Mənzili hazır binadan, yoxsa bünövrədən almaq sərfəlidir?

Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb. Çox insan bünövrədən mənzil almağa risk etmir.
V. Oruc hesab edir ki, tikinti işlərinin ilkin hazırlıq dövründə mənzillərin satışı binanı tikən şirkətə ciddi dəstəkdir: "Bu, binanın daha tez tikilməsinə səbəb olur. Nəticədə biznesin reallaşması, binanın təhvili prosesi tezləşir. Əslində bu, çox uğurlu variantdır. İndiyə qədər Azərbaycanda tikinti şirkətləri bu variantdan çox istifadə edib. Təbii ki, burda müəyyən risklər var. Çünki tikinti şirkətinin prosesi axıra qədər aparıb-aparmayacağı, yaxud vətəndaşın hansısa hüquqi problemlə qarşılaşıb-qarşılaşmayacağı məlum olmur. Vətəndaşlarımız belə hallarda şirkətlərin keçmişinə nəzər yetirir. Şirkət keçmişdə problem yaşamayıbsa, ölkədə bir neçə binanın tikintisini yekunlaşdırmaq təcrübəsinə malik dayanıqlı şirkətdirsə, bu prosesə ruh yüksəkliyi ilə gedirlər. Ancaq yeni tikinti şirkətləri və keçmişi o qədər də şəffaf olmayan şirkətlərlə bu prosesi aparmaq risklidir. Bir çox hallarda vətəndaşlar bu riskə getmir. Ümumiyyətlə bizim insanlar hazır olmayan binadan mənzil almağa ehtiyatlı yanaşır və riskə getmirlər".
Şirkətin keçmişini araşdırmaq lazımdır
Ekspert vurğulayır ki, bünövrədən mənzil alarkən ciddi araşdırma aparandan sonra qərar verilməlidir. Bu zaman bir neçə suallara cavab tapılmalıdır. Məsələn, binanın tikintisi bir dövrdən sonra müəyyən dövlət ehtiyacları üçün yarımçıq saxlanılacaqmı? Hansısa dövlət qurumunun bu prosesi dayandırmaq ehtimalı varmı? Şirkət bu prosesi axıra qədər aparmaqda nə qədər etibarlıdır? Şirkət maddi baxımdan prosesi sona qədər aparmaq imkanlarına malikdirmi?
"Nəzərə alsaq ki, tikinti işlərində dələduzluq halların rast gəlinir, bu məsələdə şirkətin keçmişi çox aktualdır. Şirkətin keçmişində dələduzluq hallarının olub-olmaması araşdırılmalı, gələcəkdə bu cür halların yaşanma ehtimalının olmaması barədə əminlik hasil edilməlidir. Tikinti tarixində belə hallar olub ki, sahibkarlar binanı tikməzdən öncə vətəndaşlardan ödənişi alıb, sonra isə onu tikməyiblər", - V. Oruc bildirir.
Hazır binadan mənzil almaq daha məsləhətlidir
Bünövrədən mənzil alarkən cavab tapılmalı digər sual tikintinin təhlükəsizlik qaydalarına uyğun aparılacağı, materialların keyfiyyəti ilə bağlıdır. Ekspertin fikrincə, bu da şirkətin keçmişinə aid ciddi bir məsələdir. Tikinti yekunlaşandan sonra müvafiq dövlət qurumları tərəfindən binada yaşayış üçün icazənin verilib-verilməyəcəyi məlum edilməlidir. Çünki bina tikildikdən sonra FHN binada müxtəlif kriteriyalar üzrə yoxlanış aparıb rəy verməlidir. Bünövrədən mənzil alarkən bu rəyin müsbət olacağını öncədən bilmək olmur.
"Bu riskləri nəzərə alaraq vətəndaşlara tövsiyə olunur ki, mənzil alarkən sənədləşmə prosesi bitmiş, tikintisi yekunlaşmış və dövlət reyestrindən çıxarışın əldə olunduğu binalara müraciət etsinlər. Vətəndaş müəyyən məsləhətləşmələrdən və konsaltinq xidmətindən istifadə etsə belə, bünövrədən mənzil almaq riskli ola bilər. Amma ölkədə onlarla tikinti işi aparmış, tarixçəsi normal olan, vətəndaşlarla hüquqi problem yaşatmayan etibarlı bir şirkət bu prosesi aparırsa, onunla əməkdaşlıq etmək olar”, - V. Oruc vurğulayır.
Bünövrədən alınan mənzillər xeyli ucuz olur
V.Oruc hesab edir ki, Bakıda bünövrədən mənzil almaq kifayət qədər əlçatandır:
“Əsasən paytaxtın Nərimanov, Yasamal rayonlarında belə təkliflər var. Bünövrədən alınan mənzillərlə hazır binadan alınmış mənzillərin qiyməti arasında təqribən 7-15 % aralığında fərq olur. Bu da ciddi bir məbləğ edir. Hazır binada mayak formasında bir kvadrat metri 2 min manata olan mənzil bünövrədən 1 800-1 850 manata satılır. Çox da tanınmayan MTK-lardan mənzil alanda bu fərq 20 % civarında ola bilir. Qabaqcadan alınan məbləğ tikintiyə yönəldilir, yaxud ərazidə aparılan söküntü işlərinin kompensasiyası üçün sərf edilir.
Sahibkarın həmin məbləğə ehtiyacı çox olarsa, alıcıya edilən endirim də çox olur. Amma binanı prestijli bir MTK tikirsə, bünövrədən mənzil alarkən çox ciddi endirimə ümid etmək olmaz. Eyni zamanda binalarda hazır olan mərtəbələr hazır olmayanlardan fərqli qiymətə təklif edilir. Bu da vətəndaşda haqlı olaraq şübhələr yarada bilər. Odur ki, ən yaxşı variant hazır binadan mənzil almaqdır”.
Fed.az
- 19.04.2023
- 3026
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
25 000Bugün, 10:59Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 82 m² 11/16 mərtəbə -
115 000Bugün, 09:23Satılır Həyət evi/villa
Əhmədli m., Hövsan qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
95 000Bugün, 08:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 64 m² 3/5 mərtəbə -
3 500Bugün, 06:21Kirayə (aylıq) Obyekt
Sahil m., Nəsimi r.
80 m² -
250Bugün, 02:43Kirayə (aylıq) Obyekt
Əhmədli m., Xətai r.
8 m² -
2 600Bugün, 02:16Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
90 m² -
1 300Bugün, 00:42Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
48 m² -
4 000Bugün, 00:31Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
400 m² -
3 500Bugün, 00:27Kirayə (aylıq) Obyekt
8 Noyabr m., Nəsimi r.
550 m² -
5 000Bugün, 00:24Kirayə (aylıq) Obyekt
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
400 m² -
5 500Bugün, 00:19Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Böyükşor qəs., Nərimanov r.
160 m² -
255 000Dünən, 23:54Satılır Yeni Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 112 m² 4/12 mərtəbə -
35 000Dünən, 23:29Satılır Həyət evi/villa
Nizami m., Nəsimi r.
1 otaqlı 15 m² -
68 500Dünən, 23:10Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 6/6 mərtəbə -
150 000Dünən, 22:58Satılır Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 45 m² 1/5 mərtəbə -
200 000Dünən, 22:43Satılır Obyekt
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
85 m² -
87 000Dünən, 22:41Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 3/6 mərtəbə -
110 000Dünən, 22:08Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 64 m² 4/4 mərtəbə -
250 000Dünən, 22:08Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 97 m² 17/17 mərtəbə -
135 000Dünən, 22:01Satılır Yeni Tikili
Nizami r.
1 otaqlı 57 m² 17/17 mərtəbə -
156 000Dünən, 21:57Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
193 000Dünən, 21:54Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 96 m² 17/17 mərtəbə -
130 000Dünən, 21:50Satılır Yeni Tikili
8 Noyabr m., Qafqaz Resort otel, Yasamal r.
2 otaqlı 50 m² 19/19 mərtəbə -
85 000Dünən, 21:50Satılır Torpaq
Şamaxı ş.
24 sot -
77 000Dünən, 21:48Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 71 m² 4/4 mərtəbə -
350Dünən, 21:47Kirayə (aylıq) Yeni Tikili
Zabrat qəs., Sabunçu r.
2 otaqlı 50 m² 1/2 mərtəbə -
180 000Dünən, 21:36Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 53 m² 2/4 mərtəbə -
300Dünən, 21:35Kirayə (aylıq) Həyət evi/villa
Sahil m., 20-ci sahə, Su İdman Kompleksi, Səbail r.
1 otaqlı 30 m² -
85 000Dünən, 21:31Satılır Həyət evi/villa
Buzovna, Favorit market Zaqulba, Xəzər r.
4 otaqlı 350 m² -
170 000Dünən, 21:14Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 50 m² 2/4 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

