Inkişaf TT

Inkişaf TT

Layihə haqqında

Yaşayış kompleksi «İnkişaf» – zövqlü klassik binada müasir mənzillərdir!

Tikinti Planı

Yerləşməsi

«İnkişaf» yaşayış kompleksi Bakı şəhərinin Ağ şəhər mikrorayonuərazisində, «Yaşıl Ada» məhəlləsində yerləşir. Paytaxtın mərkəzinə qədər olan məsafə beş kilometri keçmir.

Kompleks mikrorayonun yeni tikilmiş binalar olan hissəsində yerləşir, burada lazımi infrastruktur mövcuddur. Bununla bərabər yeni tikili binanın ətrafında sənaye müəssisələri və ətraf mühütin digər çirklənmə mənbələri yoxdur.

Ətrafında

Kompleksin ətrafında mağazalar, apteklər, gözəllik salonları, kafe və restoranlar yerləşir. Burada məktəb və məktəbəqədər yaşlı uşaqları olan yeni kompleks sakinləri özlərini kifayət qədər rahat hiss edəcəklər, çünki, qonşuluqda Bakı Fransız liseyi və 55 saylı məktəb, kilometr radiusunda isə 171 və 165 saylı uşaq bağçaları yerləşir. Ərzaq dalınca mağazaya, böyük supermarketə və ya iri ticarət mərkəzinə getmək olar.

Yeni kompleksin xüdusiyyətləri

«İnkishaf» yaşayış kompleksi – köhnə Bakı şəhərini xatırladan klassik üslubda bəzədilmiş iki altı mərtəbəli, çoxmənzilli binadan ibarətdir.

Tikinti şirkəti yüksək enerji səmərəliliyi göstəriciləri və müvafiq rahatlıq səviyyəsi ilə təmin edən müasir materiallardan və son texnologiyalardan istifadə etmişdir. Hər bir korpusun fasadı təbii «aqlay» daşı ilə üzlənmiş, eyvan qapılarının panoramlı şüşələrlə şüşələnməsi yerinə yetirulmişdir. Binaların yastı damı var, yuxarı mərtəbə mansarda şəkilində düzəldilmiş.

Binalar müasir mühəndis kommunikasiyaları, mükəmməl texnoloji avadanlıq və sərnişin liftləri ilə təchiz olunmuşdur.

Kompleksin ərazisi

Kompleksin abadlıq işlərinə daxildir:

  • kənar şəxslər üçün qapalı ərazisində yaşıllaşdırma işləri aparılmış, avtomobil yolları və səkilər salınmışdır;
  • çox sayda kameraları olan videomüşahidə sistemi;
  • öz xidmət mühafizəsi;
  • etibarlı elektrik generatoru ilə təchiz edilmiş müasir elektrik enerji sistemi;

Həyətində istirahət və uşaq oyun sahəsi təşkil olunmuşdur. Avtomobil nəqliyyatı sahibləri üçün müvəqqəti dayanacaq üçün parkovka yerləri və yeraltı parkinq nəzərdə tutulmuşdur.

Nəqliyyatı

Yaxın dayanacaq iki dəqiqəlik piyado yolu məsafəsində yerləşir. Kompleksin yaxınlığında yerüstü ictimai nəqliyyatın dörd marşrutu keçir, avtobuslar minimal altı dəqiqə fasiləsi ilə fəaliyyət göstərirlər. «Şah İsmayıl Xətai» metro stansiyasına təxminən səkkiz yüz metr məsafədir.

Mənzillərin satışı və parametrləri

Yeni kompleksdə mənzil satışları nağd ödəmə ilə həyata keçirilir. Mənzillərin qiymətinə qaz, isti su təminatı, yüksək sürətli internet və peyk televiziyası daxildir.

«İnkişaf» yaşayış kompleksində hər mənzilin daş və ya metal-döymə barmaqlıqlardan olan eyvan sürahiləri var. Ikinci mərtəbədə olan mənzillərin fasad boyunca uzanan eyvan çıxışı var.

Tikinti şirkəti

Tikinti işlərini hesabında onlarca uğurla başa çatdırılmış layihələri olan «Atkins» şirkəti yerinə yetirmişdir. Şirkət tərəfindən inşa olunan hər bir yaşayış kompleksi, təşkilatın digər layihələrində olan tanınmış xüsusiyyətləə malikdir.

Rəsmi saytında obyektlərin tikinti gedişatı ilə tanış ola bilərsiniz, əlaqə səhifəsində mənzil ala biləcəyiniz və ya hissə-hissə odəmə və ipoteka verilmə imkanını dəqiqləşdirə biləcəyiniz ünvan göstərilmişdir.

Yerləşmə

Bakı şəh., Ağ şəhər, Yaşıl Ada küçəsi 1

Ətraflı məlumat

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller