Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Kirayə (aylıq) 3 otaqlı Həyət evi/villa, Masazır, Abşeron rayonu

Elanın kodu: 830371

Baxış sayı: 1481

XAHİŞ OLUNUR MƏTNİ DİQQƏTLƏ OXUYUN!!! OXUMAMIŞ ZƏNG ETMƏYİN!!! MƏNZİL YALNIZ UZUNMÜDƏTLİ QALAN VƏ DAİMİ İŞİ OLAN AİLƏYƏ VERİLİR. XAHİŞ OLUNUR CİDDİ ŞƏXSLƏR ƏLAQƏ SAXLASIN. Ev sahibiyəm. Maklerlərdən xahiş edirəm qəti narahat etməsin. Xırdalan dairəsindən cəmi 1.4 km məsafədə Masazırın girişində iki mərtəbəli ev (1-ci mərtəbəsi təmirsizdir və qaraj kimi istifadə olunur, 2-ci mərtəbəsi tam təmirli) kirayə verilir. Evin ünvanı xəritədəki şəkildə göstərilmişdir. Google map-də “Masazirin incisi” yazanda evin ünvanı gəlir. Evin ikinci mərtəbəsi tam təmirlidir və ümumi sahəsi 128 km metrdir. 2 yataq otağı, 1 zal və 1 mətbəxdən ibarətdir. 4 sot torpağın içində tikilib. Həyətdə manqal və 8 nəfərlik masa var. Tam təmirli və mebellərlə təchiz olunub. Evdə cəmi 9 ay yaşayış olub. İlk dəfədir kirayə verilir. Qaz, işıq daimidir. Su qrafiklə verirlir. Su çəni var. Su gələndə avtomatik dolur və krant avtomatik bağlanır. Çən qapalı yerdədir qışda donmur. Həmçinin bütün borular torpağın altındadır və izolyasiya edilib, qışda donmur. “Rahat telecom” Fiberoptik internet xətti qoşulub. İstilik sistemi isti poldur (bütün ev). İstiliklə bağlı heç bir problem olmur. Yaşayış üçün lazım olan əşyalarla təchiz olunub. Zalda kondisioner var. Paylaşılan şəkillər real olaraq bu mənzilə aiddir. QİYMƏT SON QİYMƏTDİR, XAHİŞ EDİRƏM QİYMƏTLƏ BAĞLI BAZARLIQ ETMƏYİN. Evin real qiyməti bahadır, sadəcə təcili olduğu üçün ucuz verilir. Ev yalnız 20 Sentyabrdan sonra təhvil verilə bilər. Ona kimi özümüz yaşayacıq. Dayanacaqdan (Sumqayıt magistralından) evə olan məsafə 120 metrdir. Dayanacaqda piyada keçidi ilə yanaşı “Azercity” supermarketi və “İvanovka” kənd təsərrüfatı malları satılan təndir var. Dayanacaqda həmçinin “Bravo” supermarketi yaxın zamanlarda açılacaq. 20 yanvar metrosundan 199, Əcəmi metrosundan 225, Avtovağzaldan 569 və bütün Sumqayıt marşrutları gəlir. Həmçinin 1 manatlıq taksilər 20 yanvar metrosundan və Şamaxinkadan gəlir. Evdən Xırdalana 517, Sədərək t/m isə 539 nömrəli marşrutlar gedir. Evdən Masazır dairəsinə olan məsafə 900 metrdir.

 

Ünvan: Masazirin incisi

     

 

350 M

  • 3 otaq
  • 128 m2
  • 4 sot

Elanın tarixi: 02.09.2022

Elanın kodu: 830371

Baxış sayı: 1481

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller