pulsuz elanlar saytı axtarirdim, sizin sayt chixdi. Burada oz restoranimi kiraye vere bilerem?

  • 19.11.2017
  • 1969

Saytımız daşınmaz əmlak elanlarını pulsuz şəkildə yerləşdirmək imkanı yaradır. Ay ərzində yüzlərlə restoran saytımız vasitəsilə kirayə verilir. Siz də öz elanınızı yerləşdirərək tez bir zamanda öz əmlakınızı kirayə verə bilərsiniz. 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Ən çox verilən suallar

pulsuz elan yerlesdir duymesine klik eledim ve pulsuz elan yerlesdirdim. Ne zaman aktiv olacaq?

Hörmətli istifadəçi, elanınız sayımızda yerləşdirildikdən sonra moderator tərəfindən yoxlanılır. Əgər elanınız saytımızın rəhbərliyi tərəfindən qoyulan qaydalara əsasən yerləşdirilibsə, o zaman moderator elanı təsdiq edəndən sonra www.arenda.az saytında öz əksini tapacaq.

Elan yerləşdirməqaydaları (http://arenda.az/elan-yerlesdirme-qaydalari) : 


1) Arenda.Az -da bir ay ərzində bir nömrədən 2 pulsuz (təkrar olmayan)  elan yerləşdirmək olar.

2) Arenda.az saytında ay ərzində 16.000   və daha çox elan göndərilir.

3) Elanın saytda qalma müddəti 30 gündür. Müddəti bitmiş elanları şəxsi kabinetindən pulsuz şəkildə bərpa edə bilərsiniz. Elanın müddəti bitməmiş saytdan silinməsi xidməti ödənişlidir. 

4) Arenda.az saytında istifadə etdiyiniz ödənişli xidmətlər üçün nəzərdə tutulan məbləğ geri qaytarılmır.

5) Zəhmət olmasa elanı yerləşdirən zaman əlaqə vasitələrini (telefon nömrəsi, e-mail ünvanını) düzgün qeyd edin.

6) Elanınızla bağlı bütün məlumatlar sizin e-mail ünvanınıza göndərilir. Tövsiyyə edirik ki, e-mail ünvanınızı mütəmadi olaraq yoxlayın.

7) Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı, şirkətin adı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.

8) Üzərində Arenda.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək.

9) Əgər əmlakın yerləşdiyi ünvanı xəritədə göstərmək istəyirsinizsə, zəhmət olmasa bunu dəqiq edin.

10) Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir və texniki analizlər bir istifadəçiyə aid olan istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir.

11) Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün (070) 596 24 24 (Whatsapp), texniki dəstək üçün müraciət etməyiniz kifayətdir. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir.

 

Men pulsuz elan vermek isteyirem amma elan yerlesdir bolmesine sekil yukleye bilmirem. Komek ede bilersiz?

Müraciətiniz üçün təşəkkür edirik. İlk öncə Elan yerləşdir bölməsinə daxil olun. Daha sonra əmlak barədə məlumatları dolğun şəkildə əlavə etdikdən sonra ən aşağı hissəyə düşün. Bu hissədə Şəkilləri daxil edin düyməsi var. Həmin düyməyə daxil olaraq əmlakın şəkillərini sürətli bir şəkildə əlavə edə bilərsiniz. Qeyd edək ki, saytımız yeganə əmlak saytlarındandır ki, əmlakın şəkillərinə limit qoymur. Yəni əmlak elanınıza Limitsiz sayda şəkil əlavə edə bilərsiniz. Nümunə üçün aşağıdakı şəkilə baxa bilərsiniz.

 

pulsuz elanlar vermek isteyirem, amma artiq bir defe yerleshdirdiyimchun 2ci defe alinmir. Nece pulsuz elanlar vermek olar?

www.arenda.az saytında hər bir istifadəçi ay ərzində bir nömrədən 2 pulsuz elan yerləşdirə bilər.  Zəhmət olmasa bu linkə daxil olaraq elanlarınızı yerləşdirin - http://arenda.az/elan-yerlesdir

pulsuz elan vermek ucun saytlar arasinda en xosuma gelen sizin saytinizdir. Sayta daha ne kimi yenilikler edeceksiniz?

Hörmətli istifadəçi rəyiniz üçün təşəkkür edirik! Daima Sizin və istifadəçilərimizin ən sevimli saytı kimi yaddaşlarda qalmağımız üçün durmadan dünyada və ölkədə sürətlə inkişaf edən ən müasir proseslərdən,marketing alətlərini və texnologiyalarını öyrənib öz platformamızda tətbiq edirik. Hər gün saytımızı daha rahat, sürətli və bol məlumatlı olması üçün addımlar atırıq, ona görə ki istifadəçilərimizə bu cür dəyərlərin çatdırılması bizim əsaslı məqsədimizdir. Yeniliklər edirikmi? Bəli, biz ilk dəfə olaraq "Whatsapp-la Elan" qəbulu xidmətini aktiv etdik (ətraflı bu link-də http://arenda.az/xidmetler), o cümlədən hər bir istifadəçi saytımız vasitəsi ilə rahat şəkildə partner olduğumuz şirkətin köməyi ilə "daşınmaz əmlaklarını sığortala"ya bilər (ətraflı bu linkdə http://arenda.az/icbari-emlak).

İstifadəçilərimiz üçün təklif edəcəyimiz faydalı və dəyərli yeniliklərdən ilk xəbər tutmaq istəyirsinizsə mütləq saytımıza hər gün daxil olun, o cümlədən sosial şəbəkələrdədə bizi izləyə bilərsiniz: 

Facebook: facebook.com/arenda.az

Instagram: https://www.instagram.com/arenda.az/

YouTube: https://www.youtube.com/channel/UCZFYL3miTL_Eq9jBGfEw_qQ

 

Arenda.az saytında aktiv elanlara necə baxmaq olar ?

Axtarış sistemindən istifadə edərək aktiv elanlara baxa bilərsiniz. Ətraflı:

Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=AbV-MDb9E7E 

Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=vo6L2uP6lVE 

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller