Kirayə yolu ilə satılan mənzillərin verilmə şərtləri

  • 24.02.2023
  • 1803
Kirayə yolu ilə satılan mənzillərin verilmə şərtləri

Kirayə yolu ilə satılan mənzillərin verilmə şərtləri bunlardır!

Ölkəmizdə ev almaq istəyən şəxslərlə yanaşı kirayə yolu ilə ev sahibi olmaq istəyən vətəndaşlarımızın sayı getdikcə çoxalır. Lakin, kirayə ev sahibi olmaq üçün bir neçə vacib şərtlər var. Bu məqalədə kirayə üsulu ilə ev sahibi olmağın şərtlərindən danışacağıq.

KİRAYƏ  MÜQAVİLƏSİ

Minimal müddət- 3 il

Maksimal müddət-25 il

Yaşa görə maksimal müddət- son ödəniş tarixinə yaş 70-dən çox olmamalı

Qabaqcadan ödəniş- aylıq ödənişin ən azı 12 misli

Ödəniş valyutası – Azərbaycan manatı

Kirayə hüquqlarının ötürülməsi- Kirayə müqaviləsi bağlanan gündən

Vaxtından əvvəl tam ödəniş- Kirayə müqaviləsi bağlanan gündən 

KİRAYƏÇİ

Azərbaycan Respublikasının vətəndaşı olmalı

Məhkumluğu olmamalı

Müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı

Müraciət anına yaşı 60-dan yuxarı olmamalı

Rəsmi gəlirlərə malik olmalı

YAŞAYIŞ SAHƏSİ

2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir

Alış anına standartlara uyğun tam təmirli olmalıdır, habelə elektrik enerjisi, qaz və su ilə təchiz olunmalıdır

İnfrastruktur obyektlərə (nəqliyyat, səhiyyə, iaşə, təhsil və s.) yaxın olmalıdır

Tikinti standart və normalarına cavab verməlidır

Müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır (Fond tərəfindən)

mcgf.gov.az

 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller