Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Kirayə (aylıq) 2 otaqlı Yeni Tikili, Neftçilər metrosu, Bakıxanov qəs., Sabunçu rayonu

Elanın kodu: 1193856

Baxış sayı: 144

EV HAQQINDA MƏLUMAT Bakı şəhərində yerləşən «Teras Park» yaşayış kompleksi tamamilə öz adını doğruldur. Mənzil 23 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzilin sahəsi 70 m2-dir və 2 otaqdan ibarətdir. Mənzil həmçinin yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Mənzilin təmiri zamanı bahalı materiallardan istifadə olunmuşdur, həmçinin, mənzilə yerləşdirilən əşyalarda keyfiyyəti ilə seçilir.Mənzildə yaşayış üçün hər bir şərait var. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir. Qapalı həyəti, həyətində uşaqlar üçün əyləncə zonası, böyüklər üçün istirahət zonası mövcuddur. Binanın altında Araz supermarketi yerləşir. Binada mühafizə sistemi və kamera mövcuddur. Binanın hər girişində xüsusi mühafizə əməkdaşı yerləşir. Bloka giriş domofonladır. 2 mərtəbəli, 409 avtomobil üçün nəzərdə tutulmuş yeraltı parkinqi və əlavə olaraq yerüstü parkinqi mövcuddur. Binada 2 ədəd sürətli lift mövcuddur. Liftlər yeraltı parkinqə qədər enir. Binanın yanında 252 nömrəli tam orta məktəb mövcuddur. YERİ Teras Park Bakıxanovda, "Aygün mall" və 252 nömrəli məktəbin yaxınlığında yerləşən yaşayış kompleksidir. 2017-ci ildə təməli qoyulan 23 mərtəbəli bina Neftçilər metrostansiyasından cəmi 10 dəqiqəlik məsafədədir. Burada mənzillərin daxili hündürlüyü 3,12 metr, mərtəbələrin ümumi hündürlüyü 3,30 metrdir. Kompleks 13-cü mərtəbəsindən etibarən teraslı və teraslı dupleks mənzillərlə layihələndirilib. Teras Park beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və uzunömürlü tikinti materialları, Ukrayna istehsalı armaturlar və M400 markalı betondan istifadə edilərək inşa edilir. Kompleksin tikintisi ekoloji cəhətdən təmiz, səssiz və sakit Bakının rayonunda – Bakıxanov qəsəbəsi Sakit Qocayev 35 küçəsində aparılır. 2017-ci ildə təməli qoyulan 23 mərtəbəli bina Neftçilər metrostansiyasından cəmi 10 dəqiqəlik məsafədədir. ƏTRAFINDA NƏ VAR Əgər «Teras Park» yaşayış komleksinin tikildiyi ərazinin xəritəsinə baxsaq, orada qonşuluqda kifayət qədər kommersiya və sosial infrastruktur obyektləri yerləşməsini görmək olar. Balaca uşaqları olan valideynləri yaxınlıqda dərhal bir neçə №94, №96, №252 saylı məktəbin olması sevindirəcək. Həmçinin yaxınlıqda lisey və 2 uşaq bağçası fəaliyyət göstərir. Alış-verişi «Araz», «Qloriya» supermarketlərində və «Aygün mall» ticarət mərkəzində etmək olar. Yaxında «Bank Respublika», «Kapital bank» və «Bank of Baku» şöbələri, kinoteatr « Cinema Plus» və məscid var. Hər sahədə sakinlərin rahatlığını düşünərək inşa edilən kompleksin 1-ci mərtəbəsində Araz supermarket, Texnomart elektronika mağazası və binanın önündə yerüstü parkinq sahəsi artıq fəaliyyət göstərir. NƏQLIYYAT Yeni tikili piyada və yerüstü ictimai nəqliyyat vasitəsilə çatmağı mümkün olan «Neftçilər» metro stansiyasından 2 km məsafədə yerləşir. İctimai nəqliyyat köməkliyi ilə «Bakıxanov» dəmir yolu stansiyasına, Balaxanı qəsəbəsinə və Bakının digər hissələrinə də çatmaq olar. MEMARLIQI SR Construction tikinti şirkəti tərəfindən inşa olunan «Teras Park» yaşayış kompleksinin alıcılarını bir sıra orijinal xüsusiyyətləri ilə cəlb edir. Binanın 23 mərtəbəyə qədər dəyişkən hündürlükdə olan orijinal memarlığı xüsusi diqqətə layiqdir. 13-cü mərtəbədən başlayaraq pilləkən strukturlu yeni bina mənzil alıcılarına yuxarı mərtəbələrdə çox böyük ölçüsü olan açıq teraslı mənzillər təklif edir. HƏYƏTYANI ƏRAZISI Yeni binanın həyəti qapalı olub, kənar adamlar üçün bağlıdır, 24 saat ərzində mühafizə olunur və video müşahidəsi altındadır. İkimərtəbəli yeraltı dayanacaq sizə avtomobilimi harada saxlayım kimi qayğılardan azad edəcək.

 

Ünvan: Sakit Qocayev 35 küç.

     

 

700 M

  • 2 otaq
  • 70 m2

Elanın tarixi: 19.02.2024

Elanın kodu: 1193856

Baxış sayı: 144

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller