pulsuz elanlar saytı axtarirdim, sizin sayt chixdi. Burada oz restoranimi kiraye vere bilerem?

  • 19.11.2017
  • 2486

Saytımız daşınmaz əmlak elanlarını pulsuz şəkildə yerləşdirmək imkanı yaradır. Ay ərzində yüzlərlə restoran saytımız vasitəsilə kirayə verilir. Siz də öz elanınızı yerləşdirərək tez bir zamanda öz əmlakınızı kirayə verə bilərsiniz. 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Ən çox verilən suallar

elan vermiwem. duzelis etmek isteyirem

Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/shorts/X4iecKSOJIU

Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=s9lkNGpPIZE

Saytinizda emlak elanlari pulludu? Men maklerem saytinizda emlak elanlari yerleshdirmek isteyirem

Hər bir istifadəçi, o cümlədən Vasitəçilər (Maklerlər) saytımızda ay ərzində bir nömrədən 2 pulsuz şəkildə elan yerləşdirə bilər. 3-cü elana görə 1 AZN ödəniş edilməlidir. Saytımızdakı paketləri şəxsi kabinetdə "Hesabım" bölməsinə daxil olaraq "İstifadəçi balansı"da görə bilərsiniz. Xatırladaq ki, hər bir istifadəçi yalnız bir istifadəçi hesabından (Elektron poçt ünvanından) istifadə edə bilər. İstifadəçi hesabına istənilən qədər nömrə bağlana bilər.

Saytınızda yerləşdirilən daşınmaz əmlak elanlarının sahibləri ilə necə əlaqə saxlaya bilərəm?

Saytımızda istənilən elanı açın. Daha sonra isə əmlakın qiyməti qeyd olunan yerin sağ tərəfinə baxın. Bu hissədə daşınmaz əmlak elanının sahibinin adı və əlaqə məlumatları qeyd olunur. Nümunə üçün bu şəkilə baxa bilərsiniz.

Pulsuz elan saytlari sonradan pullu elanlara kechid edir. Sizde bir adam ne qeder pulsuz elan yerlesdire biler?

www.arenda.az saytı 2019-cı ilin İyul ayından etibarən ödənişli sistemə keçmişdir. Hər bir istifadəçi ay ərzində bir nömrədən  (təkrar olmayan) 2 Pulsuz elan yerləşdirə bilər. 

Men pulsuz elan vermek isteyirem amma elan yerlesdir bolmesine sekil yukleye bilmirem. Komek ede bilersiz?

Müraciətiniz üçün təşəkkür edirik. İlk öncə Elan yerləşdir bölməsinə daxil olun. Daha sonra əmlak barədə məlumatları dolğun şəkildə əlavə etdikdən sonra ən aşağı hissəyə düşün. Bu hissədə Şəkilləri daxil edin düyməsi var. Həmin düyməyə daxil olaraq əmlakın şəkillərini sürətli bir şəkildə əlavə edə bilərsiniz. Qeyd edək ki, saytımız yeganə əmlak saytlarındandır ki, əmlakın şəkillərinə limit qoymur. Yəni əmlak elanınıza Limitsiz sayda şəkil əlavə edə bilərsiniz. Nümunə üçün aşağıdakı şəkilə baxa bilərsiniz.

 

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller