Mənzil və obyekt alarkən ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verildi

MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal yaradılıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.
Fərmanın icrası ilə bağlı, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.
Bu barədə Marja-ya Dövlət Vergi Xidmətindən bildirilib.
Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.
Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:
- Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;
- Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;
- ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;
- Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
- 25.11.2022
- 537
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
183 000Bugün, 20:34Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
4 otaqlı 127 m² 10/14 mərtəbə -
400Bugün, 20:32Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
2 otaqlı 78 m² 4/10 mərtəbə -
3 000Bugün, 20:10Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
4 otaqlı 160 m² -
68 000Bugün, 20:08Satılır Yeni Tikili
Ceyranbatan qəs., Abşeron r.
2 otaqlı 51 m² 8/10 mərtəbə -
250 000Bugün, 20:07Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
4 otaqlı 100 m² 5/5 mərtəbə -
46 500Bugün, 19:56Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 70 m² -
44 500Bugün, 19:54Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 55 m² -
22 000Bugün, 19:44Satılır Torpaq
Yaşıl dərə r., Sumqayıt ş.
6 sot -
2 800Bugün, 19:34Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
38 m² -
100Bugün, 19:27Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
4 otaqlı -
1 900Bugün, 19:24Kirayə (aylıq) Obyekt
20-ci sahə, Səbail r.
150 m² -
1 200Bugün, 19:20Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
3 otaqlı 70 m² 4/5 mərtəbə -
135 000Bugün, 19:18Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 58 m² 7/10 mərtəbə -
1 400Bugün, 19:14Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
150 m² -
1 000Bugün, 19:12Kirayə (aylıq) Ofis
Gənclik m., Nərimanov r.
2 otaqlı 65 m² -
500Bugün, 19:11Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Xətai r.
73 m² -
91 000Bugün, 19:10Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 46 m² 12/15 mərtəbə -
2 500Bugün, 19:00Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
100 m² -
1 000 000Bugün, 18:55Satılır Obyekt
Buzovna, Xəzər r.
1800 m² -
52 000Bugün, 18:54Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 50 m² -
550Bugün, 18:53Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
2 otaqlı 43 m² 4/5 mərtəbə -
900Bugün, 18:52Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 130 m² 21/21 mərtəbə -
900Bugün, 18:49Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 77 m² 13/18 mərtəbə -
230 000Bugün, 18:45Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 62 m² 3/5 mərtəbə -
550Bugün, 18:44Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 60 m² 1/9 mərtəbə -
286 000Bugün, 18:43Satılır Yeni Tikili
Gənclik m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 134 m² 7/18 mərtəbə -
750 000Bugün, 18:37Satılır Obyekt
İçərişəhər m., Səbail r.
260 m² -
123 000Bugün, 18:34Satılır Köhnə Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 85 m² 8/9 mərtəbə -
699Bugün, 18:29Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 50 m² 18/20 mərtəbə -
300Bugün, 18:29Kirayə (aylıq) Həyət evi/villa
Xətai r.
1 otaqlı 30 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

