pulsuz elan yerlesdir duymesine klik eledim ve pulsuz elan yerlesdirdim. Ne zaman aktiv olacaq?

  • 10.11.2017
  • 10382

Hörmətli istifadəçi, elanınız sayımızda yerləşdirildikdən sonra moderator tərəfindən yoxlanılır. Əgər elanınız saytımızın rəhbərliyi tərəfindən qoyulan qaydalara əsasən yerləşdirilibsə, o zaman moderator elanı təsdiq edəndən sonra www.arenda.az saytında öz əksini tapacaq.

Elan yerləşdirməqaydaları (http://arenda.az/elan-yerlesdirme-qaydalari) : 


1) Arenda.Az -da bir ay ərzində bir nömrədən 2 pulsuz (təkrar olmayan)  elan yerləşdirmək olar.

2) Arenda.az saytında ay ərzində 16.000   və daha çox elan göndərilir.

3) Elanın saytda qalma müddəti 30 gündür. Müddəti bitmiş elanları şəxsi kabinetindən pulsuz şəkildə bərpa edə bilərsiniz. Elanın müddəti bitməmiş saytdan silinməsi xidməti ödənişlidir. 

4) Arenda.az saytında istifadə etdiyiniz ödənişli xidmətlər üçün nəzərdə tutulan məbləğ geri qaytarılmır.

5) Zəhmət olmasa elanı yerləşdirən zaman əlaqə vasitələrini (telefon nömrəsi, e-mail ünvanını) düzgün qeyd edin.

6) Elanınızla bağlı bütün məlumatlar sizin e-mail ünvanınıza göndərilir. Tövsiyyə edirik ki, e-mail ünvanınızı mütəmadi olaraq yoxlayın.

7) Əmlakın təsvirində məlumatları böyük hərflərlə yazmaq, həmçinin telefon nömrəsi, e-mail ünvanı, şirkətin adı və şirkət haqqında xidmətləri yazmaq qadağandır.

8) Üzərində Arenda.az saytı da daxil olmaqla digər saytların loqotipləri olan şəkillər qəbul edilməyəcək.

9) Əgər əmlakın yerləşdiyi ünvanı xəritədə göstərmək istəyirsinizsə, zəhmət olmasa bunu dəqiq edin.

10) Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir və texniki analizlər bir istifadəçiyə aid olan istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir.

11) Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün (070) 596 24 24 (Whatsapp), texniki dəstək üçün müraciət etməyiniz kifayətdir. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir.

 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Ən çox verilən suallar

pulsuz elan vermek isteyirem. Bunun uchun ne etmeliyem?

Hörmətli istifadəçi pulsuz elan yerləşdirmək üçün saytımızda "Elan Yerləşdir" (http://arenda.az/elan-yerlesdir) bölməsinə daxil olub - daşınmaz əmlakınız haqqında məlumatları dolğun və düzgün qaydada qeyd edərək saytımızda yerləşdirə bilərsiniz. Elanı yerləşdirərkən qaydaları nəzərə almaq mütləqdir, əks halda elan moderator tərəfindən dərc olunmayacaq. (http://arenda.az/elan-yerlesdirme-qaydalari)

 

Saytinizda pulsuz elan yerlesdirmek isteyirem. Nece ede bilerem?

Salam. Pulsuz elan yerləşdirmək üçün bu linkə daxil olun - http://arenda.az/elan-yerlesdir

 

Saytınızda yerləşdirilən daşınmaz əmlak elanlarının sahibləri ilə necə əlaqə saxlaya bilərəm?

Saytımızda istənilən elanı açın. Daha sonra isə əmlakın qiyməti qeyd olunan yerin sağ tərəfinə baxın. Bu hissədə daşınmaz əmlak elanının sahibinin adı və əlaqə məlumatları qeyd olunur. Nümunə üçün bu şəkilə baxa bilərsiniz.

elan vermiwem. duzelis etmek isteyirem

Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/shorts/X4iecKSOJIU

Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=s9lkNGpPIZE

pulsuz ev elanlari vermek olur sizin saytda?

Bizim saytda pulsuz elan yerləşdirmək üçün bu linkə daxil olmalısınız http://arenda.az/elan-yerlesdir. Arenda.az -da bir ay ərzində bir nömrədən 2 pulsuz (təkrar olmayan)  elan yerləşdirmək olar. Elan yerləşdirildikdən sonra saytımızda təqdim olunan pullu (ödənişli) xidmətlərimizdən yararlanaraq daşınmaz əmlakınızın tez bir zamanda sata bilərsiniz. Xidmətlərimiz haqqında daha ətraflıməlumat əldə etmək üçün xidmətlər bölməsinə daxil olun tanış ola bilərsiniz. (http://arenda.az/xidmetler)

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller