MTK-lar sakinlərdən xidmət haqlarını - NAĞDSIZ TOPLAYACAQ

  • 07.10.2023
  • 218
MTK-lar sakinlərdən xidmət haqlarını - NAĞDSIZ TOPLAYACAQ

Mənzil-Tikinti Kooperativlərinin binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması barədə qanun layihəsi hazırlanıb

Bu məlumatı, Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, Mənzil-Tikinti Kooperativlərində nağdsız hesablaşmaların tətbiqi ilə bağlı qanun layihəsi hazırda hazırlanıb və dövlət qurumlarına təqdim edilib.

Qeyd edək ki, bu gün deputat Emin Hacıyev Mənzil-Tikinti Kooperativlərinin binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplamasını təklif edilib.

Deputat deyib ki, bu sahədə kifayət qədər vəsait dövr edir: “Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa, təyinatı üzrə xərclənməsi də təmin edilə bilər”. 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller