Mənzil və obyekt alarkən ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verildi

MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal yaradılıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.
Fərmanın icrası ilə bağlı, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib.
Bu barədə Marja-ya Dövlət Vergi Xidmətindən bildirilib.
Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.
Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.
Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:
- Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;
- Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;
- ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;
- Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
- 25.11.2022
- 562
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
68 000Dünən, 23:54Satılır Obyekt
Memar Əcəmi m., Nəsimi r.
36 m² -
160 000Dünən, 23:51Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
9 otaqlı 150 m² -
219 000Dünən, 23:25Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 55 m² 3/5 mərtəbə -
1 000Dünən, 23:12Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
280Dünən, 22:58Kirayə (aylıq) Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 35 m² -
32 500Dünən, 22:54Satılır Həyət evi/villa
Banu Çiçək ş/s, Binəqədi r.
3 otaqlı 85 m² -
35 000Dünən, 22:43Satılır Torpaq
Binə qəs., Xəzər r.
5 sot -
350Dünən, 22:43Kirayə (aylıq) Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 45 m² -
370Dünən, 22:39Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 46 m² 11/13 mərtəbə -
26 500Dünən, 22:32Satılır Həyət evi/villa
Xırdalan ş.
1 otaqlı 33 m² -
550Dünən, 22:24Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Əhmədli, Asiman Şadlıq Sarayının , Xətai r.
4 otaqlı 100 m² -
155 000Dünən, 22:21Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 70 m² 2/12 mərtəbə -
44 000Dünən, 22:19Satılır Torpaq
Koroğlu m., Kürdəxanı qəs., Sea Breeze, Sabunçu r.
22 sot -
180Dünən, 22:12Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 96 m² -
138 000Dünən, 21:58Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 76 m² 5/10 mərtəbə -
1 000Dünən, 21:57Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Rəssamlıq Akademiyası, Nərimanov r.
3 otaqlı 77 m² 6/9 mərtəbə -
50Dünən, 21:49Kirayə (günlük) Köhnə Tikili
28 May m., Səbail r.
3 otaqlı 85 m² 2/4 mərtəbə -
925Dünən, 21:48Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 97 m² 7/17 mərtəbə -
126 000Dünən, 21:47Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
2 otaqlı 45 m² 1/5 mərtəbə -
599Dünən, 21:46Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 70 m² 15/15 mərtəbə -
900Dünən, 21:35Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 104 m² 1/14 mərtəbə -
7 500Dünən, 21:29Satılır Torpaq
Koroğlu m., Yeni Suraxanı qəs., Suraxanı r.
3 sot -
300Dünən, 21:25Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
5 otaqlı 180 m² -
48 000Dünən, 21:24Satılır Həyət evi/villa
Lerik ş.
3 otaqlı 120 m² -
400Dünən, 21:23Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 35 m² 2/5 mərtəbə -
40Dünən, 21:22Kirayə (günlük) Köhnə Tikili
28 May m., 28 Mall, Səbail r.
2 otaqlı 60 m² 2/4 mərtəbə -
82 000Dünən, 21:08Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 62 m² 5/5 mərtəbə -
70Dünən, 21:05Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
2 otaqlı 120 m² -
178 999Dünən, 21:01Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 65 m² 1/9 mərtəbə -
700Dünən, 20:58Kirayə (aylıq) Obyekt
Nəsimi r.
30 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller