Lirə ucuzlaşır - Türkiyədə alınan evlərin sayı artır

  • 15.12.2021
  • 419
Lirə ucuzlaşır - Türkiyədə alınan evlərin sayı artır

2021-ci ilin yanvar-noyabr aylarında (11 ay ərzində) azərbaycanlılar Türkiyədə 1325 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 1124 mənzil almışdılar. Təkcə Noyabrda azərbaycanlılar tərəfindən 185 mənzil alınıb. Oktyabrda azərbaycanlılar tərəfindən 120 mənzil alınmışdı.

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin Yanvar ayında 68 mənzil, Fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında 127 mənzil, Avqust ayında 138 mənzil, Sentyabr ayında 162 mənzil, Oktyabr ayında 120 mənzil, Noyabr ayında 185 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154,183,137 və 104 mənzil olmuşdu.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 7-ci yerdədir. 

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar. 

Eyni zamanda, Türkiyənin bir çox böləsində mənzil qiymətləri aşağıdır.

Türkiyə azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verir. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.

 

https://marja.az/

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller