri yataq otağında. Hall genişdir. Qonoq otağını halla keçirərək mənzili rahatlıqla 4 otaq eləmək olar. Lift 12-ci mərtəbəyə kimi qalxır. Mənzilin tavanı izolyasiya olunub, birbaşa dam deyil. Boş məsafə var. Heç bir nəmişlik, susızması kimi hallar yoxdur. Hall və sanitar qovşaqlar isti döşəmə ilə təchiz olunub. Binanın 24 saat mühafizə olunan həyəti, avtodayanacağı, üzgüçülük hovuzu, fitnes zalı var. Bundan əlavə binanın 1-ci mərtəbəsində Rahat supermarket, tədris mərkəzləri, gözəllik salonu, geyim dükanları yerləşir. Binanın həyətində uşaqların istirahəti üçün müxtəlif atraksionlar, futbol meydançası quraşdırılıb. Orta məktəb və uşaq bağçaları binadan 5 dəqiqəlik piyada məsafədə yerləşir. Xalqlar Dostluğu metrosuna avtobusla 12-15 dəqiqəlik məsafədədir. Əlavə məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mənzil kirayə öhdəliyi ilə satışa çıxarılan güzəştli kateqoriyaya aiddir. Rəsmi gəliri 1250 AZN-dən çox , yaşı 46-dək olan istənilən AR vətəndaşı bu mənzilə sahib ola bilər. Eyni zamanda rəsmi gəliri uyğun olmayan şəxslər bu mənzili birgə müraciət əsasında əldə edə bilər. Birgə müraciətə müraciət edən şəxsin həyat yoldaşı, yetkinlik yaşına çatmış övladları və valideynləri daxil ola bilər. Qrafikdən kənar əlavə ödənişlər olunduqda fond tərəfindən bir sıra güzəştlər tətbiq olunur. Kupça (çıxarış) var. Qeydiyyata düşmək mümkündür. İlkin ödəniş: 55000 AZN İllik faiz dərəcəsi: 4% Aylıq ödəniş: 1251 AZN Qalıq müddət: 23 il 5 ay Qalıq nəğd borc: 228000 AZN Vasitəçi şirkətin xidmət haqqı mənzilin nəğd dəyərinin 1%-i (2830 AZN) təşkil edir. Xidmət haqqına mənzilin tanıtımı, ipoteka müraciətinin göndərilməsi, rəsmiləşdirilməsi xidmətləri daxildir.

 

Ünvan: AB yaşayış massivi

     

 

55 000 M

  • 3 otaq
  • 143 m2

Elanın tarixi: 17.04.2024

Elanın kodu: 2924463

Baxış sayı: 186

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller