Pulsuz elan saytlari sonradan pullu elanlara kechid edir. Sizde bir adam ne qeder pulsuz elan yerlesdire biler?

  • 19.11.2017
  • 2877

www.arenda.az saytı 2019-cı ilin İyul ayından etibarən ödənişli sistemə keçmişdir. Hər bir istifadəçi ay ərzində bir nömrədən  (təkrar olmayan) 2 Pulsuz elan yerləşdirə bilər. 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Ən çox verilən suallar

Men pulsuz elan vermek isteyirem amma elan yerlesdir bolmesine sekil yukleye bilmirem. Komek ede bilersiz?

Müraciətiniz üçün təşəkkür edirik. İlk öncə Elan yerləşdir bölməsinə daxil olun. Daha sonra əmlak barədə məlumatları dolğun şəkildə əlavə etdikdən sonra ən aşağı hissəyə düşün. Bu hissədə Şəkilləri daxil edin düyməsi var. Həmin düyməyə daxil olaraq əmlakın şəkillərini sürətli bir şəkildə əlavə edə bilərsiniz. Qeyd edək ki, saytımız yeganə əmlak saytlarındandır ki, əmlakın şəkillərinə limit qoymur. Yəni əmlak elanınıza Limitsiz sayda şəkil əlavə edə bilərsiniz. Nümunə üçün aşağıdakı şəkilə baxa bilərsiniz.

 

Atam dedi ki, gir elan ver pulsuz. Sizde olur elan vermek pulsuz? Menim basim cixmir kisi bezdirif

Hörmətli istifadəçi, www.arenda.az saytında hər bir istifadəçi  saytda qaydalara uyğun olaraq pulsuz elan yerləşdirə bilər.  Zəhmət olmasa bu linkə daxil olaraq elanlarınızı yerləşdirin - http://arenda.az/elan-yerlesdir və atanızada mütləq göstərin :) Bu arada evinizin tez satılması üçün xidmətlərimizdən yararlana bilərsiniz http://arenda.az/xidmetler .

Sizin saytinizin diger pulsuz elanlar saytlarindan ferqi nedi?

Salam. İlk öncə qeyd edək ki, www.arenda.az saytı sırf daşınmaz əmlakla əlaqəli elanlar portalıdır. Digər saytlardan ilk fərqimiz budur. Saytımız özünəməxsus xidmətləri və xüsusiyyətləri ilə digər daşınmaz əmlak saytlarından fərqlənir. Sürətli elan qəbulu, elana limitsiz sayda şəkil yerləşdirmək imkanı, WhatsApp ilə elan qəbulu xidməti, şəxsi kabinet, elanları idarə, redaktə edilə bilməsi funksiyası və.s.

Arenda.az saytında aktiv elanlara necə baxmaq olar ?

Axtarış sistemindən istifadə edərək aktiv elanlara baxa bilərsiniz. Ətraflı:

Telefonla daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=AbV-MDb9E7E 

Kompüterlə daxil olmaq üçün ətraflı məlumat linkdə - https://www.youtube.com/watch?v=vo6L2uP6lVE 

MÜQAVİLƏ İLƏ OLAN EVLƏRİ İPOTEKA İLƏ ALMAQ MÜMKÜNDÜR?

Salam. Müraciətiniz üçün təşəkkür edirik. İpoteka ilə ev almaq üçün əmlak sənədi mütləq Kupça (Çıxarış) olmalıdır.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller