"Onlar Bakıda daha çox 1 000 manata qədər olan kirayə evləri axtarırlar"

Bakıda kirayə mənzil bazarının 10-15 %-ni əcnəbi vətəndaşlar təşkil edir.
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O qeyd edib ki, Bakıda kirayə mənzillərdən istifadə edən əcnəbi vətəndaşları bir neçə qrupa bölmək olar.
Onun sözlərinə görə, Gürcüstandan və Rusiyadan olan soydaşlarımızın bir çoxu Bakıda işlədiyi üçün kirayə ev tutmağa üstünlük verirlər:
“Ölkəmizdə uzun müddət qalan əcnəbilər daha çox sərfəli olduğu üçün evi kirayə götürməyə üstünlük verirlər. Qeyd edim ki, Bakıda olan turistlərin çoxu Gürcüstan və Rusiya vətəndaşı olmasına baxmayaraq əksəriyyəti soydaşlarımızdır. Ukrayna-Rusiya müharibəsi səbəbindən onlar ölkəmizə üz tutublar və geri qayıtmayıblar”.
R.Qasımzadə bildirib ki, digər ölkələrdən - ərəb ölkələri, Hindistan, Pakistandan Azərbaycana iş üçün gələn və 90 gündən artıq burada qalan vətəndaşlar da var:
“Onlar əsasən ucuz olan evləri kirayələməyə üstünlük verirlər. Əcnəbilər Bakıda daha çox qiyməti 1 000 manata qədər olan kirayə evləri axtarırlar. Daha yuxarı qiymətə kirayə qalanlar isə ölkəyə müvəqqəti istirahət üçün gələnlərdir. Ərazi baxımından ölkəmizdə uzun müddət qalan əcnəbilər daha çox Xətai, Nəsimi, Nizami rayonlarında ev kirayələyirlər. Qısa müddətə gələn əcnəbilər isə daha çox şəhərin mərkəzinə üz tuturlar. Hotellərdə yox mənzillərdə qalmaq istəyən turistlər, yəni qısa müddətə istirahətə gələnlər isə gündəlik 30-60 manatdan başlayan evlərdə qalmağa üstünlük verirlər. Qeyd edim ki, Azərbaycanda daha çox qalmaq istəyən əcnəbilər "Miqrasiya haqqında" Qanuna əsasən, ölkə ərazisində azı 200 min manat dəyərində daşınmaz əmlaka və ya Azərbaycanda fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200 min manat məbləğində pul vəsaitinə sahib olmalıdırlar. Bu halda onlara Azərbaycanda daimi yaşamaq üçün icazə verilir”.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, əcnəbi vətəndaşlar kirayə qaldıqları mənzillərə müvəqqəti qeydiyyata düşmək məcburiyyətindədirlər:
“Onlar Azərbaycana gələndə - iş vizası, təhsil və ya hər hansısa formada qalmaqları üçün onlardan qeydiyyat ünvanları tələb olunur. Bu səbəbdən onlar evləri uzun müddətə kirayələməyə və oraya müvəqqəti qeydiyyata düşməyə çalışırlar. Əcnəbi vətəndaşların kirayə müqavilələri notarial qaydada qeydiyyata alınır. Müqavilədə onlar kirayə üçün ödədikləri məbləği göstərərək həmin ünvana müvəqqəti qeydiyyata düşürlər. Qeyd edim ki, Türkiyə vətəndaşları daha çox Nəriman Nərimanov, Elmlər Akademiyası metrostansiyalarına yaxın ərazilərdə, Avropa ölkələrindən gələnlər isə daha çox şəhərin mərkəzində kirayə qalırlar. Asiya vətəndaşları isə ən ucuz həyət evlərində qalmağa üstünlük verirlər”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov açıqlamasında qeyd edib ki, əcnəbilərin Azərbaycana axını “Əsrin müqaviləsi” imzalandıqdan sonra başlayıb.
O qeyd edib ki, o dövrlərdə bazarda əcnəbilərin tələblərinə cavab verən mənzillər mövcud deyildi:
“Bir çox xarici şirkətlər yerli bazardan mənzilləri götürərək təmir edir və öz işçilərini yerləşdirirdilər. Daha sonra xaricdə iş təcrübəsi olan vətəndaşlarımız ölkədə müəyyən standartlara cavab verən mənzillər tikərək neft şirkətlərinə kirayə verməyə başladılar. Bazar inkişaf etdikcə artıq yerli əhali də mənzillərini təmir edərək neft şirkətlərində çalışan işçilərə kirayə verməyə çalışırdı. O zamanlar müəyyən standartlara cavab verən mənzillərin kirayə qiymətləri yerli əhalinin gəlirlərini qat-qat üstələyirdi. Tədricən neft şirkətlərində çalışan xarici vətəndaşların sayı azaldı. Təkliflər isə artmaqda davam etdiyi üçün kirayə qiymətləri stabilləşməyə başladı. Son 10 il ərzində, ölkədə artıq turizmin inkişafı başladıqdan sonra günlük kirayə verilən evlərin sayı artmağa başladı. Bu da əsasən şəhərin mərkəz hissəsini əhatə edir".
E. Azadovun sözlərinə görə, kirayə mənzillər yerləşdiyi yerdən, otaq sayından və şəraitindən asılı olaraq günü 50 manatdan 300 manatadək dəyişir: "Əsas seqment 50-150 manat aralığındadır. Bu tip kirayə evlərdən daha çox ölkəmizə səfər edən böyük tərkibli ailələr istifadə edir. Çünki, adam sayı çox olduğu üçün hotellərdə qalmaq nisbətən baha başa gəlir. Hazırda bazarda olan günlük kirayə mənzillərinin 70 %-də xarici vətəndaşlar qalır".
O hesab edir ki, Bakıda ümumilikdə mənzil fondunun 17-18 %-i kirayə verilir: "Bunun təxminən 1/3 hissəsində tələbələr yerləşir. Ümumi kirayə götürülən yaşayış fondunun 2-3 %-ini isə əcnəbi vətəndaşlar təşkil edir. Buraya həm günlük kirayə, həm də, aylıq kirayə qalan xarici vətəndaşlar daxildir”.
E.Azadov vurğulayıb ki, kirayə mənzillərinə tələb həm də mövsümü xarakter daşıyır:
“Hər hansısa tədbirlər keçirildiyi zaman ölkəyə gələn xarici vətəndaşların sayı artdığı üçün tələb də artır. Ərəb ölkələrindən turistlər Azərbaycana daha çox yay aylarında, Novruz Bayramı və Yeni İl ərəfəsində gəlir. Hazırda şəhərdə günlük mənzillərin 80 %-i doludur, qalan 20 %-ə yaxın hissəsi isə müştəri axtarışındadır”.
- 28.07.2023
- 1348
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
155 000Dünən, 23:58Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
5 otaqlı 150 m² -
385 000Dünən, 23:53Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 101 m² 12/17 mərtəbə -
50Dünən, 23:50Kirayə (günlük) Yeni Tikili
Abşeron r.
2 otaqlı 50 m² 4/10 mərtəbə -
490 000Dünən, 23:50Satılır Yeni Tikili
Nərimanov r.
3 otaqlı 120 m² 12/15 mərtəbə -
85 000Dünən, 23:48Satılır Köhnə Tikili
Ukrayna dairəsi, Xətai r.
2 otaqlı 40 m² 4/9 mərtəbə -
445 000Dünən, 23:47Satılır Yeni Tikili
Nərimanov r.
3 otaqlı 97 m² 10/17 mərtəbə -
195 000Dünən, 23:42Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 80 m² 6/10 mərtəbə -
80Dünən, 23:37Kirayə (günlük) Yeni Tikili
İçərişəhər m., Daxili İşlər Nazirliyi, Səbail r.
2 otaqlı 86 m² 11/12 mərtəbə -
125 000Dünən, 23:35Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 100 m² 3/6 mərtəbə -
173 000Dünən, 23:28Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
75 000Dünən, 23:02Satılır Həyət evi/villa
Sumqayıt ş.
3 otaqlı 95 m² -
155 000Dünən, 22:37Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal qəs., Asan xidmət , Yasamal r.
2 otaqlı 55 m² 2/9 mərtəbə -
500Dünən, 22:09Kirayə (aylıq) Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 87 m² 4/6 mərtəbə -
750Dünən, 21:52Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Gənclik Mall, Nərimanov r.
1 otaqlı 25 m² -
350Dünən, 21:33Kirayə (aylıq) Həyət evi/villa
Sabunçu r.
3 otaqlı 90 m² -
120 000Dünən, 21:18Satılır Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
1 otaqlı 30 m² 1/4 mərtəbə -
130 000Dünən, 21:16Satılır Torpaq
Novxanı, Abşeron r.
10 sot -
800Dünən, 21:07Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
150 m² -
100Dünən, 20:49Kirayə (günlük) Bağ evi
Mərdəkan, Xəzər r.
2 otaqlı 2 sot -
460 000Dünən, 20:15Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 117 m² 14/16 mərtəbə -
1 100Dünən, 20:12Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nərimanov r.
60 m² -
1 700Dünən, 20:09Kirayə (aylıq) Obyekt
Ramana qəs., Sabunçu r.
340 m² -
200Dünən, 20:04Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
3 otaqlı 111 m² -
120Dünən, 20:01Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 12 m² -
135 000Dünən, 19:38Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 38 m² 9/9 mərtəbə -
1 500Dünən, 19:38Kirayə (aylıq) Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
130 m² -
1 600Dünən, 19:10Kirayə (aylıq) Obyekt
Saray, Qafqaz Universiteti, Abşeron r.
375 m² -
100 000Dünən, 19:00Satılır Obyekt
Əhmədli, Xətai r.
40 m² -
45 000Dünən, 18:49Satılır Həyət evi/villa
Qobustan qəs., Qaradağ r.
3 otaqlı 1000 m² -
30Dünən, 18:40Kirayə (günlük) Yeni Tikili
İnşaatçılar m., İctimai telekanalı, Yasamal r.
2 otaqlı 75 m² 2/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

