Nəbadət Bağı təmirdən sonra belə olacaq - bağın yenidən qurulmasına 58 milyon manat xərclənəcək!k

  • 22.01.2023
  • 1918
Nəbadət Bağı təmirdən sonra belə olacaq - bağın yenidən qurulmasına 58 milyon manat xərclənəcək!k

Bir neçə həftə əvvəl təmirə bağlanan Mərkəzi Nəbatat Bağının layihə görüntüləri yayılıb.

Arenda/az Fed/az-a istinadən xəbər verir ki, layihənin müəlliflərinin yaydığı şəkillərdən məlum olur ki, yenidənqurmadan sonra bağda ziyarətçilər üçün müxtəlif istirahət guşələri mövcud olacaq. Həmçinin bağ ərazisində su hövzəsi, ofis binası, gəzinti zolaqları və sair tikintilər nəzərdə tutulub.

 

Xatırladaq ki, Mərkəzi Nəbatat Bağının abadlaşdırılması kimi adlandırılan yenidən qurma layihəsi "Xezer Construction" MMC şirkəti (VÖEN 1603218151) tərəfindən həyata keçiriləcək.

Layihənin sifarişçisi Bakı şəhərin icra hakimiyyətini təmsil edən "BAKI ŞƏHƏR ƏSASLI TİKİNTİ VƏ TƏMİR" MMC-dir. Bu qurum tenderin qalibinə 58 milyon manat ödəyəcək.

Maraqlıdır ki, "Xezer Construction" MMC şirkəti Bakı şəhər icra hakimiyyətinin iri tenderlərindən ən çox sifariş alan şirkətlərdən biridir. Son 3 il ərzində bu şirkət icra hakimiyytindən 5 tender müqaviləsi üzrə 76 milyon manatdan artıq sifariş alıb.

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanıb.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller