Qeyri-yaşayış binalarına ünvan veriləcək – YENİ QƏRAR

  • 29.08.2023
  • 1252
Qeyri-yaşayış binalarına ünvan veriləcək – YENİ QƏRAR

Nazirlər Kabineti özünün 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”də dəyişiklik edib. 

Arenda.az Fed.az-a istinadən xəbər verir ki, yeni qərara görə, bundan sonra qeyri-yaşayış binalarına da ünvan veriləcək. Xatırladaq ki, sözügedən reqlamentə əsasən indiyədək qeyri-yaşayış sahələrinə ünvan verilirdi. İndi isə bu qayda qeyri-yaşayış binalarına aid edilib. 

Reqlamentin 3.8-ci bəndində “çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin (onların tərkib hissələrinin)” sözləri “çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin” sözləri ilə əvəz edilib. 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller