Komfort Hayat

Komfort Hayat

+994 (55) 600-55-45

Layihə haqqında

Yaşayış kompleksi «Comfort Hayat Residence» – Təfəkkür universitetinin yanında premium-klass tipli binadır.

Tikinti Planı

Yerləşməsi

Yaşayış kompleksi «Comfort Hayat Residence» Bakının Nərimanov rayonu, Təbriz küçəsində «Dədə Qorqud» parkının yaxınlığında yerləşir. Şəhərin mərkəzinə təxminən beş kilometr məsafədir.

Yeni kompleksin ətrafının əla inkişaf etmiş infrastrukturu var, mikrorayon olduqca sıxdır və tikilməsi çoxdan qurtarılıb.

Ətrafında nə yerləşir

Kompleksin universitetlə qonşuluğundan başqa, burada 34 saylı ümumtəhsil məktəbi və «Ankara Baki məktəbi», Şah İsmayıl Xətai prospektində isə 303 saylı uşaq bağçası yerləşir.

Yeni tikilinin sakinləri ailələri ilə birlikdə beş yüz metr aralıqda yerləşən Bakı Heyvanat bağçasında istirahət edə bilərlər, «Gənclik Mall» ticarət əyləncə mərkəzini, eləcə də «Dostluq», «Cinema Club» və ya «Hollywood Cinema Club» kinoteatrlarını ziyarət edə bilərlər. Teatr həvəskarlarını isə Pantomima teatrında gözləyirlər.

Ərzaq məhsullarını ərzaq mağazasında və ya «Şərq Bazarı» və «Yaşıl bazar» - dan birində əldə etmək mümkündür. Yaxında ən məşhuru «SPAR» və «Araz» olan bir neçə supermarketlər var. Kilometr radiusunda üç tibb müəssisələri – №4 və №5-li poliklinikalar, həmçinin «Medikal Plaza» klinikası yerləşir.

Kompleksin xüsusiyyətləri

On üç mərtəbəli bina yerli iqlim şəraiti və milli koloriti nəzərə alınaraq müasir avropa üslubunda layihələndirilmişdir. Yeni bina tələb olunan zəlzələ müqavimətini və mənzillərin enerji səmərəliliyi göstəricilərini təmin edən qabaqcıl texnologiyaların tətbiqi ilə tikilir.

Binanın monolit dəmir beton karkası və möhkəm monolit təməli var. Binanın fasadı səmərəli istilik izolyasiyası olunur və təbii materiallarla üzlənir.

Daxili ərazisində

Binanın daxili həyətdə qapalı bir sahə yaradan dörd bloku var. Kompleksin ərazisində uşaq meydançası, idman meydançası və qonaqlar üçün parkovka yerləri tikilir. Yaşıllaşdırma işləri aparılır, avtomobil və piyadalar üçün yollar salınır. Mühafizə xidməti təşkil olunur və 24 saat bideo müşahidə aparılır.

Nəqliyyat imkanı

«Comfort Hayat Residence» yaşayış kompleksinin yaxınında, Təbriz küçəsində hərəkəti minimal beş dəqiqə intervalı ilə təşkil olunmuş cəmi iki avtobus marşrutu fəaliyyət göstərir.

Yeni tikilidən dəmir yolu vağzalı – cəmi yarım kilometr məsafə yaxınlığındadır. Avtovağzala yerüstü nəqliyyatla iyirmi dəqiqəyə çatmaq olar, lakin metrodan da istifadə etmək olar, belə ki, «28 May» metro stansiyasına qədər bir kilometrfən artıq məsafə deyil. Yeni kompleksdən iyirmi dörd kilometrdən artıq olmayan məsafədə yerləşən Hava limanına asanlıqla çatmaq olar.

Mənzillərin satışı

Daşınmaz əmlak almaq üçün tam dəyəri dərhal ödəmək və ya maksimum iki il müddətinə ipoteka ilə almaq olar. Təklif olunan 1-2-3-4 otaqlı mənzil planlaşdırmaları erqonomik və rahatlıq səviyyəsinə görə müasir tələblərə cavab verir.

Mənzillərdə pəncərələrin və eyvan qapılarının enerji qoruyan şüşələrlə şüşələnməsi həyata keçirilir. Pəncərələrin genişləndirilmiş ölçüləri təbii gündüz işıqlandırmasından istifadə etməyə imkan verir ki, bu da kommunal xidmətlərinin dəyərinin azalmasına gətirib çıxarır.

Tikinti şirkəti

Tikinti işləri paytaxtın ərazisində yaşayış komplekslərinin inşası ilə məşğul olan «Comfort Hayat Residence» şirkəti tərəfindən həyata keçirilir. Hissə-hissə ödəmə haqqında məlumatı və mənzillərin satış müqaviləsi bağlanarkən mümkün olan digər ödəmə üsulları şirkətin ofisində öyrənmək olar.

Yerləşmə

Bakı şəh., Təbriz küçəsi, 21-23

Ətraflı məlumat

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller